Cümə axşamı günü, 17 iyul 2025
     

Gənclərin formalaşmasında ailə və cəmiyyətin rolu - harmoniya, ya ziddiyyət?...

Image

Gənc nəslin inkişafını, doğru istiqamətdə yönəldilməsi, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsinin formalaşdırılması ən ümdə məsələlərdən biridir. Hər bir gəncin formalaşmasında, onda ali hissələrin, milli şüurun yaranmasında iştirak edən mühüm amillər var. Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında ailənin, cəmiyyətin rolu nə qədər bir-biri ilə uzlaşır?

Gələcəyimiz və sabahımız olan gəncləri elə yetişdirməliyik ki, onlar öz xarakterlərində, əməllərində daimə ali hissləri daşısınlar.   

Gənc nəslin vətənpərvərlik hisslərinin tərbiyəsində, onlarda milli şüurun formalaşdırılmasında normalda həm ailə, həm də cəmiyyət əhəmiyyətli dərəcədə rol oynamlıdır. Çünki ailənin və cəmiyyətin bir-biri ilə əlaqəsi var. Amma bəzən bu məsələdə müəyyən ziddiyyətlərin olduğunu da müşahidə edirik. 

Bu ziddiyyət, bir-birini tamamlamayan məqamlar nədən ibarətdir? 

Bir çox hallarda belə müşahidə olunur ki, ailədə yeniyetmələrə, gənclərə təlqin olunan dəyərlərlə onların cəmiyyətdə gördükləri bəzən kəskin şəkildə fərqlənir. Məsələn, ailədə onlara ədalətli, dürüst olmaq, vətənpərvərlik, insanları, vətəni, cəmiyyəti dövləti sevmək öyrədilir, bu hisslər təlqin edilir. Amma bəzən cəmiyyətdə ailədə öyrəndikləri  dəyərlərin tam əksini görürlər. Belə bu ziddiyyət gəncliyin formalaşmasına necə təsir göstərir? Bu zidiyyəti necə aradan qaldırmaq lazımdır ki, ailədə onlara təlqin edilən tərbiyəv dəyərlərinin eynisini cəmiyyətdə də mütləq şəkildə görə bilsinlər. 

Ekspertlər hesab edirlər ki, tərbiyənin əsası ailədə qoyulur və uşaqlar bu təməllər üzərində inkişaf edib gənc yaşa gəlib çatırlar. Əlbəttə, bağçada da, məktəbdə də, ali məktəbdə də, bütövlükdə cəmiyyətdə onların yetişməsi üçün münbit şərait formalaşdırılmalıdır. Ekspertlər deyirlər ki,  Gənc nəslin tərbiyəsində ailə ilə yanaşı yaşadığı mühitin də, ünsiyyətdə olduğu insanların da rolu vacib olmalıdır.

Cəmiyyətdə bəzi neqativlərin olduğunu deyən ekspertlər bildirir ki, bunu da insanlar özləri yaradırlar.  Cəmiyyətin insanlardan, ayrı-ayrı ailələrin təmsilçilərindən, müxtəlif sosial qruplardan təşkil edildiyini qeyd edən ekspertlərin fikrincə, bu ziddiyyət sosial problemlərdən qaynaqlanır.

"Biz gənclərimizi uşaqlıqdan sadəlöhv böyütməməliyik" 

Professor, sosioloq Əhməd Qəşəmoğlu "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bizim cəmiyyətdə sosial iş çatışmır. Ə.Qəşəmoğlu qeyd etdi ki, sosial işçilərin fəaliyyəti ilə problemin həllinə nail olmaq olar. "Bu gün ölkəmizin ən yaralı yeri, daha çox diqqət yetirləsi sahəsi sosial siyasətdir. Güclü iqtisadiyyatımız var, Prezident ölkəni lazımı səviyyədə idarə edir, eyni zamanda ağıllı ziyalılarımız da var. Amma təəssüf ki, bizim sosial-iqtisadi sahəmiz hələ arzuolunan səviyyədə deyil, biz bu sahədə idarəetməni qura bilmirik. Amma buna böyük ehtiyac var. Çünki cəmiyyət günü-gündən mürəkkəbləşdikcə ona gərək elmi əsaslarla kömək edəsən. Mən bu barədə neçə illərdir danışsam da çox təəssüf ki, hələ bu məsələyə diqqət verən yoxdur. Biz nə etməliyik ki, ailə, cəmiyyət və məktəb arasında ahəngdar münasibət olsun. Bunu etmək mümkündür. Kim desə ki, çətindir, yalan deyir. Sosial siyasəti elə qurmaq olar ki, bunun hamısına nail olmaq mümkün olsun. 

Biz konkret vəziyyətdən danışaq. Doğru deyirsiz, ailədə  uşağa ülvi hisslər aşılanır, amma məktəb, cəmiyyər başqa şeylər təlqin edir. Ona görə də, biz necə   bədəndə immunitet yaradırıq ki, yayılan xəstəliyə yoluxmayaq, eləcə də cəmiyyətə yanaşmalıyıq, onu sağaltmalıyıq. Biz gənclərimizi uşaqlıqdan sadəlöhv böyütməməliyik. Onlara ailədə bu ülvi hissləri aşılayarkən, insanları, Vətəni sevməyi tövsiyyə edərkən, onlarda ali hisslər formalaşdırarkən eyni zamanda da təhlükəsizlik tədbirləri görməliyik. Hər hansı bir müasir zavoda girəndə birinci adama təhlükəsizlik tədbirlərini öyrədirlər. Biz də insanlarımıza, gənclərimizə cəmiyyətdə təhlükəsizlik tədbirlərini öyrətməliyik. Amma bunu təkcə valideynlərin boynuna atsaq, onlar təkbaşına bunun öhtəsindən gələ bilməyəcək. İndiki mürəkkəb cəmiyyətdə hər şeyi validyendən tələb etmək olmaz, cəmiyyətlə, ailələrlə ciddi işlər aparılmalıdır. Bizdə sosial iş çatışmır. Demək olar ki, bizim universitetlərin hamısı social iş üzrə tələbə hazırlayırlar, amma onlar arzuolunan səviyyədə hazırlanmırlar. Mən o işin içindəyəm. Gərək hər məhəllədə sosial bir social işçi qrupu olsun. Nceə ki, sahə müvəkkilləri var. Hər məhəllədə iki-üç nəfərdən ibarət sosial işçi qrupu olarsa onlar hər mənzillə əlaqədə olacaq, valideynləri maarifləndirəcək. Valideynlər üçün yaddaş kitabçaları çap edəcəklər. Biz validyenlərin özlərini hazırlayacağıq ki, onlar uşaqlarını lazımı şəkildə yetişdirsinlər. Bu barədə bizim cəmiyyətdə çox böyük boşluq var".

"Bunun üçün isə sosial işçi qruplarının formalaşdırılması lazımdır"

Ə.Qəşəmoğlu bildirdi ki, ailələr maarifləndirilərsə, bu günü-gündən mürəkkəbləşən cəmiyyətin əməlli-başlı saflaşmasına gətirib çıxaracaq. Professor vurğuladı ki, ailələr cəmiyyətin işində mühüm rola malikdir. "Bunun üçün isə sosial işçi qruplarının formalaşdırılması lazımdır. Bizdə isə hələ bu xidmətlər yaranmayıb. Ən vacib məsələlərdən biri odur ki, universitetlərdə hazırlanan sosial işçilərin səviyyəsi yüksək olsun. Eyni zamanda da hər məhəllədə social işçi qrupu olsun. Sosial işçilərə mütləq ehtiyac var. Çünki ailələrdə problemlər o qədər çoxalıb ki, qapını polis döyüb məsələ ilə maraqlansa, bu alınmır, çünki bu hələ Azərbaycanda qəbul olunmayıb, ailələr buna bir az ehtiyatla yanaşacaq. Amma gənc oğlan, gənc qız gəlib ailələrlə maraqlana, onlara tövsiyyə verə, ədəbiyyatla təmin olunmaqlarına kömək edə bilərlər. Ömrü boyu bu sahə ilə məşğul olan bir adam kimi deyirəm ki, bu  gün Azərbaycanda mütləq bu xidmət sahəsini yaratmalıyıq. Bu bilirsiz nəyə bənzəyir? İnsanların fiziki sağlamlığını qorumaq üçün səhiyyə sistemi olmalıdır, bunu hamı bilir. Mənəvi cəhətdən cəmiyyəti, insanları qorumaq üçün isə sosial işçilər olmalıdır. Biz bu xidmət sahəsini təcili hazırlamalıyıq. Bu ona görə lazımdır ki, cəmiyyət günü-gündən daha da mürəkkəbləşir. Günü-gündən mürəkkəbləşən cəmiyyəti sağaltmağa ehtiyac var"-deyə Ə.Qəşəmoğlu bildirdi.

Professor Qəşəmoğlunun şərhindən belə qənaətə gəldik ki, gənc nəslin yetişməsi, onların milli şüura, vətənpərvərlik hisslərinə sahib olması üçün ailə və cəmiyyət birgə çalışmalıdır, amma əvvəlcə xəstə və qoca cəmiyyətin sağalmasına ehtiyac var. Mütəxəssisin təbirincə desək, bu da yalnız sosial işçi xidmətinin yaradılması, fəaliyyəti ilə bağlıdır ki, sosial işçilər bu sahədə mühüm işlər görərlər və gənc nəsilə ailə ilə cəmiyyətdən eyni qaydada, eyni səviyyədə yüksək hisslər aşılanar…

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

17.07.2025 / 01:14
Suriyada nə baş verir... İsrail prezident iqamətgahını, Baş Qərargah və Müdafiə Nazirliyinin binalarını vurdu... ölü sayısı 300-ü keçdi... - VİDEO

16.07.2025 / 23:18
Paşinyan Ermənistanın KTMT-dən çıxacağını açıqladı - geri qayıtmaq niyyətində deyilik...

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910