KÖHNƏ VERSİYA            

Azərbaycansız Ermənistan-Türkiyə sərhədləri açıla bilməz - sərt mesaj...

Image

Məlum olduğu kimi, Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç iki ölkənin sərhədində görüşüblər. Danışıqların birinci hissəsi Ermənistan, ikinci hissəsi isə Türkiyə tərəfində baş tutub. İrəvan və Ankara iki ildən artıqdır ki, kommunikasiyaların açılmasını planlaşdırır, lakin Ankara ermənilər Azərbaycanla sülh razılaşmasına çatdığında bunun mümkün olduğunu da açıq bəyan edir.

Son görüşün yeri İrəvan və Ankara üçün ilk belə təcrübədir. Bundan əvvəl xüsusi nümayəndələr bir dəfə Moskvada, üç dəfə Vyanada görüşüblər, lakin o vaxtdan iki ildən bir qədər çox vaxt keçib. Maraqlıdır ki, 2022-ci il iyulun 1-də Avstriyanın paytaxtında tərəflər üçüncü ölkə vətəndaşlarının və diplomatik pasportlara malik olan şəxslərin quru sərhədini mümkün qədər tez keçmək imkanını təmin etmək barədə razılığa gəliblər. Lakin müqavilə hələ də icra olunmayıb. Beşinci görüş ikitərəfli münasibətlərin normallaşması istiqamətində daha bir kiçik addım olsa da, heç bir sensasiya olmadı. Beləliklə, tərəflər bütün əvvəlki razılaşmaları təsdiqləyib və Axurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin işə salınması üçün imkanlar yaradacaq texniki ehtiyacların qiymətləndirilməsi, diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı sadələşdirilməsi barədə qərar qəbul ediblər. Eyni zamanda, danışıqların özü 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi fonunda bağlanmış Marqara keçid məntəqəsinə baxışla başlayıb. Sərhədin tezliklə açılmasına ümid edən Ermənistan hakimiyyəti bu keçid məntəqəsinin modernləşdirilməsinə 2,5 milyon dollar vəsait qoyulub. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan əmin edib ki, bütün qalan işləri qısa müddətdə başa çatdırmaq olar. İstisna hal kimi bu keçid məntəqəsi 2023-cü ilin fevralında açılıb. Həmin vaxt İrəvan 100 ton humanitar yardım göndərməklə Ankaraya Türkiyənin cənub-şərqində baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmağa kömək edib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə Kiprə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında İrəvanın Bakı ilə sülhə hazır olduğunu bildirib: “Hesab edirəm ki, biz indiki tarixi andan düşmənçilik səhifəsini bağlamaq və mühüm yol ayrıcında olan bütün regionun iqtisadi inkişafı və çiçəklənməsi üçün daha yaxşı gələcək hazırlamaq üçün istifadə etməliyik".  Amma reallıq göstərir ki, ermənilər sülhü yalnız sözdə istəyirlər. Hər halda. baş nazir Nikol Paşinyanın Londonda sülh danışıqlarından imtina etməsi də bunu təsdiqləyir. Mirzoyan isə az qala hər həftə Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edir. Amma bunun üçün İrəvan öz Konstitusiyasını dəyişməlidir ki, Bakıya qarşı ərazi iddialarına istinad olmasın. Azərbaycan hakimiyyətinin ikinci tələbi ondan ibarətdir ki, Azərbaycan və Ermənistan Minsk qrupundan birgə çıxdığını elan etsin. Bakı Qarabağ üzərində öz suverenliyini bərpa etdikdən sonra ona olan ehtiyac aradan qalxıb.

İrəvanda yerləşən Strateji Araşdırmalar və Təşəbbüslər üzrə Analitik Mərkəzin rəhbəri Hayk Xalatyan qeyd edib ki, Ermənistan hakimiyyəti “nəyin bahasına olursa-olsun sülh” məntiqi ilə hərəkət etməkdə davam edərək, Türkiyə ilə münasibətləri normallaşdırmaqla sərhədlərin açılmasından əhəmiyyətli iqtisadi fayda əldə etməyə ümid edir: “ Amma Ankara qəti şəkildə bu xətti müdafiə edir ki, yalnız Ermənistan-Azərbaycan münasibətləri normallaşdıqdan sonra Ermənistan və Türkiyə arasında nizamlanma mümkündür. Hər iki ölkə öz müttəfiqliyinə sadiqdir və regionda birgə fəaliyyət göstərir”.

Region üzrə təhlilçilər Türkiyə-Ermənistan münasibətlərinin inkişafının Azərbaycan və Ermənistan arasındakı danışıqların gedişatından asılı olduğunu vurğulayırlar. ABŞ-da səfərdə olan Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı bu xüsusda qeyd edir: “Azərbaycanın regionda olan çətinliklər, çağırışlar və problemlərlə bağlı yanaşması hərtərəflidir. Çünki Türkiyə ilə Ermənistan arasında sərhədlərin bağlanmasının əsas səbəbi də Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalıdır. Biz Türkiyə ilə eyni mövqedəyik. Türkiyə də anlayır ki, Cənubi Qafqazda ərazi iddiası məsələsi tez bir zamanda həll olunmalıdır və sülh prosesi ətrafında onsuz da həssas olan atmosferi daha da ağırlaşdıracaq istənilən addımdan qaçmaq lazımdır”. Xatırladaq ki, Ermənistan silahlı qüvvələri 1993-cü ildə Kəlbəcər rayonunu işğal etdikdən sonra Türkiyənin bu dövlətin təcavüzkar siyasəti ilə əlaqədar olaraq sərhədlərini bağlaması İrəvanın uzun illər ərzində iqtisadiyyatına və ümumilikdə bütün sahələrdəki inkişafına ciddi zərbə vurub. Ermənistan bu mənfi tendensiyanı aradan qaldırmaq, Türkiyə ilə sərhədləri açmaq üçün müxtəlif zamanlarda müəyyən cəhdlər etsə də, təcavüzkar ritorika, Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddiası onun bütün səylərini nəticəsiz hala gətirib. Türkiyə və Ermənistanın yaxınlaşmasını, ikitərəfli münasibətlərin inkişaf etdirilməsini özündə ehtiva edən 2009-cu il oktyabrın 10-da imzalanan Sürix protokolları da tərəflər arasında hər hansı irəliləyişə təkan vermədi və nəticəsiz qaldı. Ermənistanın qondarma erməni “soyqırımı” siyasətindən əl çəkməməsi, Türkiyəyə qarşı ərazi iddialarını özünün hüquqi-normativ sənədlərindən çıxarmaması, eyni zamanda, Naxçıvan-Azərbaycan yolunun açılmasına mane olması Türkiyə-Ermənistan münasibətlərini irəli aparmağa imkan vermir. Bu olmadığı müddətdə sərhədin açılması da mümkün deyil.

Ramil QULİYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

20.12.2024 | 17:27
Azərbaycanın müttəfiqləri bir superdövlətə qalib gəldi - superdövlət başqa yol tutdu...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031