ABŞ və Qərb ölkələri gələcəkdə Ukraynanın dirçəldilməsinə pul ayırmaq istəmirlər - sabiq USAUD direktoru
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sabiq əməliyyat direktoru Maks Primorats “The Wall Street Journal” üçün köşə yazısında bəyan edib ki, ABŞ və Avropa İttifaqı ölkələri münaqişədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək fikrində deyil.
Ekspertin sözlərinə görə, Ukraynanın bərpası təxminən bir trilyon dollara başa gələ bilər. Odur ki, nə Birləşmiş Ştatlar, nə də Avropa bunun üçün vergi ödəyicilərinin dollarlarından istifadə etmək istəmir.
Mətləb