Cümə axşamı günü, 10 iyul 2025
     

Ermənistanda vəziyyət qarışır - ümid Azərbaycana qalıb...

Image

Yaxın tezlikdə Ermənistanda ictimai-siyasi müstəvidə vəziyyətin yenidən gərginləşəcəyi gözlənilir. Söhbət gələn aydan müxalifətin yenidən kütləvi aksiyalara başlamaq niyyətindən və müəyyən kənar qüvvələrin onlara dəstəyindən gedir. Bu arada Erməni Kilsəsinin baş nazir Nikol Paşinyanın istefasına nail olmağa çalışan arxiyepiskopu Baqrat Qalstanyan ölkə regionlarına səfərlərini davam etdirir.

Xatırladaq ki, Baqrat Qalstanyan aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiyasından narazılığından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. O, Ermənistan paytaxtında keçirdiyi bir neçə mitinqdə demarkasiyadan narazılıq barədə söz salmayıb, yalnız Nikol Paşinyanın istefasını tələb edib. Bu ilin iyunun 12-də keçirilən mitinqdə iştirakçılar polislə toqquşmuş, onlardan bəziləri parlamentin və hökumətin binalarına daxil olmağa çalışmışdılar. Polis etirazçılara qarşı səs qumbaralarından istifadə etməklə izdihamı dağıdıb. Bundan sonra Qalstanyan fəal etiraz aksiyalarından geri çəkilib və bəzi müxalifət liderlərini ona dəstək verməməkdə ittiham edib. Qalstanyan deyir ki, iyunun 12-də İrəvanda keçirilən izdihamlı mitinq hökumət tərəfindən sərtliklə dağıdıldıqdan sonra onun hərəkatı mübarizə üçün yeni format üzərində düşünməlidir. Şirak mərzinə səfəri zamanı Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək kampaniya sentyabrın əvvəllərində başlanacaq. Amma maraqlıdır ki, arxiyepiskop heç bir spesifik aksiyadan danışmayıb, lakin deyib ki, kampaniyanın ikinci mərhələsi küçə etirazları ilə deyil, tərəfdarların müzakirələri ilə başlanacaq. Keşiş Paşinyanı nəzərdə tutaraq deyib ki, "İsa düşməni" hakimiyyətdən "xoşluqla" getməlidir. Qalstanyan bildirib ki, mübarizə metodları dəyişdiriləcək, çünki onlar hökumətin sərt hərəkətlərindən nəticə çıxarıblar. Keşiş onun antihökumət hərəkatının zəiflədiyinə dair iddiaları bir daha rədd edib. O iddia edib ki, hərəkata "daxildən və xaricdən" dəstək artıb.Bu yaxınlarda ölkə regionlarına səfər edən baş nazir Nikol Paşinyan, sakinlərdən, o cümlədən sərhədyanı ərazilərin sakinlərindən böyük dəstək alıb. Bu fonda Paşinyanın siyasi tərəfdarları keşiş Qalstanyanın başçılıq etdiyi hərəkatın zəiflədiyini iddia edirlər. Baş nazirin "Vətəndaş müqaviləsi" partiyasından millət vəkili Arpi Davoyan  deyib ki, Qalstanyanın etirazlar barədə yeni bəyanatları hakimiyyəti narahat etmir: "Mən uğur qazana bilməyən bir keşişin Ermənistan rayonlarını gəzməsindən, saxta və yalan məlumatlar yaymasından niyə narahat olmalıyam?". Amma "Joxovurd" qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistan hökuməti müxalifətin mübarizəsindən qorxmadığını desə də, əslində son vəziyyət hakimiyyəti qayğılandırır. Qəzet yazır ki, hökuməti ən çox sentyabrda ölkə daxilində baş verə biləcəklər düşündürür: "Mənbələrimizin məlumatına görə, artıq uzun müddətdir hakim "Vətəndaş müqaviləsi" partiyasında baş verə biləcək hadisələr müzakirə edilir. Bizdəki məlumata əsasən, arxiyepiskop Baqrat Qalstanyan sentyabrın 10-dan etibarən "qaynar payız"ın olacağını vəd edib. Hakim partiyada "qaynar payız" dedikdə nəyin nəzərdə tutulduğu danışılır. Çünki məhz qeyd edilən tarixdən Ermənistan parlamenti yeni sessiya üçün işinə başlayacaq. İndi hökumət Qalstanyanın parlamentin işini təkrar pozmasına icazə verməməyə çalışır".

Bu arada hakimiyyətdə onu da etiraf edirlər ki, Ermənistan yaxın tezlikdə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasa, hakimiyyət daxildən və xaricdən təzyiqlərə məruz qalmaqda davam edəcək. Türkiyənin Los-Ancelesdəki sabiq baş konsulu, Türkiyənin İqtisadi Siyasətinin Araşdırılması Vəqfinin eksperti Gülru Gezer dı məsələyə bu prizmadan yanaşır: "Sirr deyil ki, Cənubi Qafqazın hüdudlarından kənarda yaşayan ermənilər Ankara ilə dialoqun və Azərbaycanla sülhün əleyhinə çıxırlar. Yeri gəlmişkən, erməni müxalifəti də bu mövqedədir. Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən arxiyepiskop Baqrat Qalstyanın tərəfdarları ilə yanaşı, meydanlarda diaspor təmsilçisi, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulu Kemal Arıkanı qətlə yetirən terrorçu Hampiq Sasunyan da olub. Baqrat Qalstyanın diaspor ilə birbaşa əlaqələrini sübut edən daha bir fakt "Daşnaksütyun" partiyasının onun təşkil etdiyi etiraz aksiyalarını dəstəkləməsidir". Diplomat əmin olduğunu bildirib ki, Ermənistan hakimiyyəti üçün sülh yolunda ən düzgün seçim diaspordan uzaqlaşmaqdır: "Erməni diasporu keçmiş zamanda yaşayır və onun əməllərinin Ermənistana zərər vurduğunu etiraf etməkdən çəkinir. Nikol Paşinyan hökuməti xaricdə yaşayan ermənilərin sözlərinə qulaq asmamalı, Ermənistanın özünün maraqlarına əsaslanmalıdır. O, aydın başa düşməlidir ki, Fransa və ya ABŞ-dakı ermənilər Ermənistana köçməyəcək və diaspor ölkə əhalisinin gündəlik problemləri ilə maraqlanmır". İrəvanın ABŞ və Fransa ilə yaxınlaşmaq səylərinə toxunan Gezer qeyd edib ki, Ermənistana silah tədarükü təkcə Bakıda deyil, Ankarada da narahatlıq doğurur. Onun sözlərinə görə, Moskvadan uzaqlaşma fonunda İrəvanın Vaşinqton və Parisin timsalında regiondankənar aktorların dəstəyini almaq istəyi problemə real yanaşma kimi görünmür. Nikol Paşinyan Ermənistan ictimaiyyətinə regionda sülhün bütün faydalarını izah etməlidir. Nə Türkiyə, nə də Azərbaycan Ermənistan üçün təhlükə mənbəyi deyil, ticarətin başlanması və investisiyaların cəlb edilməsi dənizə çıxışı olmayan bu ölkə üçün güclü təkan olardı". Türkiyənin sabiq baş konsulu Ukraynada müharibənin başa çatması ilə beynəlxalq aləmdə bütün qüvvələr balansının dəyişə biləcəyini və daha sonra Cənubi Qafqazdakı vəziyyətə kənardan müdaxilə cəhdlərinin güclənəcəyini istisna etməyib: "Ona görə də Paşinyan Azərbaycanla uzunmüddətli sülh sazişini imzalamağa tələsməlidir. Artıq Ermənistan konstitusiyasının dəyişdirilməsi yolunda müəyyən siqnallar verilib. Xarici və daxili təzyiqlərə baxmayaraq, bu addımları davam etdirmək vacibdir". Gezer, regionda sülhə nail olunacağı təqdirdə, həm də Ermənistanın öz iqtisadiyyatı üçün böyük dividentlər vəd edən Orta Dəhlizdə bir halqaya çevriləcəyini qeyd edib. O vurğulayıb ki, İrəvan üçün həm Bakı, həm də Ankara ilə dialoqda müsbət tendensiyanı saxlamaq vacibdir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 21:24
Tramp bacarmadı - Qərblə Rusiyanın qarşıdurması daha da şiddətlənir...

10.07.2025 / 21:10
Bakı-İrəvan sazişi barədə ABŞ-dan dalbadal sual doğuran açıqlamalar gəlir...

10.07.2025 / 20:56
Ya Öcalan PKK ilə oynayır, ya da PKK Öcalanı oynadır - 11-də hər şey açılacaq...

10.07.2025 / 20:41
"İşıqçı Karapetyan Çarukyandan güclü fiqurdur” - Paşinyanın qarşısına fiqur tapıb çıxara bilmirlər...

10.07.2025 / 20:27
Prezident Əliyevlə Paşinyan razılığa gəldi - dövlət komissiyalarına tapşırıqlar verildi...

10.07.2025 / 20:11
“Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun təqdimat mərasimi keçirilib

10.07.2025 / 20:03
"Mənim yanıma hazırlığa gəlməsən, attestat qiymətini kəsəcəyəm" - müəllimlər qisasa başlayıb...

10.07.2025 / 19:43
Makron səfirliyimizə basqın etmiş quldurun cəzasını ağırlaşdırdı - Bakıya jest?..

10.07.2025 / 19:26
Tramp Azərbaycanla bağlı məktubda dediyi kimi etdi - artım var...

10.07.2025 / 19:10
Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

10.07.2025 / 18:55
Antinarkotik tədbirlərinin gücləndirilməsi və reabilitasiya mərkəzlərinin fəaliyyəti DİN-in Kollegiyasında geniş müzakirə olundu

10.07.2025 / 18:48
Trampın “cəfəng danışan Putinə” kiçik sürprizi nədir?..

10.07.2025 / 18:45
ABŞ Zəngəzur dəhlizi ilə bağlı təklif verib - rəsmi təsdiqləndi...

10.07.2025 / 18:33
Tramp hökumətində “Ukrayna xaosu”, ya oyun? - Heqset Trampdan fərqli siyasət aparır...

10.07.2025 / 18:25
Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi başa çatdı - FOTO

10.07.2025 / 18:19
Xərçəng niyə bu sürətlə artır - Azərbaycanda bir ildə təxminən 4 min artım...

10.07.2025 / 18:11
Ermənistanda Karapetyanın Sirk binası da müsadirə olunur...

10.07.2025 / 18:06
Mehdi Sobhani Pezeşkianın Qarabağda atdığı imzanı pozdu - İran XİN-dən hərəkət yoxdur...

10.07.2025 / 18:04
Beynəlxalq səyyahlar Şuşa və Ağdama səfər ediblər... - YENİLƏNDİ

10.07.2025 / 17:52
Ərəb Əmirlikləri ilə Azərbaycanın "yeni iqtisadi dövrü" başladı…

10.07.2025 / 17:39
Aİ-nin ardınca Britaniya da Azərbaycanın böyük layihəsinə qoşulur...

10.07.2025 / 17:26
Bütün əsas istiqamətlər üzrə cinayət faktları 19-40 faiz, bəzən dəfələrlə azalıb - Nazir rəqəmləri açıqladı...

10.07.2025 / 17:16
“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

10.07.2025 / 17:14
DTX əməliyyat keçirdi - azərbaycanlı "Vaqner"çilər həbs edildi

10.07.2025 / 17:07
Polşa Ukraynaya hərbi yardımların daşındığı hava limanını bağlamaqla hədələdi…

10.07.2025 / 16:52
103 kriminal qrup zərərsizləşdirilib - DİN açıqladı

10.07.2025 / 16:25
Əliyevlə Paşinyan Əbu-Dabidə konkret nələri razılaşa bildilər?...

10.07.2025 / 16:22
Əliyevlə Paşinyanın ikitərəfli formatla bağlı razılaşması danışıqlar tarixində ən unikal nəticələrdən biridir...

10.07.2025 / 16:19
BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10.07.2025 / 16:12
İmaməddin Xəlilov beynəlxalq təlim-məşq toplanışının ən fəal kişi parataekvondoçusu seçilib

10.07.2025 / 16:10
Dünyanın məşhur səyahətçisi Xankəndidən Avropa və Kanadaya məktublar göndərib

10.07.2025 / 15:51
Əbədiyyət dünyasının parlaq ulduzu – şəhid Əkrəm Abdullayev...

10.07.2025 / 15:31
Əbu-Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

10.07.2025 / 15:20
Prezident Əliyevlə Paşinyan ikitərəfli formatda dialoqu davam etdirmək barədə razılığa gəldi

10.07.2025 / 15:17
"Rusiya Azərbaycanla Ermənistan arasında birbaşa dialoqu alqışlayır" - Peskov

10.07.2025 / 15:05
“İki sahil” keçdiyi şərəfli yolla müstəqilliyimizin bərpasının 34 illik tarixinə bələdçilik edir

10.07.2025 / 14:18
Əbu-Dabidə Prezident İlham Əliyevlə Paşinyan arasında görüşün nəticələri açıqlandı

10.07.2025 / 14:05
Prezident İlham Əliyevlə Paşinyan arasında görüş başa çatdı - FOTO/VİDEO/YENİLƏNDİ

10.07.2025 / 14:02
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir" - Xocalı soyqırımı zamanı yaralanmış şəxs

10.07.2025 / 14:01
Prezident Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanladı

10.07.2025 / 13:54
"İşdən çıxarılan məktəb direktorlarının 20 faizi məhkəmə qərarı ilə işinə bərpa olunub" - Nazir

10.07.2025 / 13:40
İlk dəfə Şuşadan poçt vasitəsilə Avropa və ABŞ-a məktub göndərildi

10.07.2025 / 13:31
Nəsimidə narkoşəbəkənin iki üzvü 21 kq narkotiklə saxlandı...

10.07.2025 / 13:10
Евгению Примакову! Между русской культурой и Азербайджаном не нужны посредники - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

10.07.2025 / 12:50
İtaliyada anomal istilərdən 500 nəfərin öldüyü iddia edildi...

10.07.2025 / 12:34
6 ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət verildi

10.07.2025 / 12:17
Ermənistanda müxalif deputatın oğlu da saxlandı

10.07.2025 / 12:00
Hacıqabulda 55 yaşlı kişi cərəyan vurmasından öldü

10.07.2025 / 11:45
Keçmiş prezident yenidən həbsxanaya atıldı

10.07.2025 / 11:43
Baş prokuror Zaqatalada vətəndaşları qəbul edəcək

10.07.2025 / 11:25
Azərbaycanda rus bölmələri bağlanmayacaq - nazir açıqladı

10.07.2025 / 11:12
Rusiya şirkətindən QƏRAR - Tehrana bütün reyslər ləğv edildi

10.07.2025 / 11:05
"Bu prosesin məqsədi müəllimləri işdən çıxarmaq deyil"- Emin Əmrullayev

10.07.2025 / 11:03
Ermənistanla gerçəkdən sülh mümkündürmü? - CANLI

10.07.2025 / 11:00
Bir gündə 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb - polis

10.07.2025 / 10:44
“Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin yaradılması və kursların keçirilməsi” layihəsi çərçivəsində görüş keçirilib

10.07.2025 / 10:28
Bazar günü 34 mindən çox abituriyent imtahan verəcək

10.07.2025 / 10:20
Azərbaycan və Çin dəmiryolları arasında mühüm razılaşma

10.07.2025 / 10:16
İsveçdə qalmaqal - nazir qohumuna görə təzyiq altındadır

10.07.2025 / 10:10
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub

10.07.2025 / 10:05
Beynəlxalq səyyahlar Füzuliyə gəliblər

10.07.2025 / 10:02
Ağdərə sakini mal-qara otararkən minaya düşüb - BİRGƏ MƏLUMAT

10.07.2025 / 09:43
Bu gün Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq - XƏBƏRDARLIQ

10.07.2025 / 09:28
Hər il dünyada 12 milyon qız uşağı erkən evliliyə məcbur edilir - BMT həyəcan təbili çalır..

10.07.2025 / 09:18
“Sabah” bu gün Sloveniya klubuna qarşı meydana çıxır

10.07.2025 / 09:12
Ərdoğan Burhanettin Duranı yeni vəzifəyə təyin edib

10.07.2025 / 09:02
15 ölkədən olan səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

Fikir və söz azadlığına tam təminat Azərbaycanda inkişafın mühüm amilinə çevrilib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910