Paris olimpiadasını atdı və nazir olmaq üçün ABŞ-a getdi - ölkə şokdadır
Paraqvaylı üzgüçü Luana Alonso hələ Olimpiada başlamamış 2024-cü il Oyunlarının gözəllərinin reytinqlərində görünərək məşhurlaşa bilib. Həttda 2024-cü il Oyunları başlamazdan əvvəl "Nyu York Post" nəşri, bu qızı Olimpiadanın ən seksual idmançıları sırasına daxil etmişdi. Düzdür, o hovuzda uğur qazana bilmədi, lakin Parisdə Olimpiya turnirinin ən gözəl idmançısı hələ də yüksək səslə özünü xatırlatmağı bacardı. Qız intizamsız hərəkətlərinə görə Olimpiya kəndindən qovulub. Lakin gənc üzgüçü son qərarı ilə hamını şoka salıb. L. Alonso sosial şəbəkə hesabında bunları yazıb:
“İndi rəsmidir! Mən üzgüçülükdən təqaüdə çıxıram, dəstəyinizə görə hamınıza çox sağ olun. Bağışlayın, Paraqvay. Etməli olduğum tək şey sizə təşəkkür etməkdir. Mən indi siyasi elm sahəsində karyeramı davam etdirmək üçün ABŞ-da təhsil almağa hazırlaşıram. Niyə də yox? Bəlkə bir gün idman naziri olum. Bir idmançı kimi mən bütün idmançıların nədən əziyyət çəkdiyini bilirəm və idmanın inkişafına kömək etmək istəyirəm”, - Alonso Claro Sports-a müsahibəsində deyib.
Mətləb