Keçmiş prezidentə ölkəni tərk etmək qadağan olundu
Argentinanın keçmiş prezidenti Alberto Fernandesin ölkədən çıxışına qadağa qoyulub. Bu barədə “La Nacion” qəzeti məlumat yayıb. Bildirilib ki, keçmiş prezidentin Fabiola Yanesə qarşı ailədaxili zorakılıq iddialarına görə ölkədən çıxışına qadağa qoyub.
Hakim keçmiş dövlət başçısına Yanesə yaxınlaşmağı da qadağan edib. 2019-2023-cü illərdə ölkəyə rəhbərlik etmiş Fernandes ona qarşı irəli sürülən ittihamları rədd edib.
Qeyd edək ki, Alberto Fernandeslə Fabiola Yanes rəsmi nikaha girməyib. Onların 2022-ci ildə övladı dünyaya gəlib.
Mətləb