Ramiz Həsənovun deputatlığa namizədliyi qeydə alınıb
"Bakı Tikinti Materialları" ASC-nin sədri, "Borçalı Cəmiyyəti" İctimai Birliyinin sədri, "Uğurlu yol" qəzetinin redaktoru Ramiz Musa oğlu Həsənov deputatlığa namizəd kimi qeydə alınıb. Daima ictimai-siyasi həyatda fəallığı ilə seçilən R.Həsənov 31 saylı Suraxanı ikinci seçki dairəsindən bitərəf kimi seçkilərə qatılacaq.
İnanırıq ki, hər zaman vətənpərvərlik mövqeyi ilə seçilən, dövlətə və dövlətçiliyə sadiq olan hörmətli Ramiz müəllim qarşıdakı seçkilərdə uğur qazanacaq və ona inam bəsləyən seçicilərinin etimadını doğruldacaq.