Putinin və Baydenin cəsuslarından Azərbaycana nə?!....
"Bakı Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Rusiya və ABŞ arasında baş tutan "məhbus mübadiləsi" barədə paylaşım edib. A.Quliyev yazır: "Qərbin və Rusiyanın razılaşma əsasında həbsxanadan buraxaraq dəyişdikləri casusları- siyasi dustaqları müvafiq olaraq Putin və Bayden şəxsən qəbul etdilər.
Deməli, Putin də, Bayden də "kimlərin" həbs edildiyini və kimlərin azad olunmasına çalışdıqlarını yaxşı bilirlər. Müasir dünyada başqa müharibələrlə bərabər həm də Putinin və Baydenin casuslarının arasında gizli müharibə gedir. Azərbaycan kimi ölkələrin bu müharibəyə qarışmasına nə ehtiyac var ?!.. Yaxşı ki, Azərbaycan belə müharibələrdən uzaq dayanır. Buraxaq öz "razborkalatını" aparsınlar....
Putinin və Baydenin cəsuslarından Azərbaycana nə?!....."
Mətləb