Cümə axşamı günü, 10 iyul 2025
     

İran-İsrail-Livan üçbucağında dünya müharibəsi yetişdi...

Image

HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin Tehranda İsrail hücumu nəticəsində qətlə yetirilməsi Yaxın Şərqdə hərbi eskalasiya ilə bağlı narahatlıqları artırıb. Sözügedən qruplaşma bildirib ki, Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edəndən sonra Tehrandakı iqamətgahında hava zərbəsi ilə öldürülüb. İranın İslam İnqilab Keşikçiləri Korpusu faktı təsdiqləyib. 

Qeyd edək ki, Haniyə 2019-cu ildə Qəzza zolağını tərk edib, Qətərdə mühacirətdə yaşayırdı. HƏMAS-ın Qəzzadakı lideri isə Yəhya Sinvardır, 7 oktyabr hücumunun əsas təşkilatçısı da o sayılır. Onu da xatırladaq ki, HƏMAS oktyabrın 7-də İsrailə hücum edərək 1200 nəfəri qətlə yetirəndən, 250 nəfəri girov götürəndən sonra İsrail Haniyəni və qruplaşmanın digər liderlərini öldürəcəyini deyirdi. İran Haniyənin necə öldürüldüyünü detallı açıqlamayıb, İslam İnqilab Keşikçiləri Korpusu isə hücumun araşdırıldığını bildirib. İran dövlət televiziyasında təhlilçilər hücuma görə İsraili günahlandırmağa başlayıb. İranın prezidenti Məsud Pezeşkian da İsmayıl Haniyənin qətlinə reaksiya verib. O deyib ki, ölkəsi öz ərazi bütövlüyünü, ləyaqətini, şərəfini və qürurunu müdafiə edəcək, işğalçı terrorçuları qorxaq hərəkətlərinə görə peşman edəcək. İranın ali lideri ayətullah Əli Xamneyi bildirib ki, Haniyənin qisasını almaq İranın borcudur. Onun sözlərinə görə, bunun səbəbi İsmayıl Haniyənin İran torpaqlarında şəhid olmasıdır: "Haniyəni qətlə yetirməklə İsrail özü üçün ağır cəzaya zəmin yaratdı". Fələstin prezidenti Mahmud Abbas da qətli pisləyib, bunu "qorxaq hərəkət və təhlükəli hadisə"adlandırıb. Bəzi ölkələr də hücumu pisləyib, Rusiya "qəbuledilməz siyasi qətl" deyib, Türkiyə xəbərdarlıq edib ki, bu hadisə Qəzzada İsraillə HƏMAS arasında müharibəni genişləndirə bilər. Qeyd edək ki, İsrail illərdir İranın nüvə alimləri, atom proqramına bağlı digər şəxslərin qətlində şübhəli bilinir. Bu günlərdə isə İsrail  Livanın   "Hizbullah" qruplaşmasının aparıcı komandiri Fuad Şükürü "aradan götürdüyünü" bəyan edib. İsrail onun həftəsonu 12 israilli uşaq və yeniyetmənin ölümü ilə nəticələnmiş raket zərbəsinin arxasında durduğunu bildirir. Şükür Beyrutdakı mənzilində zərbə ilə qətlə yetirilib. Həm də əl-Həcc Möhsin kimi tanınan Şükürün "Hizbullah" lideri Həsən Nəsrullahın "sağ əli" olduğu bildirilir. Vaşinqton ABŞ-ın terrorçu siyahısında olan Şükür barədə informasiyaya görə 5 milyon dollar vəd etmişdi. ABŞ hakimiyyəti onu 1983-cü ildə Beyrutda ABŞ qüvvələrinə hücumda əli olduğuna görə axtarırdı. "Hizbullah" adətən İsrail hədəflərinə hücumları inkar etmir. Ancaq İsrailin işğal etdiyi Colan təpəliyinə 27 iyul hücumuna görə məsuliyyəti götürməyib. İsrail isə İranın dəstəklədiyi bu qrupa qarşı cavab tədbiri görəcəyini bildirmişdi. Onu da qeyd edək ki, Tehran "Hizbullah"ın əsas müttəfiqidir. Livanda yerləşən bu silahlı qruplaşma İranın İsrail və ABŞ-a qarşı çıxan proksiləri şəbəkəsinin əsas üzvüdür. Xatırladaq ki, HƏMAS 7 oktyabr hücumundan sonra İsrail Qəzzanı bombalamağa başlayıb. Zərbələrin azı 39 min fələstinlinin həyatına son qoyduğu, 91 minə yaxın insanın yaralandığı bildirilir. Ancaq itkilər içində mülki əhali ilə döyüşçü sayı arasında fərq qoyulmur. Bundan sonra "Hizbullah", İranın İraq, Suriya və Yəməndə dəstəklədiyi digər silahlı qruplar da İsrailə qarşı hücumlar gerçəkləşdiriblər. Aylardır İsrail və "Hizbullah" arasında sərhəd boyunca qarşılıqlı hücumlar gerçəkləşdirilir. Onlarla insan öldürülüb, minlərlə sakin didərgin düşüb. Bütün bunlar əzəli rəqiblər arasında tammiqyaslı müharibə sarıdan qorxu yaradır.

İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari bildirir ki, İsrail regionda müharibədən qaçmağa üstünlük verir, lakin hesab edir ki, "Hizbullah" hərəkatı Livan və Yaxın Şərqi genişmiqyaslı eskalasiyaya doğru aparır. Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri istənilən ssenariyə tam hazırdır: "Hətta "Hizbullah"ın davam edən təcavüzü, qəddar hücumları Livan xalqını və bütün Yaxın Şərqi genişmiqyaslı eskalasiyaya sürükləyir. "Hizbullah"ın döyüşçüləri 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının radikalları tərəfindən İsrailə qarşı həyata keçirilən hücuma dəstək verib, ertəsi gün onlarla döyüşlərə qoşulublar". Eyni zamanda, İsrailin "Hizbullah" hərəkatı və Livanla müharibəyə başlaması təhlükəsi indi artıb. İsrailin yaxın vaxtlarda Livanda hərbi əməliyyat keçirməyə hazır olması artıq bir neçə həftədir ki, danışılır. Bir çox Qərb ölkələri öz vətəndaşlarını Livana səfər etməkdən çəkindirib. İsrailli politoloq Mixail Pellivert qeyd edir: "Biz "Hizbullah" ilə genişmiqyaslı hərbi eskalasiyaya çox yaxınıq". Görünür, bu təkcə üçüncü Livan müharibəsi deyil, həm də ilk İsrail-İran müharibəsi ola bilər. Bir tərəfdən hamı bundan qaçmaq istəyir, çünki müharibənin gətirə biləcəyi dağıntıların, infrastrukturun və insan itkisinin miqyası hər kəsə aydındır. Bundan əlavə, biz İranın maraqlarının nədən ibarət olduğunu başa düşə bilmirik, onun genişmiqyaslı eskalasiyaya nə dərəcədə hazır olduğundan da xəbərsizik. Mən belə bir fərziyyədən çıxış edirəm ki, "Hizbullah" müstəqil oyunçu deyil və buna görə də ilk növbədə İrandakı havadarlarının iradəsini həyata keçirəcək. Aydındır ki, ABŞ də eskalasiyadan qaçmaq istəyir, çünki ölkə seçki mərhələsindədir".

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

10.07.2025 / 08:40
Azərbaycana dəvə əti nə üçün idxal olunur?

10.07.2025 / 00:18
Rusiya Azərbaycandan iki şirkətin süd məhsullarının idxalına qadağa qoydu

09.07.2025 / 23:23
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana xatirə hədiyyəsi təqdim edib

09.07.2025 / 21:11
Rusiya narahatdır - İranın zənginləşmiş uran qalıqları ABŞ-ın əlinə düşə bilər...

09.07.2025 / 20:54
Zəngəzur dəhlizi ilə bağlı yeni proseslərə start verilir

09.07.2025 / 20:39
Tramp Ukraynaya hərbi yardımı tam bərpa etdi - bunu yeni siyasi oyun sayanlar da var...

09.07.2025 / 20:25
Trampın yeni qərarı dolların kursunu dəyişdi, manata da təsir ehtimalları var…

09.07.2025 / 20:11
Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...

09.07.2025 / 19:54
Tramp Qəzzada sülh yaratdı ki, Nobel mükafatına təqdim olunur?

09.07.2025 / 19:39
Paşinyan Qərblə razılaşıb - ölkədə müxalifət qalmayacaq...

09.07.2025 / 19:25
Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...

09.07.2025 / 19:10
Trampın 14 dövlətə "xoşbəxtlik məktubları" dünyanı bədbəxt edə bilər....

09.07.2025 / 18:51
Tramp-Rubio görüşündə Qarabağ sülh müzakirəsi - ABŞ-da inanılmaz nikbinlik var...

09.07.2025 / 18:36
Dünya Kilsə Şurasının Paşinyana qarşı erməni kilsəsi ilə "xristian həmrəyliyi"...

09.07.2025 / 18:23
Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi imzalandı

09.07.2025 / 18:19
Azərbaycanın xaricdəki səfirləri Xankəndidə

09.07.2025 / 18:16
PKK-çıların tərksilah olunması prosesi başladı – ilk olaraq Süleymaniyyədə...

09.07.2025 / 18:07
Milli mətbuatın 150 illik sərəncamı ölkə boyu necə icra olunur...

09.07.2025 / 18:05
Prezident İlham Əliyevin Əbu-Dabidə BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

09.07.2025 / 17:53
Hindistan erməni "soyqırımını" tanısa, Azərbaycandan xəbərdarlıq ala bilər...

09.07.2025 / 17:39
Sanballı sənətkarlar yüngül şou ifaçılarla eyni teleproqramlardan imtina edir...

09.07.2025 / 17:26
Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

09.07.2025 / 17:17
Trampın Putini hədələyən səs yazısı ortaya çıxdı - “Moskvanı bombalayaram”

09.07.2025 / 17:03
“İki sahil” 34 yaşını qeyd edir

09.07.2025 / 17:01
Formula 1 2026-cı il təqvimində dəyişiklik edib

09.07.2025 / 16:58
QDF-in təşəbbüsü ilə növbəti “Qarabağ Gecəsi” xeyriyyə konserti keçirilib

09.07.2025 / 16:45
Əhliman Əmiraslanovun təşəbbüsü ilə Sabirabadda hüquqi yardım göstərildi - FOTO

09.07.2025 / 16:37
Avropa NATO-Rusiya müharibəsinə hazırlaşır – qitənin ən böyük limanında hərbi gəmilər üçün yer ayrılır...

09.07.2025 / 16:19
Makron bu dəfə də Britaniyada arvadından “şillə yedi”...

09.07.2025 / 15:53
"Moskva “Sputnik Azərbaycan” rəhbərlərinin həbsi işi üzrə Bakı ilə təmasları davam etdirir" – Rusiya XİN

09.07.2025 / 15:16
Zaxarova rusiyalıların Ermənistana girişinin qadağan edilməsinə münasibət bildirdi

09.07.2025 / 14:55
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər edib - FOTO

09.07.2025 / 14:43
Sumqayıtda quldurluq edən şəxs saxlandı

09.07.2025 / 14:23
Azərbaycan XİN İranın İrəvandakı səfirinə sərt cavab verdi...

09.07.2025 / 14:09
84 min dollar vəsaiti ölkədən çıxaran şirkətə 17 dollara yaxın cərimə kəsildi...

09.07.2025 / 13:54
Bu il 6 minə yaxın keçmiş məcburi köçkün bu kəndlərə qayıdacaq...

09.07.2025 / 13:45
Prezident İlham Əliyevin Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olacaq

09.07.2025 / 13:36
Qəzzada hərbi əməliyyatlar bərpa olunmayacaq - Tramp HƏMAS-a söz verdi

09.07.2025 / 13:23
DİN avtobus dayanacaqlarını zəbt edən sürücülərə xəbərdarlıq etdi

09.07.2025 / 13:11
Türkiyənin turizm mərkəzi : “Akdeniz’in İncisi” Mersin...

09.07.2025 / 13:10
Завтра может быть сенсация! Встреча И.Алиева и Н.Пашиняна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

09.07.2025 / 12:57
Azərbaycanda xərçəng xəstələrinin sayı artıb

09.07.2025 / 12:46
Duyğulara sənətlə toxunuş”: Gəncədə kimsəsiz uşaqlara art-terapiya dəstəyi

09.07.2025 / 12:43
Tramp Putinə “kiçik bir sürpriz” hazırlayır – çox məyus oldum...

09.07.2025 / 12:17
Sabah Əbu-Dabidə Prezident Əliyevlə Paşinyan arasında görüş keçiriləcək...

09.07.2025 / 12:09
Azərbaycan ECO-da birləşdirici regional güc mərkəzinə çevrilir

09.07.2025 / 12:00
"PKK mövcudluğunu bitirib" - Abdullah Öcalan çağırış etdi!

09.07.2025 / 11:35
Hakan Fidan və Yaşar Gülər Pakistanda - bu mühüm məsələlər müzakirə olunacaq

09.07.2025 / 11:28
Ermənistanda poliqonda partlayış olub - TƏCİLİ

09.07.2025 / 11:25
Baş nazir idi, indi bankda məsləhətçi işləyəcək...

09.07.2025 / 11:20
Gənclər üçün “Ekoloji Texnologiyalar və Sosial Sahibkarlıq” düşərgəsi keçiriləcək

09.07.2025 / 11:12
Şəmkirdə "KİA" aşıb, ölən və xəsarət alanlar var

09.07.2025 / 11:05
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış etdi

09.07.2025 / 11:03
ABŞ-dan bizimlə bağlı mühüm bəyanat - CANLI

09.07.2025 / 11:02
Diplomatik xidmət orqanlarının rəhbərləri Xankəndiyə gediblər

09.07.2025 / 10:38
BAMF-ın baş ofisində növbəti təlim keçirilib

09.07.2025 / 10:34
Axtarışda olan 90 nəfər saxlanılıb - polisdən AÇIQLAMA

09.07.2025 / 10:22
Dünya bazarında neftimiz bahalaşdı - 75 dolları ötüb...

09.07.2025 / 10:18
İsrail Suriyada 11-ci hərbi bazasını qurub

09.07.2025 / 10:12
Qarabağa getmək istəyənlər, bu xəbəri mütləq oxuyun!

09.07.2025 / 10:08
28 azərbaycanlı Almaniyadan geri qəbul edildi - Dövlət Xidməti

09.07.2025 / 10:04
Yevlaxda itkin düşən kişinin meyiti kanaldan tapıldı

09.07.2025 / 10:01
Türkiyənin ilk iqlim qanunu təsdiqləndi

09.07.2025 / 09:38
"Peşə bayramınız mübarək!" - Ceyhun Bayramovdan təbrik mesajı

09.07.2025 / 09:28
Tramp ticarət tariflərinin qüvvəyə minməsini yenə təxirə saldı

09.07.2025 / 09:18
Ağdam-Füzuli yolunda "Ford" aşıb, 20 nəfər xəsarət alıb

09.07.2025 / 09:13
Bu gün Naxçıvan şəhərinin bəzi əraziləri susuz qalacaq

09.07.2025 / 09:11
Naxçıvan diyarı xalçaçılıq məktəbinin tarixi səhifələri...

09.07.2025 / 09:05
Berlin məhəkəməsi Almaniya hökümətini şoka saldı - 13 nəfərlik əfqan ailəyə viza veriləcək!

09.07.2025 / 09:01
Çempionlar Liqasında yeni mövsümə start verildi - NƏTİCƏLƏR

09.07.2025 / 08:35
Borcu qaytara bilməsən, dövlət sənin borcunu bağlayacaq - yeni qanun...

08.07.2025 / 23:15
Fransada Azərbaycan səfirliyinə hücum etmiş radikal ermənilərin cəzası daha da ağırlaşdırıldı

08.07.2025 / 22:34
"ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə əldə olunacağına ümid edir" – Rubio

08.07.2025 / 21:15
Fransızlar Makronu vaxtından qabaq yola salmağa hazırlaşır...

08.07.2025 / 20:59
Ermənistan öz ərazisini hansı dövlətlərin sui-istifadəsinə verə bilər?..

08.07.2025 / 20:44
Ukrayna kəşfiyyatı Ermənistanı çətinə saldı - ölkə özünü Azərbaycanın qarşısında təmizə çıxarmağa çalışır...

08.07.2025 / 20:30
ABŞ Zəngəzur dəhlizini nəzarətə götürür - Rusiya ilə geosiyasi mübarizənin nəticəsi...

08.07.2025 / 20:15
Trampın cavab məktubu Gürcüstanla gərginliyi artırdı - Azərbaycana ehtiyac daha da artdı...

08.07.2025 / 20:01
Paşinyan kilsəyə özü rəhbərlik edəcək, iddia açıq deyildi - katolikos əks blok yaradır...

08.07.2025 / 19:46
Rusiya Azərbaycana sanksiyalar hazırlayır? - Aranı gərginləşdirmək istəyənlərin yeni cəhdləri...

08.07.2025 / 19:32
“İsrailin növbəti hədəfi Türkiyə” - ABŞ-dan mesajın ünvanı...

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910