17 yaşlı miqrant 3 uşağı öldürdü, Böyük Britaniyada ara qarışdı...
İyulun 29-da Sautport şəhərində 17 yaşlı bıçaqlı miqrantın şəhərdəki rəqs məktəblərinin birində uşaqlara hücum etməsindən və nəticədə 9 uşağın yaralanması və daha 3 uşağın ölməsindən sonra Böyük Britaniyada miqrantlar əleyhinə aksiyalar keçirilir. Bu dəfə 700-ə yaxın etirazçı Roterem şəhərindəki “Holiday Inn Express” otelinin qarşısında aksiya keçirib. Onlar Britaniyada sığınacaq axtaran miqrantların qaldığı otelin qarşısında yanğın törədib, pəncərələrin şüşələrini sındırıb və binanın içərisinə soxula biliblər. Cənubi Yorkşir polisi qarşıdurmada azı on polis əməkdaşının yaralandığını bildirib.
Baş nazir Kir Starmer ölkə daxilində davam edən iğtişaşlardan sonra xalqa müraciət edib. O deyib ki, "quldurları ədalətə təslim etmək üçün nə lazımdırsa" edəcək. Starmer aksiya iştirakçılarının əməllərinə görə peşman olacaqlarını da əlavə edib.
Mətləb Salahov