Co Bayden bu məsələyə görə Ərdoğana təşəkkür etdi
Bu gecə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.
İki ölkənin lideri Türkiyə-ABŞ əlaqələrini, Qəzza zolağındakı vəziyyəti, Türkiyədə avqustun 1-də baş tutan məhbus mübadiləsini, regional və qlobal prosesləri müzakirə ediblər.
Yaxın Şərqdə cərəyan edən hadisələrə diqqət çəkən Türkiyə lideri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olmasını “sülh cəhdlərinə vurulan ciddi zərbə” adlandırıb.
Prezident Ərdoğan rəsmi Ankaranın Türkiyə-ABŞ əlaqələrinin hərtərəfli inkişafı istiqamətində addımlarını davam etdirəcəyini vurğulayıb. ABŞ Prezidenti öz növbəsində Prezident Ərdoğana məhbus mübadiləsinin problemsiz baş tutması üçün göstərilən səylər üçün təşəkkür edib.
Mətləb Salahov