Şənbə günü, 12 iyul 2025
     

Zəngəzur dəhlizi ilə bağlı vəziyyət dəyişir - nəzarət məsələsində də yenilik var...

Image

Məlum olduğu kimi, İranın ali rəhbəri Ayətullah Xamnei Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib ki, ölkəsi Zəngəzur dəhlizinin əleyhinədir. Xatırladaq ki, Nikol Paşinyan İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehranda olub. 

Paşinyanla görüşən İranin ali dini lideri Zəngəzur dəhlizinə də toxunub. Yayılan məlumatlara əsasən, bu xüsusda o qeyd edib: "İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır". O, Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəsi ilə davam edəcəyini deyib.

Paşinyan bildirib ki, Ermənistan dəfələrlə öz ərazisində heç bir ekstraterritorial dəhlizi qəbul etmədiyini bəyan edib. Burada onu da xatırladaq ki, İran son dövrlərdə Azərbaycanla da münasibətlərini korrektə edir. Eyni zamanda Tehran yaxşı bilir ki, Azərbaycan Zəngəzur dəhlizinin açıılmasında maraqlı tərəfdir. Belə olan halda İranin ali dini liderinin yanaşması Bakı üçün anlaşılmazdır. Məsələnin bu tərəfinə toxunan bir sıra erməni ekspertlər qeyd edir ki, əslində, İran Zəngəzur dəhlizinin açılmasına artıq müqavimət göstərmir. Sadəcə, burada nəzarət məsələsi var. İran hansısa Qərb qüvvəsinin dəhlizə nəzarət etməsini istəmir. Bir sıra erməni ekspertlər iddia edirlər ki, son aylarda Ermənistan və Azərbaycan Zəngəzur yoluna nəzarətin xarici şirkətə verilməsi məsələsini müzakirə edir. Amma rəsmi İrəvan və Bakı bu məsələnin də danışıqların gündəmində olduğunu hələ təsdiqləməyib. Nikol Paşinyan iki il əvvəl yollara nəzarətin ixtisaslaşdırılmış təşkilata verilməsi təklifindən danışıb: "Bilirsiniz ki, indi Avropada gömrük nəzarətini gömrük dövlət xidməti yox, ixtisaslaşmış təşkilatlara həvalə etməklə həyata keçirən ölkələr var, onlar eyni funksiyanı yerinə yetirirlər. Eyni şeyi sərhəd nəzarəti vəziyyətində də etmək olar. Azərbaycanın bununla razı olub-olmaması bizim üçün o qədər də aydın deyil, əgər razılaşarsa, o həll yoluna gedə bilərik". Erməni ekspert Sergey Melkonyan bu xüsusda bildirir: "Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var ki, hansısa özəl beynəlxalq təşkilat dəhlizə, kommunikasiyaya nəzarət etməlidir. İrəvan iddia edir ki, bu dəhliz deyil, amma İranda çox yaxşı başa düşürlər ki, bu dəhliz olacaq". Melkonyanın sözlərinə görə, İranda çox gözəl başa düşürlər ki, Türkiyə və Azərbaycan heç bir maneə olmadan Zəngəzur vasitəsilə birbaşa quru əlaqəsi olmasını hədəfləyir. Əvvəlcə bu dəhliz hansısa beynəlxalq təşkilatın nəzarətində olsa belə, ekspertin fikrincə, sonradan prosesə Azərbaycan və Türkiyə cəlb olunacaq: "Yəni onlar böyük məqsədə çatmaq üçün kiçik addımlar ataraq istədiklərini əldə edəcəklər. Bu, yavaş-yavaş ona gətirib çıxaracaq ki, öncə dəhlizə beynəlxalq özəl təşkilat nəzarət edəcək, sonra bir növ birgə nəzarət olacaq. Ardınca Azərbaycan Qərbi Azərbaycana qayıdış proqramını həyata keçirəcək və İran Ermənistanla sərhədindən məhrum olacaq". 

2000-ci illərin əvvəllərində Ermənistanın BMT-dəki fövqəladə səfiri işləmiş keçmiş diplomat Dzyunik Ağacanyanın sözlərinə görə, yeni prezident seçildikdən sonra növbəti dəfə Tehranın dəyişməz mövqeyini səsləndirib: "İran razılaşmayacaq ki, şimal sərhədinə nəzarəti istər qərb strukturu, istərsə də dövlət şəklində olsun, istənilən Qərb qüvvəsi həyata keçirsin". Keçmiş diplomatın fikrincə, Azərbaycanla Naxçıvan arasında rabitənin Zəngəzur vasitəsilə təmin edilməsini hansısa beynəlxalq şirkətə vermək Ermənistan üçün məqbul deyil: "Belə ki, o halda İrəvan İranla yola nəzarətdən məhrum olacaq. Türkiyə və Azərbaycan Ermənistanın o yola nəzarət etməməsinin tərəfdarıdır. Ermənistanda isə güman edirlər ki, bu yolu hansısa xarici şirkətə nəzarət üçün təhvil verəcəklər və biz bu xarici şirkətin hansı mülkiyyətə sahib olacağını bilmirik. Onun  hansı təlimatlar əsasında fəaliyyət göstərəcəyi də bəlli deyil. Təbii ki, bu bizim üçün sərfəli olmasa da, Türkiyə-Azərbaycan tərəfi üçün arzuolunandır". Sabiq diplomatın qənaətinə görə, əslində Türkiyənin, o cümlədən Azərbaycanın uzunmüddətli məqsədi Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizə tam nəzarət etməkdir və onların buna yönəlmiş uzunmüddətli planları var: "Güman edirəm ki, Azərbaycan tərəfi öz geri qayıdan qaçqınlarını həmin yol boyu mühüm hədəf nöqtələrində yerləşdirmək niyyətindədir". Xatırladaq ki, Qərbi azərbaycanlıların geri qayıtması Ermənistan daxilində güclü Azərbaycan icmasının olması deməkdir. Bu, təbii ki, Azərbaycanın təsir imkanlarını artıracaq. Eyni yanaşmanı Zəngəzur dəhlizinə də aid etmək mümkündür. Ermənistan da, İran da başa düşür ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsi və geosiyasi konfiqurasiyası dəyişəcək. Zəngəzur dəhlizi Cənubi Qafqazda yox, bütün Avrasiyada böyük əhəmiyyətə malik yeni kommunikasiya xətti hesab olunur. Hər şeydən öncə isə bu dəhliz Ermənistanın dalan dövlət durumundan qurtulması və nəqliyyat blokadasından çıxmasını şərtləndirəcək yeni imkan deməkdir. Bunu erməni cəmiyyətində başa düşənlərin sayı az deyil.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

11.07.2025 / 11:30
"İrana səfər etməyin!" - ABŞ öz vətəndaşlarına XƏBƏRDARLIQ ETDİ

11.07.2025 / 11:25
Dünya bazarı çalxalanır - qızıl 20 dollardan çox bahalaşıb

11.07.2025 / 11:16
Abşeronda 17 əl qumbarası, 16 partlayıcı və xeyli silah-sursat aşkarlandı - TƏCİLİ

11.07.2025 / 11:13
Vüqar Rəhimzadə: Azərbaycan konstruktiv və lider mövqeyi ilə sülh gündəliyini irəli aparır

11.07.2025 / 11:09
Cənubi Qafqazda yeni diplomatik mərhələ: Əbu-Dabidə tarixi görüş

11.07.2025 / 11:07
Samvel Karapetyanın yaxın adamı da həbs edildi

11.07.2025 / 11:04
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik etdi

11.07.2025 / 11:03
Bakı - İrəvan danışıqlarında mühüm nəticələr alındı - CANLI

11.07.2025 / 11:00
Respublika Klinik Xəstəxanasında pasiyent üzərində eyni anda 5 əməliyyat icra olunub

11.07.2025 / 10:31
BDU-da T3 Fondunun birgə əməkdaşlığı ilə “TEKNOFEST klubu” yaradılır

11.07.2025 / 10:29
Makron ŞOKDA - Məhkəmə onun arvadını kişi adlandıran jurnalistə bəraət verdi!

11.07.2025 / 10:22
Şirvanda narkokuryerdən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

11.07.2025 / 10:13
Azərbaycan və Çin arasında mülki aviasiya sahəsində əməkdaşlığa dair sənəd imzalanıb

11.07.2025 / 10:10
Pakistanda cinayətkarlar 9 sərnişini öldürüblər

11.07.2025 / 10:00
"Rusiya ilə müharibə təkcə Ukrayna üçün deyil..."

11.07.2025 / 09:45
Pensiyaçılara şad xəbər

11.07.2025 / 09:32
Bu çanta Parisdə 7 milyona avroya satıldı

11.07.2025 / 09:20
"60 günlük atəşkəsə razıyıq, amma..."

11.07.2025 / 09:12
"Rusiya ilə bağlı məyus oldum" - Trampdan mühüm açıqlama

11.07.2025 / 09:05
Avroliqada yeni mövsüm başladı - NƏTİCƏLƏR

11.07.2025 / 09:02
PKK bu gün silahı yerə qoyacaq - "Terrorsuz Türkiyə" dövrü başlayır

11.07.2025 / 08:41
DİM-in riyaziyyatla bağlı "hesabları" özünü doğrultmadı...

11.07.2025 / 08:40
Bakının bu yollarında tıxac var - MƏLUMAT

11.07.2025 / 00:03
"Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik" - ABŞ Departamenti

10.07.2025 / 22:34
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi zamanı əsirlikdə və girovluqda dəhşətli işgəncələrə məruz qalmış şəxslər məhkəmədə ifadə verdi - FOTO

10.07.2025 / 22:05
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərindən görüntülər paylaşıldı - VİDEO

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910