ABŞ İranın İsrailə hücum edəcəyi tarixi açıqladı - Çox yaxında...
ABŞ və İsrail rəsmiləri İranın hər an İsrailə hücum edə biləcəyindən narahatdırlar. HƏMAS lideri İsmayıl Haniyənin ölümünə cavab vermək istəyən Tehran rəhbərliyi qisas alacağına söz verdikdən sonra hücuma hazırlaşmağa başlayıb.
ABŞ Mərkəzi Komandanlığının komandanı Mişel Erik Kurilla, "Hizbullah" və İranın İsrailə qarşı təhdidlərindən sonra bazar günü səhər tezdən Yaxın Şərqə gəlib. Qeyd edilir ki, Kurillanın Yaxın Şərqə səfəri çərçivəsində keçirəcəyi görüşlərdə İrana qarşı cavab hücumlarına qarşı fəal rol alan beynəlxalq və regional koalisiyanı səfərbər etməyi planlaşdırır.
"Axios"a danışan üç ABŞ və İsrail rəsmisi isə hücumun sabah (bazar ertəsi) baş verə biləcəyini bildirib. ABŞ rəsmiləri hücumda "Hizbullah"ın da iştirak edəcəyini düşünürlər. İsrail və ABŞ isə artıq müdafiə hazırlıqlarına başlayıb. İranın mümkün hücumu risqinə qarşı İsrailə hərbi dəstək verəcəyini açıqlayan ABŞ bölgəyə hərbi qüvvə göndərməkdə davam etdir. Gərginliyin artmasının ardından ABŞ Müdafiə Nazirliyi bölgəyə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərib. Ən son olaraq ABŞ-ın nüvə mühərrikli təyyarədaşıyan gəmisi "USS Theodore Roosevelt"in İran sahillərindən cəmi 10 km (6,2 mil) aralıda Hörmüz boğazına gətirilib.
Qeyd edək ki, İran xarici işlər nazirinin müavini Əli Baqiri dünən deyib ki, İsrail Tehranda Haniyəni hədəf alaraq İrana qarşı “böyük qırmızı xətti” keçib və ölkəsi buna görə Təl-Əvivə “qətiyyətlə cavab verəcək”.
TAHİR