Azərbaycan XİN İsrailə səfərlə bağlı xəbərdarlıq etdi
İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
Nazirlik bundan əvvəl Livan və Fələstinə getməməklə bağlı xəbərdarlıq edib.
ZÜMRÜD