Çərşənbə günü, 16 iyul 2025
     

Amerikalı təhlilçidən İlham Əliyevə absurd ittiham - qazın pulu...

Image

Məhərrəm Zülfüqarlı: "Rubinin iddiaları tamamilə əsassızdır və onun ölkə başçısına qarşı dediyi fikirlər absurddur"

ABŞ-da oturub bizim bölgədən xəbərsiz insanlar var ki, peşələri Azərbaycana böhtan atmaqdır. 

Bunlardan biri də amerikalı politoloq Maykl Rubindir ki, yazdığı məqalədə iddia edir ki, Prezident İlham Əliyev Azərbaycanın neft və qaz satışından əldə edilən pullarla guya Qarabağdan ərazicə üç dəfə  böyük olan Yeni Kaledoniyada Fransaya qarşı qisas zəminində inqilabi hərəkatı, müstəqillik uğrunda azadlıq hərəkatını maliyyələşdirir.  

"Hər şeyə pul gözü ilə baxan Rubin kimiləri unudurlar ki, Azərbaycan Yeni Kaledoniya xalqının haqlı mübarizəsinə maddi yox, siyasi və mənəvi dəstək verir, burada da beynəlxalq hüquqa zidd heç nə yoxdur"

Siyasi ekspert, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Rubinin iddialarının heç bir əsası yoxdur və bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Yeni Kaledoniya xalqının Fransa müstəmləkıçiliyinə qarşı haqlı mübarizəsinə ləkə yaxmaq məqsədi daşıyır. "Bu cür yazılar, bu cür çıxışlar dəfələrlə hər zaman olub. Özü də Azərbaycan hansısa məsələdə uğur əldə edəndə, Azərbaycanın xeyrinə hansısa qətnamə qəbul olunanda bu cür politoloqlar, jurnalistlər, informasiya agentlikləri Azərbaycan əleyhinə kampaniyaya başlayır. Yəni Fransanın Ermənistana qanunsuz şəkildə, beynəlxalq hüquqi sənədlərə zidd olaraq verdiyi dəstəyi ört-basdır etmək məqsədilə bu cür cəfəng iddialar meydana gəlib. Azərbaycana qarşı bu hücumlar 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən və 23 saatlıq antiterror tədbirlərindən sonra ermənilərin könüllü şəkildə Qarabağı tərk etməsinin ardınca başladı. Sarkozi dövründə, Azərbaycan torpaqları işğal altında olanda münasibətlər normal idi. İndi Azərbaycanla Fransanın münasibətlərinin korlanmasının əsas səbəbi məhz Makron rejiminin qeyri-qanuni olaraq, insan haqlarını pozaraq Qafqazda öz imperialist siyasətini Ermənistan tərəfə kömək etməklə və onun əli ilə yeritməyə çalışmasıdır. Bu da, əlbəttə, Azərbaycanı narahat edir. Azərbaycan da Fransanın yeritdiyi müstəmləkəçilik siyasətini tənqid edir. 

Rubinin iddiaları tamamilə əsassızdır və onun ölkə başçısına qarşı dediyi fikirlər absurddur. Hər şeyə pul gözü ilə baxan Rubin kimiləri unudur ki, Azərbaycan Yeni Kaledoniya xalqının haqlı mübarizəsinə maddi yox, siyasi və mənəvi dəstək verir, burada da beynəlxalq hüquqa zidd heç nə yoxdur. 

O, məqaləsində iddia edir ki, Azərbaycan rəhbərliyi Qarabağdan ərazicə 3 dəfə böyük Yeni Kalendoniyaya dəstək verir, ərazinin ölçüsünün bura nə dəxli var? Əsas odur ki, prinsip, qanun və beynəlxalq hüquq var. Əgər bu gün Fransa müstəmləkə siyasəti yeridirsə, öz müstəmləkələrində insan haqlarını pozursa, o ərazinin böyük və ya kiçik olmasının məsələyə dəxli yoxdur. İkincisi, Azərbaycan Prezidentinin Qərbi Azərbaycan termininə irad tutmağa çalışırlar. Yəqin onlar indiyə qədər yuxuda olublar, gerçəkliklərdən xəbərləri yoxdur ki, Ermənistanın gerbində Ağrı dağının şəkli var, qonşu Türkiyəyə ərazi iddiası edirlər. İndiyə qədər o politoloq və onun kimiləri kar və kor idilər ki, belə bir halın olduğunu görmürdülər? Azərbaycan Prezidenti Qərbi Azərbaycan terminini tarixi ərazilərimiz kimi qeyd edir. Biz BMT prinsiplərinə uyğun olaraq heç bir dövlətə ərazi iddiası etmirik, heç bir dövlətə hansısa təcavüz etmirik, sadəcə olaraq, biz öz tarixi ərazilərimizi qeyd edirik"-deyə M.Zülfüqarlı qeyd etdi. 

M.Zülfüqarlının sözlərinə görə, istər ABŞ-dan, istərsə də başqa ölkələrdən olan bu kimi təhlilçilərin, politoloqların Azərbaycan, Azərbaycan Prezidenti barədə absurd fikirləri ölkəmizin uğurlarını həzm edə bilməməkdən irəli gəlir. O qeyd etdi ki, azad ərazilərdə aparılan tikinti-quruculuq, bərpa işləri, əhalinin öz doğma torpaqlarında məskunlaşdırılması, eyni zamanda Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar o cür adamları narahat edir. Azərbaycan qazının Avropaya nəql edilməsi, Avropanın Azərbaycan qazından asılı olması kimi amillərin də bu cür insanları narahat etdiyini deyən M.Zülfüqarlıya görə, belə qüvvələr və onların bağlı olduğu ermənipərəst mərkəzlər bizim uğurlardan narahat olurlar. M.Zülfüqarlı əlavə etdi ki, Fransa müstəmləkəçiliyinə qarşı Yeni Kalendoniyanın mübarizəsinə Azərbaycan dövləti də, Azərbaycan xalqı da mənəvi dəstək verir, ölkəmiz onların haqq işinə siyasi baxımdan yardım edir, burada heç bir maliyyə vəsaiti müzakirə mövzusu ola bilməz. Azərbaycan qazının satışından gələn vəsaitin öz ölkəmizin daxilinə yönəldiyini deyən müsahibimiz hesab edir ki, ölkəmizin inkişafı o mərkəzləri, o şəxsləri çox narahat edir, çünki güclü Azərbaycan onlara sərf etmir. "Bizim dövlət iqtisadi cəhətdən güclənir və biz regionun lider dövlətiyik. Cənubi Qafqazda maraqlı olan qüvvələrin qol-qanad açmasına imkan vermirik. Bu da onların xoşuna gəlmir, bu cür sifarişli yazılarla bizi hədəfə alırlar. Biz beynəlxalq hüquqa söykənib kanak xalqına dəstək veririk, bu, mənəvi və siyasi dəstəkdir"-deyə M.Zülfüqarlı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

16.07.2025 / 11:29
Bir gündə ölkə ərazisində 46 cinayətin üstü açılıb- polis

16.07.2025 / 11:13
Paşinyan bu erməni naziri işdən qovdurdu

16.07.2025 / 11:06
I Qarabağ müharibəsinin daha bir şəhidi Xaçmazda dəfn olunacaq

16.07.2025 / 11:00
Altı ayda motosiklet sürücülərinin təqsiri üzündən 17 yol qəzası olub, 4 nəfər ölüb

16.07.2025 / 10:41
“Mentor Klinika” layihəsi çərçivəsində tibb müəssisələrinə baxış davam etdirilir

16.07.2025 / 10:34
Azərbaycanın ədliyyə naziri İraq Federal Ali Məhkəməsinin sədri ilə görüşüb

16.07.2025 / 10:32
Karapetyana qarşı "çirkli pulların yuyulması" ittihamı irəli sürülüb

16.07.2025 / 10:28
Tramp bu dəfə tələbələrin etirazı ilə qarşılaşdı

16.07.2025 / 10:21
Azərbaycanda bu kredit təşkilatı bağlandı

16.07.2025 / 10:17
Sabirabadda arvad ərini bıçaqlayıb

16.07.2025 / 10:12
MMA döyüşçüsü Mahaçqalada güllələndi

16.07.2025 / 10:05
Goranboyda kütləvi dava olub

16.07.2025 / 10:00
İran 2 milyon litr neft daşıyan xarici tankeri ələ keçirib

16.07.2025 / 09:51
Qazaxıstanın iki sığorta brokeri Azərbaycan bazarına daxil olub - Mərkəzi Bank

16.07.2025 / 09:46
Evdən çürümüş kişi meyiti tapıldı...

16.07.2025 / 09:39
Qurbanqulu Berdiməhəmmədov Bakıya gəlib

16.07.2025 / 09:22
Azərbaycanlı boksçu erməni rəqibinə qalib gəldi, Avropa çempionu oldu!

16.07.2025 / 09:18
Tramp Avropa İttifaqı barədə danışdı - "irəliləyiş var"

16.07.2025 / 09:11
Xaçmazda "Kamaz" divara çırpılıb, sürücü ölüb

16.07.2025 / 09:04
Rasim Məmmədov – 60

16.07.2025 / 09:00
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş bu gündən qüvvəyə minib

16.07.2025 / 08:36
5-ci qrup ixtisas universitetləri attestatla qəbulu dayandırdılar...

16.07.2025 / 01:27
Tramp geri addım atdı və Zelenskiyə xəbərdarlıq etdi – Moskvanı vurmayın...

15.07.2025 / 22:43
Yekaterinburqda Azərbaycan diaspor rəhbərinin oğlu saxlandı

15.07.2025 / 21:31
Tramp Putinə qarşı sərt addımlar üçün 50 gün gözləməyəcək...

15.07.2025 / 21:16
Ölkəyə gələn 31 tonun içində ərəb qızılı yoxdur - niyə?..

15.07.2025 / 21:02
AB Ermənistana 2,5 milyard avro dəstək qərarı verdi...

15.07.2025 / 20:47
“60 kənd boşaldılır, 300 min azərbaycanlı qayıdır” - Qərb daha çox şey gözləyirmiş...

15.07.2025 / 20:33
Zəngəzur dəhlizində 3-cü dövlətin nəzarəti ideyası kimə məxsusdur?

15.07.2025 / 20:20
Trampın bu 50 günü əvvəlki “60, 90 günlərə dönməsə yaxşıdır”...

15.07.2025 / 20:06
“3 dövlət birləşir” - Bakı-Dəməşq “qaz əməkdaşlığına” erməni mediasından hücum başladı...

15.07.2025 / 19:52
Rusiya Akkuyu AES-lə bağlı Türkiyəyə qəbuledilməz şərt qoydu...

15.07.2025 / 19:39
“Dini qurumlarla bu mövzu ətrafında toplaşmağımız çox əhəmiyyət daşıyır”- Rəşad Məcid

15.07.2025 / 19:37
Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

15.07.2025 / 19:25
Tərəqqi yolunun başlanğıcı – Əhliman Əmiraslanov yazır...

15.07.2025 / 19:12
Ukrayna öz qaz anbarlarını Azərbaycana təklif etdi...

15.07.2025 / 19:05
Polis Sumqayıtda ikitəkərli nəqliyyat sürücüləri ilə maarifləndirici söhbətlər aparıb - FOTO

15.07.2025 / 18:57
Tanınmış tədqiqatçı Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

15.07.2025 / 18:50
Cəlilabaddakı yanğının söndürülməsinə 2 helikopter cəlb edildi

15.07.2025 / 18:44
Ursula Lyayen Paşinyanın “sülh siyasəti” barədə inanılmaz sözlər dedi...

15.07.2025 / 18:30
Subbakalavrların taleyini kim həll etməlidir - universitetlər, nazirlik, ya DİM?

15.07.2025 / 18:16
Tramp Ukrayna müharibəsinin gedişini dəyişəcək qərar verdi...

15.07.2025 / 18:03
Azərbaycanda 2 yeni qoruq yaradıldı - nə dəyişəcək?..

15.07.2025 / 18:00
“...Harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur” - Vüqar Əliyev

15.07.2025 / 17:50
Hansı ixtisasın lazım olub-olmadığına DİM özü qərar verə bilərmi?

15.07.2025 / 17:42
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənildi

15.07.2025 / 17:35
Ukraynanın baş naziri istefa verdi

15.07.2025 / 17:31
İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu

15.07.2025 / 17:27
Vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxs ifşa edildi - 300 min manatlıq ziyan...

15.07.2025 / 17:15
Trampdan Zelenskiyə Putini şoka salan təlimat - Moskva və Peterburqu vurun…

15.07.2025 / 17:01
Şamaxıdan mesaj - Media dinin siyasiləşdirilməsinə qarşı dayanan böyük qüvvədir...

15.07.2025 / 16:50
Ersin Tatar Kipr danışıqlarında Lefkoşanın şərtlərini açıqladı - heç bir federal quruluşundan söhbət gedə bilməz

15.07.2025 / 16:34
Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans başlayıb

15.07.2025 / 16:05
"Vaqif Poeziya Günləri" Qazaxda başladı

15.07.2025 / 16:03
BDU İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb

15.07.2025 / 15:22
Vətənə sevdalanan ömür...

15.07.2025 / 15:22
ABŞ Rusiyaya qarşı 10 milyardlıq planı işə saldı - Ukraynaya Rusiyanın dərinliklərini vura biləcək raketlər də veriləcək…

15.07.2025 / 14:39
"Ağdamda 8 yaşayış məhəlləsi, 1 qəsəbə, 23 kənd lahiyələndirilir" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 14:30
"Azərbaycan ilə Türkiyənin birgə layihələri regionun yeni geosiyasi mənzərəsini formalaşdırıb" - Samir Şərifov

15.07.2025 / 14:18
Tramp ATACMS raketləri ilə Rusiyaya zərbə endirməyə icazə verə bilər...

15.07.2025 / 14:02
Evdən 30 min dollar və 12 min manat oğurlayan qadın tutuldu...

15.07.2025 / 13:47
Laçından Ağcabədiyə 120 kq yararsız mal əti aparan şəxs yolda yaxalandı...

15.07.2025 / 13:34
"Azərbaycan ilə Türkiyənin qanunvericilik aktlarını bir-birinə uyğunlaşdırmağa çalışırıq" - Əhliman Əmiraslanov

15.07.2025 / 13:19
"Xain çevrilişə cəhd zamanı can Azərbaycanın ölkəmizə güclü dəstəyini xatırlayırıq" - Türkiyə səfiri

15.07.2025 / 13:10
Дмитрий Киселев! Совет Прессы Азербайджана в отличии от вас, никогда не врёт - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.07.2025 / 12:53
Azərbaycandan qardaş Türkiyəyə 15 iyul mesajı - "dərin ehtiram və minnətdarlıqla anırıq”

15.07.2025 / 12:38
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb

15.07.2025 / 12:32
III MDB Oyunlarına 8 ölkədən 1846 idmançı qatılacaq

15.07.2025 / 12:20
"Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə irəliləyir" - İlham Əliyev

15.07.2025 / 12:13
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq

15.07.2025 / 12:10
"Bu layihələrin dünyada analoqu yoxdur" - Prezidentin xüsusi nümayəndəsi

15.07.2025 / 12:05
"Barselona" bu futbolçu üçün "pivəçilər"ə elçi düşdü...

15.07.2025 / 12:00
Hollivud ulduzunun bu fotosu 21 min dollara satıldı...

15.07.2025 / 11:51
2025-ci ilin ilk 6 ayı ərzində 44 milyondan çox tibbi xidmət göstərilib

15.07.2025 / 11:44
Xameneinin müşaviri yenə Azərbaycan əleyhinə danışdı - bu dəfə pakistanlı nazirlə görüşündə...

15.07.2025 / 11:40
Harmancı yenə xəbərdarlıq edir - COVID-19 davam edir

15.07.2025 / 11:35
6 min 300 ədəd çətənə kolu məhv edilib - polis

15.07.2025 / 11:11
Bu gündən tələbələrin köçürülməsi prosesinə başlanılıb

15.07.2025 / 11:03
ABŞ-ın Zəngəzurla bağlı mövqeyi çox təhlükəlidir - CANLI

15.07.2025 / 09:15
Samuxda zəlzələ olub - TƏCİLİ

15.07.2025 / 08:36
Azərbaycanda turistlər hotellərdən imtina edir - kirayə kənd evlərinə kütləvi axın başlayıb...

Ermənistanın ağır müharibə cinayətləri məhkəmədə bir-bir sübuta yetirilir...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910