Türkiyədə FETÖ-çülərə qarşı əməliyyat keçirilib - 55 nəfər saxlanılıb
Türkiyədə FETÖ əleyhinə dörd gündür davam edən “KISKAÇ-24" əməliyyatları çərçivəsində ümumilikdə 55 şübhəli saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, əməliyyatlar ölkənin 21 rayonunda - Adana, Ankara, Balıkesir, Bursa, Çorum, Edirne, Elazığ, Gaziantep, Isparta, İstanbul, İzmir, Karabük, Kütahya, Ordu, Manisa, Mersin, Rize, Samsun, Siirt, Tekirdağ və Yalovada keçirilib.
Saxlanılan şübhəlilərin FETÖ-nün məsul şəxsləri ilə əlaqədə olduqları müəyyənləşib.
Mətləb Salahov