Bazar günü, 13 iyul 2025
     

Şuşa Teatrının Şuşaya qayıtması hələ mübahisəlidir... - MÜSAHİBƏ

Image

Yadigar Muradov: "Xankəndidəki teatr binasını bizə veriblər" 

Hazırda Bakıda fəaliyyət göstərən  Şuşa Dövlət Musiqili Dram Teatrının nə zaman Şuşaya qayıdacağı müzakirə edilən məsələlərdən biridir. Erməni vandallarının Şuşanı işğal etməsi nəticəsində öz doğma evindən didərgin salınan Şuşa Dövlət Musiqili Dram Teatrı uzun illərdir ki, paytaxtda öz varlığını qoruyur, çox maraqlı repertuarla tamaşaçılar qarşısına çıxır.

Zəngin ənənələrə malik olan Şuşa Teatrı qaçqınlıq dövründə də öz əzəli qayəsinə sadiq qalıb, bir-birindən maraqlı əsərlərə müraciət edib, təsirli tamaşalar təqdim edib. 

Şuşa Dövlət Musiqili Dram Teatrının doğma ocağına qayıtmasının vaxtı çatıb. Böyük fədakarlıqla teatrı qoruyanların arzusu geriyə qayıdıb öz yuvalarına nəfəs verməkdir. 

2022-ci ildə teatr Şuşada tamaşa oynadı, kollektiv Şuşada M.F.Axunzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah " tamaşası ilə çıxış etdi...

Bu gün isə teatrın geri qayıdışı məsələsi aktualdır.  

"Teatrımızın Şuşada fəaliyyət göstərdiyi binadan   əsər-əlamət qalmayıb, ermənilər elə dağıdıblar ki,  sanki heç orada bina olmayıb"

Müsahibimiz - Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru,  əməkdar artist Yadigar Muradovla həm bu mövzuda, həm də teatrla bağlı digər məsələlər barədə danışdıq. 

- Yadigar müəllim, Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşaya nə zaman qayıdacaq?

- Hələ Bakıdayıq, kollektiv məzuniyyətdədir. Qayıdışın vaxtı bizə hələ ki, deyilməyib. Amma sizə bir xəbər deyə bilərəm ki, Xankəndidəki teatr binasını bizə veriblər. Vaxtilə ermənilər Xankəndidə Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı açmışdılar. O teatrın binasını təmir edib bizə verəcəklər, nə vaxt olsa kollektivimiz ora köçəcək. 

- Bildiyimiz qədər, teatrın Şuşada fəaliyyət göstərdiyi binanı ermənilər işğal dövründə dağıdıblar... 

- Dağıdıblar. Bizdən sonra orada kukla teatrı açdılar, ondan sonra da dağıdıb yerində park salıblar. Bu bina bilirsiz harda yerləşirdi? Üzeyir bəyin, Natəvanın və Bülbülün güllələnmiş heykəllərinin qoyulduğu yerin arxası teatrın binası idi. Teatrımızın Şuşada fəaliyyət göstərdiyi binadan  əsər-əlamət qalmayıb, ermənilər elə dağıdıblar ki,  sanki heç orada bina olmayıb. 

- Teatr binasının onlara nə ziyanı vardı ki?

- Suala bax eee. Bilmirsiz ki, niyə dağıdıblar? Siz düşmənlərimizin erməni olduğunu unutmusunuz? Ancaq belə vandalizm hərəkətini ermənilər edə bilərlər. Məqsədləri bizim mədəniyyətin izlərini itirmək olub, guya orada Şuşa Dövlət Musiqili Dram Teatrının binası olmayıb. Amma gördüz, Allah bizə qismət etdi ermənilərin vaxtilə min bir hiylə ilə Azərbaycanın pulu ilə tikdikləri teatr binası Şuşa Dövlət Musiqili Dram Teatrına verildi, bizə qismət oldu. Biz gedib orada tamaşalarımızı oynayacağıq. 

- Maraqlıdır, deyirsiz ki, ermənilər o teatrın açılmasına min bir hiylə işlədərək nail olublar. Söhbət nədən gedir?

- Bəli, onlar bu teatrı xüsusi məqsədlə açmışdılar. 

O zaman bizim "qeyrətli rəhbərlərimiz", Nazirlər Soveti sərəncam verdi ki, maliyyə çətinliklərinə görə Üzeyir Hacıbəyov adına Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətinə xitam verilsin. 

- Bu hadisə hansı ildə baş verib?

- 1949-cu ildə. Üzeyir bəy rəhmətə gedəndən bir il sonra teatrın bağlanması ilə bağlı sərəncam verildi. 1949-cu ilin sentyabrında  Şuşa Dövlət Musiqili Dram Teatrını bağladılar, ondan bir neçə ay sonra yeni bir sərəncamla Xankəndidə Maksim Qorki adına Xankəndi Dövlət Dram Teatrı açıldı (o vaxt Maksim Qorki adına  Stenapakert Dövlət Dram Teatrı deyirdilər-Y.M). Yaxşı, maliyyə çətinliyi vardısa, Şuşa Teatrını bu bəhanə ilə bağladınızsa, bəs  onda hardan maliyyə tapıb  Stenapakertdə (Xankəndi) teatr binası açdınız?Ermənilər orada teatr açmaq üçün hər cür vasitəyə əl atdılar. Əslində, məqsəd Şuşa Teatrını sıradan çıxarmaq idi. Onlar qədər hiyləgər, namərd millət yoxdu dünyada.   

- Teatr nə zaman bərpa olunub? 

- Təvəzökarlıqdan uzaq olsa da deyim ki, 1990-cı ildə mənim fəaliyyətim nəticəsində teatr bərpa edildi. 1980-ci ildə Şuşaya getdim, orada dram dərnəkləri yaratdıq. Sonra tamaşalar hazırlamağa başladıq. Bunu təkbaşına etmədim, dostlarımızın iştirakı ilə bu tamaşalar başa gəlirdi. 1987-ci ildə Şuşada Xalq Teatrı açıldı. 1990-cı ildə də  Şuşa Dövlət Musiqili Dram Teatrı bərpa edildi, açıldı. Burada Həsən Həsənovun və Polad Bülbüloğlunun səyləri mütləq qeyd edilməlidir. Onlar Şuşaya gəlmişdilər. Mən onlara sual verdim ki, Şuşada dövlət teatrını açmağın vaxtı çatmayıbmı? Onlar da dedilər ki, çatıb, belə bir fikrimiz var. Fikirlərimiz bu mənada üst-üstə düşdü. Bakıya getdilər, teatrı açıldı. Teatr bərpa ediləndən sonra bizim binamız yox idi, Mədəniyyət Evinin binasında yerləşmişdik. Amma ermənilər teatrın fəaliyyət göstərdiyi binada əvvəlcə kukla teatrı açdılar, sonra da binanı yerlə-yeksan etdilər, teatrdan əsər-əlamət qalmadı. 

- 30 ildən çox teatrınız qaçqın həyatı yaşadı. Niyə kollektiv Bakıya gəldi? 

- İşğaldan sonra biz təxminən ay yarım işləmədik. Bakıya gəldik. Teatrımız ona görə Bakıda yenidən fəaliyyət göstərdi ki, kollektvin böyük hissəsi Bakıda məskunlaşmışdı. Gənc Tamaşaçılar Teatrında bizə sığınacaq verdilər. Teatrın ovaxtkı direktoru rəhmətlik Kamal Əzizov idi. Kamal müəllim heç bir tərəddüd etmədən teatrda bizə yer yerdi. Baxmayaraq ki, biz çox qapılar döymüşdük, amma bizə heç kim yer verməmişdi. 2005-2006-cı illərə qədər Gənc Tamaşaçılar Teatrında yerləşdik. Sonra Mədəniyət Nazirliyi 8-ci mikrorayonda yerləşən "Savalan" kinotetarının binasını bizə verdi, ora köçdük, 2014-cü ildə bina təmirə dayandı, 2018-ci ilin 24 dekabrında, Prezidentin ad günündə ora köçdük,  bugünə qədər həmin binada fəaliyyət göstəririk. Hələlik ordayıq, amma geri qayıdacağımız günü səbrsizliklə gözləyirik. Xankəndidə teatr binasının təmiri başa çatandan sonra ora gedəcəyik. Heç təmir etməsinlər, desinlər ki, sabah köçün, hamımız köçməyə hazırıq. Bütün kollektivin əli göydədir. O bina sınıq-salxaq olsa da ora köçməyə hazırıq. 

- Ən çətin şəraitlərdə tamaşalar təqdim etmisiniz. Fədakar teatr kimi tarixdə qalacağınıza heç bir şübhə yoxdur... 

- Bəli, yaradıcı və texniki kollektiv bütün gücünü teatrın yaşamasına, tamaşaçılara gözəl əsərlər təqdim etməyə qoyub. Biz bütün  janrlarda tamaşalar oynayırıq. Sonuncu tamaşamız da Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" əsəri olub. Bu tamaşanı mən hazırlamışam. Sağlıq olsun, sentyabrda gəlib baxarsınız.

- İllər sonra teatrın kollektvi Şuşaya getdi və tamaşa oynadı. Bu necə bir hiss idi?

- Bu hissi heç cür sözlə ifadə edə bilmirəm. Elə bir hissdir ki, onu yaşadığım üçün özümü xoşbəxt hesab edirəm. Nəhayət ki, teatrımız uzun illərdən sonra ilk dəfə Şuşada, doğma evində tamaşa göstərdi. Biz M.F.Axunzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərini Şuşada təqdim etdik. 

Sağlıq olsun, Xankəndiyə qayıtdıqdan sonra da yeni tamaşalarla tamaşaçılar qarşısına çıxacağıq. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

11.07.2025 / 20:16
Əliyev-Paşinyan görüşünə Rusiyadan ikibaşlı rəylər gəlir...

11.07.2025 / 20:02
Dövlətdən böyük vəsait ayrılır, ipəkçilik yenə də çökür...

11.07.2025 / 19:47
Azərbaycanın və Türkiyənin qəvi düşməninin axırına Ermənistan özü çıxır…

11.07.2025 / 19:30
Professor Məhərrəm Qasımlı Aydın Quliyevi yubileyi münasibətilə təbrik etdi

11.07.2025 / 19:17
Birləşmiş Kreml-İrəvan qüvvələri başladı - “Əbu-Dabi görüşünü ABŞ təşkil edib”...

11.07.2025 / 19:05
Sabir Zeynalov Açıq Çelenc Turnirində gümüş medal qazanıb

11.07.2025 / 19:03
Üç nəfər xaricində PKK terror təşkilatı bağışlandı - Murat Karayılan, Cəmil Bayık və...

11.07.2025 / 18:57
İranın diplomatik ikiüzlülüyü

11.07.2025 / 18:47
Hökumət mollası türk dilini "cəhənnəm dili" adlandırdı...

11.07.2025 / 18:42
Bahar Muradova Balakən rayonunda vətəndaşları qəbul edib

11.07.2025 / 18:33
Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

11.07.2025 / 18:23
İqtisadi Şuranın iclası keçirildi - 2026-cı il büdcə layihəsinə dair müzakirə aparıldı

11.07.2025 / 18:19
Təhsil Nazirliyi “qanunsuz” azad edir, məhkəmələr bərpa edir...

11.07.2025 / 18:06
Əliyev-Paşinyan razılaşmasının ardınca Rusiya hərəkətə keçdi...

11.07.2025 / 17:52
Vətəndaş Cəmiyyəti Təşkilatlarının BMT-də rolu – BAMF-dan növbəti təlim

11.07.2025 / 17:47
Azərbaycandan Almaniyaya daha çox pul axmağa başlayıb - əvvəl tərsinə idi, nə olub?

11.07.2025 / 17:44
TƏBİB-in tabeli tibb müəssisələrinin fəaliyyətinə dair növbəti geniştərkibli müşavirə keçirilib

11.07.2025 / 17:25
Tramp Ukraynaya göndərəcəyi silahların pulunu NATO-dan alacaq - Biz silahları onlara verəcəyik, onlar da Ukraynaya...

11.07.2025 / 17:12
Sabunçuda əməliyyat - Emin Səmədov 10 kq narkotiklə tutuldu...

11.07.2025 / 16:59
Dünya Çərkəz Birliyi çərkəz xalqının geridönüş haqqının tanınmasını tələb edir

11.07.2025 / 16:40
PKK-nın tərksilah edilməsilə bağlı ilk addım Süleymaniyyədə atıldı - Rəsmi Ankaradan ilk reaksiya...

11.07.2025 / 16:37
FHN-in əməkdaşı Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçildi

11.07.2025 / 16:28
Beynəlxalq səyyahlar Laçında... - YENİLƏNDİ

11.07.2025 / 15:57
Ürəyi Vətənlə döyünən qəhrəman Elnur...

11.07.2025 / 15:30
bp-nin Azərbaycan milli mətbuatının 150 illiyinə töhfəsi...

11.07.2025 / 15:29
Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslərə qarşı polis nəzarəti daha da gücləndirilib

11.07.2025 / 15:14
"Yaşyarımlıq oğlum başından qəlpə xəsarəti aldı" - Xocalı soyqırımı zamanı körpə övladları ilə girov götürülmüş qadın

11.07.2025 / 15:10
Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilib - FOTO

11.07.2025 / 14:51
Azərbaycanın daha iki abidəsi UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edildi

11.07.2025 / 14:26
16 milyon manata yaxın borcu olan şirkətin əmlakı satışa çıxarıldı

11.07.2025 / 14:12
Ağdamda tikinti aparılan ərazidə insan sümüyü aşkarlandı

11.07.2025 / 13:55
Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

11.07.2025 / 13:47
Paşinyan İrəvanı revanşistlərdən “təmizləyir”..

11.07.2025 / 13:24
“Konstitusiya və Suverenlik İli” çərçivəsində BDU-nun 2 tələbəsinə Ombudsmanın xüsusi təqaüdü veriləcək

11.07.2025 / 13:21
Prezident İlham Əliyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirini qəbul edib

11.07.2025 / 13:19
BDU-da “Birincilik” təqaüdü təsis edildi

11.07.2025 / 13:12
Страшный сон профессора Хачикяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.07.2025 / 13:11
Almaniyada yaşayan ixtiraçı həmyerlimiz "Bakı Xəbər"ə müraciət etdi

11.07.2025 / 13:09
“Sənət və duyğu harmoniyasının təbliği” layihəsi uşaqların psixoloji rifahına töhfə verir

11.07.2025 / 12:53
"Medianın işində ciddi keyfiyyət dəyişikliyi özünü göstərməkdədir" - Əhməd İsmayılov

11.07.2025 / 12:35
Rusiya Ukrayna müharibəsilə bağlı ABŞ-a yeni təkliflər verdi - Lavrovla görüşən Rubio detalları açıqlamadı...

11.07.2025 / 12:07
"Milli mətbuatımızın hazırkı estafetini yeni gənc nəsil qəbul etməlidir" - Əhməd İsmayılov

11.07.2025 / 11:55
“Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyaları birləşdirildi

11.07.2025 / 11:50
“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradıldı - FƏRMAN

11.07.2025 / 11:42
Prezident bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını təsdiqlədi

11.07.2025 / 11:35
Yaşayış minimumu haqqında qanunda dəyişiklik edildi

11.07.2025 / 11:33
“Bakinski raboçi” və “Xalq” qəzetinin redaksiyalarının MMC-ləri yaradıldı - FƏRMAN

11.07.2025 / 11:31
Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsinə vəsait ayrıldı - SƏRƏNCAM

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910