Hərbçilərimiz Türkiyədə beynəlxalq təlimdə iştirak edir
![Image](/uploads/posts/2023-11/c9f029a6170124183526265126711113052.webp)
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən "Nüsret-2023" beynəlxalq təlimində iştirak edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.
Mətləb