Fransada ŞOK OLAY - AES-lərə dair informasiyanın olduğu 15 kompüter oğurlanıb
Fransanın Marsel şəhərində elektrik istehsal edən EDF şirkətinin podratçılarının birinin ofisindən 15 ədəd kompüter oğurlanıb. “Figaro” nəşrinin yazdığına görə, hadisə bazar günü baş versə də, şirkət məsələdən iyulun 30-da xəbər tutub. EDF-in açıqlamasında bildirilir ki, oğurlanmış kompüterlərdə həssas informasiya yoxdur. Lakin polis bunun əksini söyləyib.
Faktla bağlı Marsel prokurorluğunda cinayət işi açılıb, oğurluğu törədənlərin axtarışı davam edir. Polisin yoxlaması zamanı binada heç bir müşahidə kamerasının olmadığı üzə çıxıb.
Mətləb Salahov