Çərşənbə günü, 23 iyul 2025
     

İran Azərbaycana münasibətini tam dəyişə bilər...

Image

İranın yeni seçilmiş prezideni Məsud Pezeşkianın qonşularla, xüsusilə Azərbaycanla siyasətində hansı yeni nüanslar olacağı diqqət mərkəzindədir. O və İranın ali dini lıderi Əli Xamnei qonşularla münasibətin prioritet təşkil edəcəyini bəyan edib. 

Xatırladaq ki, Azərbaycanın baş naziri Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 30-da İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Qeyd edək ki, İranın ali dini rəhbəri iyulun 28-də Məsud Pezeşkianı rəsmi olaraq prezident kimi təsdiqləyərək, islahatçı siyasətçinin ölkəyə rəhbərlik etməsinə icazə verib. Ayətullah Əli Xamnei mərasim zamanı Pezeşkianı qonşuları, Afrika və Asiya ölkələrini və Tehranın xarici əlaqələr siyasətində İranı dəstəkləyən və yardım edən ölkələri prioritetləşdirməyə çağırıb. Məsud Pezeşkian isə "Tehran Times" nəşrində dərc olunan məqaləsində bildirib ki, onun rəhbərliyi altında olan komanda qonşularla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verəcək: "Biz tək bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq ardınca getdiyi bir bölgədənsə, "güclü region"un yaradılmasını müdafiə edəcəyik. Qətiyyətlə inanıram ki, qonşu və qardaş xalqlar öz dəyərli resurslarını eroziyaya səbəb olan yarışlara, silahlanma yarışlarına və ya bir-birini əsassız olaraq ələ keçirməyə sərf etməməlidirlər. Əvəzində biz resurslarımızı hamının xeyrinə regionun tərəqqisinə və inkişafına sərf edə biləcəyimiz bir mühit yaratmağı hədəfləyəcəyik. İqtisadi əlaqələrimizi dərinləşdirmək, ticarət əlaqələrimizi gücləndirmək, müştərək müəssisə investisiyalarını təşviq etmək, ortaq problemlərin həlli üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığı səbrsizliklə gözləyirik. Regionumuz çox uzun müddətdir ki, müharibə, məzhəb qarşıdurmaları, terrorizm və ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, su qıtlığı, qaçqın böhranları, ətraf mühitin pozulması və xarici müdaxilələrlə üzləşib. Gələcək nəsillərin rifahı üçün bu ümumi problemləri həll etməyin vaxtıdır. Regional inkişaf və tərəqqi naminə əməkdaşlıq bizim xarici siyasətimizin rəhbər prinsipi olacaqdır". Bu arada onu da xatırladaq ki, Azərbaycan və İran prezidentləri bir-birini ölkəsinə səfərə dəvət edib.  Bu barədə razılıq iyulun 9-da Azərbaycan və İran prezidentlərinin telefon danışığı zamanı əldə edilib. Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, İran prezidenti gələcəkdə də iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib: "Söhbət zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıblar". Amma burada onu da xatırladaq ki, İranın xarici siyasət kursunun müəyyən edilməsi ali dini rəhbərin səlahiyyətlərinə aiddir. Onun həyata keçirilməsinə isə qiyməti İran İslam İnqilabı Keçikçiləri Korpusu verir. Amma istənilən halda ekspertlər hesab edir ki, yeni prezident Pezeşkian Türkiyə, Azərbaycan və Türkmənistanla münasibətləri yaxşılaşdırmağa çalışacaq. Azərbaycanla münasibətlər hazırda İran üçün çox vacibdir. Bu, İrana da təcrid məkanından çıxmağa kömək edə bilər. İranın daxili siyasətini sabitləşdirmək üçün Azərbaycanla münasibətlərin yaxşılaşdırlması da çox vacibdir. İran azərbaycalılarının Azərbaycan Respublikasına münasibəti müsbət mənada xeyli dəyişib. Onlar Azərbaycan Respublikasına rəğbətlə yanaşırlar. Əgər İran dövləti Azərbaycanla münasibətləri yaxşılaşdırsa, bu, İranın daxili ziddiyyətləinin sabitləşməsinə kömək edə bilər". 

Ümumilikdə, İranda azərbaycan əsilli Məsud Pezeşkianın prezident seçilməsi ölkəmizdə böyük gözləntilər yaradıb. Təbrizin 17 il İran parlamentində millət vəkili, parlamentdə türk fraksiyasının üzvü olması, üstəgəl parlamentdə keçmiş çıxışlarında İran hökumətinin Türkiyə və Azərbaycana qarşı siyasətini tənqid etməsi gözləntilər yaradır ki, Pezeşkian Azərbaycanla münasibətləri normallaşdıracaq, inkişaf yolunu tutacaq, ortaq layihələr reallaşacaq. Burada bir nüansı da xatırlamaq lazım gəlir. İranın keçmiş hakimiyyəti dövründə helikopter qəzasında həlak olan keçmiş xarici işlər naziri Hüseyn Abdullahian Azərbaycandan dəfələrlə xahiş edirdi ki, İranda Azərbaycan səfirliyinin fəaliyyəti bərpa edilsin. O zaman təhülksizlik səbəblərindən səfirliyin fəaliyyəti bərpa edilmədi. Amma Pezeşkian prezident seçildikdən sonra səfirlik fəaliyyətini bərpa etdi. Bu da Azərbaycan tərəfinin bir jesti idi. Həm də prezident İlham Əliyev Pezeşkianı birinci təbrik edənlərdəndir. Azərbaycan Tehranda səfirliyinin diplomatik fəaliyyətini bərpa edibsə, qarşılıqlı addım da gözləyir. Bu addım Almaniyada təhsil alan azərbaycanlı tələbə  Fərid Səfərlinin Tehranda həbsdən azad edilməsi ola bilər. Çünki o, qanunsuz olaraq İranda həbs edilib. Onun həbsdən azad edilməsi qarşılıqlı bir addım olardı. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan və İranda məskunlaşan təxribatçı qrupun da zərəsizləşdirilməsi burada müəyyən rola malikdir. Düzdür, onlar İran İslam İnqilabı Keçikçilərinin nəzarətindədir. Amma hər halda, Pezeşkian anlada bilər ki, bu cür fəaliyyətlər iki ölkə arasında münasibətlərə zərərdir və ali dini liderin də elan etdiyi kimi, qonşularla yaxşı münasibət siyasəti kursuna ziddir. Azərbaycan Pezeşkianın bu istiqamətdə addımlar atacağını gözləyir. Siyasi tədqiqatçı, Vudro Vilson adına Alimlərin Beynəlxalq Tədqiqat Mərkəzinin məzunu Çingiz Məmmədov isə bildirib ki, İran Azərbaycanında çox sayda azərbaycanlıların olması bu iki ölkə arasındakı dinamikada özünü büruzə verir: "Bunların bir-birinə təsiri var. Amma kimin kimə daha çox təsir etmək imkanı zaman-zaman dəyişir. Vaxt var idi ki, xüsusilə də SSRİ dağılandan sonra İranın islamçı təbliğatı Azərbaycan Respublikasında işləyirdi. Bilirik ki, Azərbaycanda iranpərəst ərazilər var idi, Azərbaycan mətbuatında, hərdən ictimai rəydə də iranpərəst mövqelər olurdu. 44 günlük müharibə bu dinamikanı əks istiqamətə yönəldib və indi İran Azərbaycanında Azərbaycan Respublikasının təsirləri daha effektivdir".

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910