İlham Əliyevin "təcavüz hazırlığı" və rus diplomatın erməni jurnalistə cavabı .....Aydın Quliyev yazır...
Rusiya XİN idarə rəisinin müavini Andrey Nastasinin erməni jurnalistin sualına cavabından bur neçə tutarlı nəticələr çıxarmaq olar.Jurnalist sual edib ki, İlham Əliyevin Ermənistanı "Qərbi Azərbaycan" adlandırması fonunda Azərbaycanın Türkiyədən, İsraildən, Serbiyadan və İtaliyadan çoxlu silah alması Ermənistana yeni təcavüz hazırlığı deyilmi?
Rusiya diplomatının cavabı belə olub - "Hazırda regionda və Ermənistanda gedən ən qabarıq proses ABŞ və Qərbin regiondakı mövcud əlaqələri pozmaq, yeni gərginlik və qarşıdurma ocağı yaratmaq cəhdləridir.Dəfələrlə demişik ki, Aİ missiyası Ermənistanda kəşfiyyat işi ilə məşğuldur. Azərbaycan - Ermənistan münaqişəsi uzun çəkdiyi üçün çoxdaylı qaçqın və məcburi köçkün düşənlər oldu. Yaranmış vəziyyətdən alternativsiz çıxış yolu üçtərəfli razılaşmalarda işlənmiş yol xəritəsinə əməl etməkdir. Burada siyasi, sosial və humanitar məsələlərin mərhələ - mərhələ həlli nəzərdə tutulur."
Əvvala, pis haldır ki, mötəbər rus diplomatı Azərbaycanın nə 2020- ci, nə də 2023- cü ildə Ermənistana təcavüz etmədiyini vurğulamağa ehtiyac duymayıb. Halbuki Azərbaycanın təcavüz etmədiyini Rusiya tərəfi daha dəqiq bilir. Zatən Azərbaycan Ermənistana təcavüz etmiş olsaydı, o zaman "bəs Rusiya öz müttəfiqi Ermənistanı niyə Azərbaycanın təcavüzündən qorumadı" sualı daha kəskinliklə ortaya gətirilə bilərdi.
İkinci, Rus diplomat haqlı olaraq önə çəkir ki, bölgədə sülh üçün təhlükəni yaradan Azərbaycanın silah alması yox, Ermənistanın ABŞ və Aİ ilə birlikdə apardığı siyasətdir.
Üçüncü, rus diplomat Azərbaycan - Ermənistan normallaşmasının bölgədən kənar platformaların içində yox, Azərbaycanın, Rusiyanın və Ermənistanın üçtərəfli razılaşma sənədləri əsasında aparılmasını daha doğru saydığını ortaya qoyur. Bu, əslində prezident İlham Əliyevin Ermənistanla bütün platformalarda danışıqlar aparmağa hazır olması ilə yanaşı, üçtərəfli razılaşmalara və 3+3 formatının imkanlarına üstünlük verməsinin birmənalı təsdiqidir.
Dördüncü, rus diplomat bir daha nümayiş etdirdi ki, Rusiya bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərqərar edilməsində Azərbaycanın yanaşmalarına daha etimadlı yanaşır, nəinki Ermənistanın siyasətinə. Məncə indi Azərbaycanın Rusiya siyasi və diplomatik korpusundan ən ədalətli gözləntisi " 2020 və 2023- cü il əməliyyatlarını təcavüz adlandırmaq qeyri- adekvat qiymətdir " bəyanatının verilmədi olardı.
Belə bəyanat Rusiyanın özünə də çox faydalı ola bilər. Çünki bu halda Ermənistanın Rusiyanı nə 2020 və 2023- cü il hadisələrinə görə, nə də ondan sonrakı proseslər üçün günahlandırmağa heç bir yeri qalmaz.