KÖHNƏ VERSİYA            

Ermənilərin Qarabağa qayıdış xülyaları hələ bitməyib - danışıqlarda yeni mövzu...

Image

Abutalıb Səmədov: “Vardan Oskanyanın da, Tovio Klaarın da təklifləri ciddiyə alınmayacaq, sülh danışıqlarında heç vaxt müzakirəyə çıxarılmayacaq və sülh sazişi üçün də heç bir əngəl olmayacaq”

Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının indiki mərhələsində ermənilər və onların havadarları xam xəyallarından əl çəkmək istəmirlər. Sülhə töhfə vermək əvəzinə ənənəvi “boyat bayatılarını” oxuyurlar.  Bunlar və havadarları Qarabağdan köçüb getmiş ermənilərin geri qayıtmaq xülyasından danışırlar. 

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bildirib ki,  kollektiv şəkildə verilmiş tam beynəlxalq zəmanətlə “Artsax xalqının” geri qayıtmaq hüququ danışıqların gündəliyinə daxil edilməlidir.

O qeyd edib ki, bu məsələdə beynəlxalq ictimaiyyətdən dəstək olacaq. Oskanyan deyib ki, bu məsələ gündəmdə olmalıdır (?)

Ermənistan Respublikasının keçmiş xarici işlər nazirinin fikrincə, bu “aqibət” Ermənistan hakimiyyətinin səhvləri ucbatından “Artsax xalqının” başına gəlib.

“Gəlin onların səhvlərini davam etdirməsinə imkan verməyək", - deyə Oskanyan əlavə edib.

Qeyd edək ki, bu postda missiyası başa çatan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar an analoji iddia ilə çıxış edib, onları geri qaytarmaq barədə guya Azərbaycanın öhtəliyi olduğunu deyib. Əlbəttə, bu, başdan-başa absurd bir yanaşmadır...

“Vardan Oskanyan kimi ağlını itirmiş “siyasətçilərin” belə təklifləri...” 

Vardan Oskanyanın müsahibəsində səsləndirdiyi fikirlərə şərh verən “Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov “Bakı-Xəbər”ə bildirdi ki, Qarabağı tərk edib Ermənistana gedən ermənilərin geri qayıtması məsələsini həm beynəlxalq qurumlar, həm ayrı-ayrı dövlətlərin təmsilçiləri, həm də Ermənistandakı müəyyən şəxslər tez-tez qaldırırlar. “Azərbaycan hakimiyyəti heç vaxt açıq şəkildə bunun mümkünsüzlüyünü bəyan etməyib. Elə ilk gündən başlayaraq Azərbaycan rəhbərliyi, Azərbaycan rəsmiləri Qarabağı tərk edib geri qayıtmasının mümkünlüyünü söyləyiblər. Ancaq təbiidir ki, bu yalnız bir şərtlə mümkündür. Bu dəfələrlə də deyilib. Qarabağdan gedən ermənilərin geri qayıtması məsələsi Ermənistandan qovulan azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması ilə birlikdə müzakirə oluna bilər. Əgər ermənilər geri qayıtmaq istəyirlərsə təbiidir ki, bu məsələ müzakirə oluna bilər, ancaq Ermənistanın ərazisindən qovulmuş azərbaycanlıların geri qayıtması məsələsi ilə birlikdə. Amma çox təəssüf ki, bəzi dövlətlərin təmsilçiləri, hətta bu yaxınlarda Avropa İttifaqının Cənubi Qafqaz üzrə təmsilçisi olan Tovio Klaar bəyan etdilər ki, ermənilərin Qarabağa qayıtması məsələsi müzakirə olunmalıdır və bu məsələ azərbaycanlıların Ermənistana qayıtması məsələsi ilə eyni vaxtda müzakirə oluna bilməz. Bu onların iddiasına görə, guya tamamilə başqa məsələdir. Təbiidir ki, Azərbaycan bunu qəbul etməyib. Bu başqa məsələ deyil. Üstəlik, əgər ermənilər Bakıya da qayıtmaq istəyirlərsə, bu da müzakirə oluna bilər. Amma onların nəinki Bakıya, heç Qarabağa qayıtmaq istəyi də yoxdur. 

Ermənilərin Qarabağa qayıtması üçün beynəlxalq təminat, iri dövlətlərin qarat olmasını istəyirlər. Ermənistan hakimiyyətinə gəldikdə isə onlar bu məsələni qeyri-rəsmi şəxslərlə müqayisədə demək olar ki, səsləndirmir. Baş nazir Paşinyan digəriləri ilə müqayisədə daha realist mövqedədir və o ermənilərin geri qayıtma məsələsini heç vaxt qaldırmayıb. Reallıqlar da bundan ibarətdir ki, ermənilərin özlərinin də belə bir istəyi yoxdur. Onların arzuladığı beynəlxalq təminatın verilməsi, onlar üçün əvvəlki “münbit” şəraitinin yaradılması təbiidir ki, mümkünsüzdür. Bu səbəbdən də ermənilərin geri qayıtması məsələsi də mümkün deyil. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın bu məsələni qaldırması sülh sazişinə mane ola bilərmi? Onun bu məsələni ortaya atması sülh sazişinə mane ola bilməz, çünki heç kim Oskanyanı ciddi adam saymır. O, artıq Ermənistanda daim ağılsız, reallıqdan uzaq təkliflər verən, kifayət qədər yaşlanmış və bu səbəbdən də ağlını itirmək həddində olan bir adam kimi qəbul olunur. Bu adam fasiləsiz təkliflər verir. Çox təkliflərin qəbul olunması təbiidir ki, prosesi ləngidə bilər”-deyə A.Səmədov bildirdi. 

A.Səmədov qeyd etdi ki, ancaq Ermənistan hakimiyyəti, Ermənistanın rəsmi təmsilçiləri heç vaxt sülh sazişinin müzakirəsində bu məsələni qaldırmayıblar. “Təbiidir ki, qaldırsalar, bu, sülh sazişini nəinki illərlə, hətta onillərlə uzada bilər. Bunu Ermənistan rəhbərləri başa düşürlər. Bu səbəbdən Vardan Oskanyan kimi ağlını itirmiş “siyasətçilərin” belə təklifləri bəzən Ermənistan cəmiyyətində də ciddi qəbul olunmur, Qarabağ erməniləri də bunu ciddi qəbul etmir. Narahatlıq doğuran beynəlxalq qurumların təmsilçilərinin bu cür təkliflərlə çıxış etməsidir. Tovio Klaarın son bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi etirazını bildirdi, Avropa İttifaqının təmsilçisinin bu cür mövqe tutmasının, bu cür bəyanatlar verməsinin Cənubi   Qafqaz bölgəsində sülhün və əmin-amanlığın, əməkdaşlığın təmin olunmasına əngəl olduğunu söylədi. Bunun ədalətsiz mövqe olduğu bir daha Avropa İttifaqı rəsmilərinin diqqətinə çatdırıldı. Həmin bəyanatda da açıq şəkildə göstərilirdi ki, Qarabağ ermənilərinin geri qayıtması məsələsi yalnız azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması məsələsi ilə eyni vaxtda müzakirə oluna bilər və Azərbaycan buna heç zaman etiraz etməyib. Beynəlxalq qurumlarda da, Fransa istisna olmaqla bir sıra digər Avropa dövlətlərində də bəzən bu cür bəyanatlar səsləndirilib. ABŞ-dan olan rəsmi şəxslər bu tələbin real olmadığını yaxşı anlayırlar və onun ortaya atılmasının sülh sazişini ləngidəcəyini də başa düşürlər. Bu səbəbdən, hesab edirəm ki, Vardan Oskanyanın da, Tovio Klaarın da təklifləri ciddiyə alınmayacaq, sülh danışıqlarında heç vaxt müzakirəyə çıxarılmayacaq və sülh sazişi üçün də heç bir əngəl olmayacaq. Azərbaycan Prezidentinin söylədiyi kimi sülh sazişinin imzalanmasın qarşısında duran əsas maneə Ermənistan konstitutsiyasıdır, onun preambulasıdır və o preambula nə qədər tez dəyişdirilsə sülh sazişini o qədər tez imzalamaq mümkün olacaq”-deyə A.Səmədov bildirdi.

İradə SARIYEVA  







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 10:16
“Lökbatan” dairəsindən mərkəz istiqamətinə avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib- XƏBƏRDARLIQ

09.09.2024 | 10:06
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

09.09.2024 | 10:04
İsrail İranın raket istehsalı bazasını vurub

09.09.2024 | 10:00
Lukaşenko Ukrayna ilə sərhədə ordu cəmləşdirir - qəfil hücum ehtimalına görə...

09.09.2024 | 09:20
Küveyt Əmiri neft nazirini işdən qovdu

09.09.2024 | 09:16
“Yaqi” qasırğası bu ölkədə 21 nəfərin həyatına son qoydu

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30