Taekvondoçumuz Paris Olimpiadasında gümüş medal qazanıb
Azərbaycan "Paris-2024" Yay Olimpiya Oyunlarında növbəti medalı qazanıb. Bu dəfə fəxri kürsüyə taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) qalxıb. Mübarizəyə 1/8 finaldan başlayan idmançımız ilk görüşündə irlandiyalı Cek Uolleyə qalib gəlib. Ardınca ispaniyalı Adrian Visenteni üstələyən taekvondoçumuz yarımfinalda İtaliya təmsilçisi Vito Akviladan güclü olub.
Finalda Cənubi koreyalı Park Taeçjunu sınağa çəkən Q.Maqomedov ilk hissədə ayağından ciddi zədə alıb. Görüşü davam etdirə bilməyən idmançımız yekunda məğlub elan edilib və gümüş medalla kifayətlənib.
Mətləb Salahov