ABŞ Ukraynaya 1,7 milyard dollarlıq yardım ayırdı
Bayden Administrasiyası Ukraynaya əlavə təhlükəsizlik yardımı paketi ayırdığını açıqlayıb. ABŞ Müdafiə Departamentinin yaydığı məlumatda deyilir ki, 1,7 milyard dollar təşkil edən paket 2 hissədən ibarətdir. 200 milyon dollarlıq paketə zenit raketləri, raket artilleriya sistemləri üçün sursatlar və tank əleyhinə silahlar daxildir. 1,5 milyard dollarlıq paket isə Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (UTYT) çərçivəsində ayrılıb. Bu 2021-ci ilin avqustundan bu yana ABŞ ehtiyatlarından ayrılan 62-ci və UTYT çərçivəsində ayrılan 20-ci yardım paketidir.
Mətləb Salahov