İrəvan aeroportundan çıxarılan rus sərhədçiləri Türkiyə və İran sərhədinə yerləşdirildi...
"Zvartnots"u tərk edən Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində xidmətlərini davam etdirirlər.
Trend xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
"Ermənistan və Rusiya arasında 1992-ci ildə imzalanmış müqaviləyə əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistan Respublikasındakı Sərhəd İdarəsinin hərbi qulluqçuları Ermənistan Respublikasının Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədini qoruyur", - Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.