Sosial platfotma tək feysdən ibarət deyil -Samirə Səfərova yazır
Sosial şəbəkələr içərisində sevdiyim və üstünlük verdiyim platforma feysbuk idi. Az qala hər günə onun səhifələrində gəzişməklə başlayırdım, ta ki, torpaqlarımızın azadlığı uğrunda müharibəyə başlamağımıza qədər. Çünki məhz o zaman bu şəbəkənin iç üzü açıldı. Bu şəbəkənin erm sevgisi o qədər güclü idi ki, haqq savaşımız haqqında istənilən obyektiv informasiyanı anında ortadan qaldırır, belə status yazanların sistemə girişini bloklayırdı. Həmin situasiya bu gün Makron və Fransa ilə bağlı yazılarda özünü göstərir. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti, dövlətimizin bu ölkənin kolonialist siyasətinə etirazı və müstəmləkə xalqlarına dəstəyi bunları o qədər acıqlandırıb ki, az qala bu barədə publikaya müntəzəm təhlillər təqdim edən Bakı Xəbər qəzetinə və baki-xeber.com saytına bu platformada yayım qadağası qoyulub! Saytın burada paylaşılan yazıları anında silinir. Bunu edənlər nədənsə anlamırlar və ya anlamaq istəmirlər ki, sosial platfotma tək feysdən ibarət deyil…
Makronkimilərə isə biri başa salmalıdır ki, güzgünü sındırmaq onu eybəcərliklərindən xilas eləmir…
Samirə Səfərova
"Bakı Xəbər" qəzetinin Baş redaktor müavini