Gələn ay Azərbaycan və Körfəz Əməkdaşlıq Şurası arasında biznes-forum keçiriləcək
Bu ilin sentyabr ayında Bakıda Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurası arasında 3-cü biznes-forum keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi" MMC-dən mətbuata məlumat verilib. Məlumata görə, tədbirə Manama, Doha, Əbu-Dabi, Küveyt və Ər-Riyaddan qonaqların gələcəyi gözlənilir.
Forum çərçivəsində Şuşa şəhərində də ayrıca tədbirin keçirilməsi planlaşdırılır. Qonaqların Qız Qalası, Şirvanşahlar Sarayı, Milli Xalça Muzeyi və Heydər Əliyev Mərkəzi də daxil olmaqla Bakının görməli yerlərinə, eləcə də ölkənin digər mənzərəli bölgələrinə səfərləri təşkil ediləcək. Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında ilk biznes-forum 2017-ci ildə keçirilib.
Mətləb Salahov