Çərşənbə günü, 23 iyul 2025
     

Qazaxıstan Azərbaycansız nə edə bilər ki - tranzit olmasa...

Image

Neft ixracı üçün yeni magistral boru kəmərlərinin çəkilməsi Qazaxıstan üçün iqtisadi cəhətdən məqsədəuyğun deyil. Bu barədə respublikanın Rəqabətin Qorunması və İnkişafı Agentliyinin yekun rəyində deyilir. Belə ki, bütün istiqamətlər son istehlakçıya - məhsulların idxalçısına bağlıdır. Hazırda fəaliyyət göstərən istiqamətlər neft idxal edən əsas ölkələri, yəni Avropa və Çini əhatə edir. Üstəlik, indiki neft kəmərləri tam gücü ilə işləmir.

Qeyd olunur ki, 2023-cü ildə gücü ildə 17 milyon ton olmaqla və ildə 7,8 milyon ton yüklənməmiş vəziyyətdə qalaraq, "KazTransOil" SC-nin Atırau-Samara istiqamətində faktiki yükü 9,2 milyon ton təşkil edib. 2023-cü ildə gücü ildə 20 milyon ton olmaqla Atasu-Alaşankou istiqamətində Qazaxıstan-Çin boru kəməri MMC-nin faktiki yükü 11,2 milyon ton təşkil edib ki, bu da onun ildə 8,8 milyon ton yüklənməməsi deməkdir. Bu vəziyyətdə Qazaxıstan üçün digər ölkələrin, xüsusən də Azərbaycanın tranzit imkanlarından yararlanmaqdır. Qeyd edək ki, ötən il Qazaxıstan Azərbaycan üzərindən dünya bazarına 1 milyon ton neft ixrac edib. Cari ildə isə Qazaxıstan Transxəzər marşrutu ilə 1,5 milyon ton neft ixrac etməyi planlaşdırır. Qarşıdakı illərdə Qazaxıstan Transxəzər marşrutu ilə Azərbaycan vasitəsilə neft ixracının həcmini 3 milyon tona çatdıracaq. Qeyd edək ki, 2022-ci ildə Qazaxıstan prezidenti Kasım Jomart Tokayev Transxəzər marşrutu ilə neft ixracının həcminin artırılması barədə tapşırıq vermişdi. Həmin il Qazaxıstanın "KazMunayQaz" və Azərbaycan SOCAR şirkətləri arasında "Tengiz" yatağından hasil olunan neftin Bakı-Tiflis-Ceyhan qaz boru kəməri ilə nəql olunması haqqında müqavilə imzalanıb.  Böyük Britaniyanın Azərbaycan, Qazaxıstan və Qırğızıstandakı keçmiş səfiri Ceyms Şarpın sözlərinə görə, həqiqət budur ki, Qazaxıstandan Azərbaycana Xəzər dənizi vasitəsilə neft nəqli də Orta Dəhliz kimi Rusiyadan tam asılılıq narahatlığına reaksiyadır: "Qazaxıstandan Novorossiyskə qədər boru kəməri neftin qərbə ixracı üçün ən sərfəli və səmərəli yoldur, lakin son bir neçə ildə baş verən hadisələr onun yaratdığı zəifliklə bağlı açıq narahatlıqlar doğurub. Ona görə də mən başa düşürəm ki, strateji səbəblərdən Qazaxıstan və orada fəaliyyət göstərən neft şirkətləri alternativ ixrac marşrutları hazırlamaq istəyirlər. Ona görə də, Orta Dəhlizdə olduğu kimi, Transxəzər marşrutu müxtəlif ixrac marşrutları təmin edəcək. Bu, həmçinin, Azərbaycanın neft ixracının azalacağı proqnozlaşdırıldığı bir vaxtda Bakı-Tiflis-Ceyhan boru kəmərindən daha çox istifadə etməyə kömək edir".

Ekspert qeyd edir ki,  Qazaxıstan Azərbaycan üzərindən təkcə neft yox, həm də yaşıl enerji" ixrac etməyi düşünür: "Mən hər iki ölkənin bərpa olunan enerji potensialını artırdığını görməkdən çox məmnunam. Fikrimcə, onların neft və qaz hasilatçıları kimi yaşıl enerjiyə dəstək vermək üçün xüsusi məsuliyyəti var. Böyük Britaniya səfirliyi tərəfindən maliyyələşdirilən araşdırmadan məlum oldu ki, Azərbaycanın dəniz külək enerjisi üçün böyük potensialı var. Qazaxıstan isə quruda külək və günəş enerjisindən istifadə etmək üçün böyük imkanlar olan nəhəng əraziyə malikdir. Lakin əsas bazarlardan uzaqlaşma və bunun bərpa olunan enerji iqtisadiyyatına necə təsir edəcəyi ilə bağlı açıq şəkildə problemlər var". Diplomatın sözlərinə görə, ölkələrin Gürcüstan və Aİ ölkələri ilə Avropaya yaşıl elektrik xətlərini müzakirə etməsi sevindirici haldır: "Qazaxıstan nümunəsində digər iqtisadi problem ucuz kömürün olmasıdır və burada, bərpa olunan enerji müqavilələrinin imzalanmasına baxmayaraq, yeni kömürlə işləyən elektrik stansiyaları üçün müqavilələrin imzalanması, xüsusən də Böyük Britaniyanın ev sahibliyi etdiyi COP26-dan sonra məyus oldu. Qlazqoda kömür enerjisinin istifadəsini mərhələli şəkildə dayandırmaq üçün razılaşma əldə edildi. Britaniya şirkətlərinə gəlincə, əsas nümunə BP tərəfindən Azərbaycanın Cəbrayıl rayonunda günəş elektrik stansiyasının tikintisidir. Bu, BP-nin 2050-ci ilə qədər xalis sıfır emissiyalara nail olmaq üzrə öz öhdəliyinin bir hissəsidir və ümid edirəm ki, həm Azərbaycan, həm də Qazaxıstan bu il COP29-da öhdəliyini götürəcək". indilikdə isə görünən odur ki, Qazaxıstan Azərbaycan vasitəsilə ixrac olunan neftin həcmini artırmaq istəyir. Qazaxıstan dünya neft ehtiyatının 2 faizinə malikdir, gündə 2 milyon barrel neft istehsal edir. Bu neftin 80 faizi Rusiya ərazisindən Qara dənizdəki Novorosiysk limanına çatdırılır. Ancaq bu marşrut etibarlı deyil və  Rusiyadan keçən boru xəttində tez-tez qəzalar baş verir. Buna görə Qazaxıstan neftinin nəqli dayandırılır və bu zaman ölkənin gəlirləri azalır. Rusiya bır sıra hallarda Qazaxıstan neftinin nəqlini siyasi səbəblərdən əngəlləyir. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayandan sonra bir neçə dəfə Qazaxıstandan neft nəqlini əngəlləyib. Bu vəziyyətdə Qazaxıstan üçün Azərbaycan üzərindən neft nəqlini həyat akeçirmək daha mühüm önəm kəssb edir. Bakı-Tiflis-Ceyhanla yanaşı, Azərbaycan Qazaxıstana 2023-cü ildə Bakı-Supsa kəməri ilə 5 milyon ton neftin nəql edilməsini təklif edib. Bu istiqamətdə də müzakirələr aparılır. 

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910