BMT Sudandakı humanitar böhranla bağlı xəbərdarlıq edib
Sudanda müharibənin doğurduğu humanitar böhran tezliklə bütün regiona yayıla bilər. Bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb. “Müharibə başlayandan 10 milyon nəfərin məcburi köçü və elementar xidmətlərin yoxluğu nəticəsində humanitar böhran hər gün dərinləşir və tezliklə bütün regionu əhatə edə bilər” – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının koordinatoru Mamadu Dian Balde xəbərdarlıq edib.
Koordinator qeyd edib ki, silahlı toqquşmalar ilin əvvəlindən minlərlə insanın ölümünə səbəb olub. Fəlakətin qarşısını almaq üçün təcili tədbirlər görülməlidir.
Mətləb