Bazar ertəsi günü, 11 may 2026
     

AMEA-nın təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində tədbir keçirilib

Image


Zəngilan rayonunun Ağalı kəndində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü, AMEA Rəyasət Heyətinin, Azad Həmkarlar İttifaqının, Mərkəzi Elmi Kitabxananın, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Müdrik siyasətin Böyük Qayıdış zirvəsi" mövzusunda tədbir keçirilib. Bu barədə SİA-ya AMEA-dan bildirilib.

Tədbirə AMEA Rəyasət Heyəti aparatının əməkdaşları, AMEA Azad Həmkarlar İttifaqının aparatının işçiləri, Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul şəxsləri - Aqil Qurbanov, Ceyhun Həsənov, Ağalı kənd məktəbinin direktoru Sahil Aslanlı, məktəbin pedaqoji heyəti və kənd sakinləri qatılıblar.

Tədbir iştirakçıları əvvəlcə Ağalı kənd məktəbi ilə tanış olublar. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qonaqları məktəbdə yaradılmış smart sistemlə tanış edib. Məktəblilərin bilik və bacarıqlara müasir üsullarla yiyələnmələri üçün yaradılmış texnoloji, innovativ imkanlara dair geniş məlumat verib. Sonra Ağalı kənd məktəbinin akt zalında "Müdrik siyasətin Böyük Qayıdış zirvəsi" mövzusunda tədbir açıq elan edilib. AMEA Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun moderatorluğu ilə tədbir öz işinə başlayıb.

S.Həsənov tədbirin baş tutmasına görə AMEA-nın prezidenti akademik İsa Həbibbəyliyə və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəhbərliyinə və bütün işgüzar heyətə iştirakçılar adından minnətdarlığını bildirib, eyni zamanda akademik İsa Həbibbəylinin salamlarını tədbir iştirakçılarına çatdırıb. Alimlərlə pedaqoji kollektivin, o cümlədən yerli sakinlərlə görüşlərin Böyük Qayıdışın elmi əsaslarının öyrənilməsi və təbliği istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. AMEA-da Vətən müharibəsi və Böyük Qayıdışa dair həyata keçirilən layihələrin və fundamental tədqiqatların yeni nəslin formalaşmasındakı ideoloji, siyasi əhəmiyyətini önə çəkib. Eyni zamanda belə tədbirlərin yeni elmi mövzulara istiqamət açdığını bildirib.

Sonra çıxış edən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov MEK-də yaradılan elektron kitabxana sistemindən danışıb, vahid məlumat informasiya bazasının dərin elmi biliklər üçün fundamental vasitə olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə son illərdə Akademiya rəhbərliyinin apardığı islahatlara toxunub və qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu deyib. MEK tərəfindən Ağalı kənd məktəbinə çoxsaylı kitabların hədiyyə olunmasının məktəbin zəngin kitabxana sisteminin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını söyləyib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının İnsan resursları şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud çıxış edərək bildirib ki, alimlərimiz Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə yeni reallıqlara cavab verən çağrışlarla daha əzmlə fəaliyyət göstərirlər. O qeyd edib ki, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun strukturunda "Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı" şöbəsi, M.Füzuli adına Əlyazmalar İnstitutunda "Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi" yaradılıb. Eyni zamanda AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin Şuşa Daşaltı Seysmoloji Stansiyasında işlərin başa çatmaq üzrə olduğunu bildirib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda daimi fəaliyyət göstərən Qarabağ arxeoloji ekspedisiyasının geniş tərkibdə apardığı arxeoloji ekspedisiyanın səmərəli fəaliyyətini də iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının vitse-prezidentləri xidmətinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnoqrafiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi dosent Mərziyyə Nəcəfova, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Mahir Cavadov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, həmin müəssisənin ümumi işlər üzrə direktor müavini Qabil Camalov, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev, həmin institutun Həmkarlar Təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzinin şöbə müdiri Ceyran Abbasova və digər şəxslər çıxış edərək Böyük Qayıdışın fonunda daha güclü Azərbaycanın hədəflərinin Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə reallaşacağını yekdilliklə bəyan ediblər. Bu yolda elmin və alimlərin üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminliklərini ifadə ediblər.

Sonda AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən Zəngilan rayonunun Ağalı kənd məktəbinə 150-dən çox kitab və monoqrafiya, 200-dən çox elmi məqalə, tədqiqat işləri və məlumat vasitələri hədiyyə edilib. AMEA alimləri və tədbir iştirakçıları kənd ərazisini gəzərək sakinlərlə söhbət edib, Zəngilan rayonunda inşa edilmiş Məscidi ziyarət etməklə xatirə şəkli çəkdiriblər.




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

11.05.2026 / 12:38
Kinematoqrafçılar İttifaqının yeni sədri kim olacaq?

11.05.2026 / 12:33
Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb

11.05.2026 / 10:40
8 ildir nəvələrinə özü baxır-Səbəb?

11.05.2026 / 10:00
Rəsmi Seul: Hörmüzdəki hücum cavabsız qalmayacaq

11.05.2026 / 09:31
AFP: “Nərgiz Məhəmmədi zaminə buraxılıb”

11.05.2026 / 09:13
Netanyahu: “Müctəba Xameneyi sağdır, amma atasının gücünə əsla sahib deyil”

11.05.2026 / 08:53
Tramp İranın ABŞ-ın sülh planına cavabını rədd etdi

10.05.2026 / 22:19
İrandan Britaniya və Fransaya Hörmüz xəbərdarlığı – cavab verəcəyik...

10.05.2026 / 21:28
Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

10.05.2026 / 20:45
Hantavirusun ilk qurbanı quşları tədqiq edən alim imiş…

10.05.2026 / 20:20
ABŞ indi də Kuba ilə “məşğul olmaq” niyyətindədir - Tramp belə deyir…

10.05.2026 / 20:04
İspaniya hantavirus aşkarlanan gəmidən təxliyyələrə başladı

10.05.2026 / 19:34
Kreml Ermənistanın Zelenskinin antirusiya çıxışına qəsdən şərait yaratdığını iddia etdi - izahat verməlidirlər...

10.05.2026 / 18:52
Tehran ABŞ-ın son təklifinə cavab verdi...

10.05.2026 / 18:40
Xalq şairi Zəlimxan Yaqub haqqında unudulmaz dost xatirələri

10.05.2026 / 18:25
Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...

10.05.2026 / 18:02
Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım etdi - FOTO

10.05.2026 / 16:45
İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”

10.05.2026 / 16:17
Paşinyandan tarixi Qarabağ etirafı – “Orada məktəb, bağça, fabrik inşa etdikmi? Xeyr, çünki bizim deyildi”... VİDEO

10.05.2026 / 15:57
Heydər Əliyevin adı ilə bağlı Naxçıvan turu... - VİDEO

10.05.2026 / 13:33
"Ucqar kənd məktəblərinin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir" - Nazir

10.05.2026 / 13:20
"Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik" - Prezident

10.05.2026 / 13:17
Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqladı

10.05.2026 / 13:16
"Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq" - Prezident İlham Əliyev

10.05.2026 / 13:12
Prezident: "Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq"

10.05.2026 / 13:09
"Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək" - Prezident

10.05.2026 / 13:06
Prezident: "Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

10.05.2026 / 13:04
"Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur" - Prezident

10.05.2026 / 13:03
Prezident Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - FOTO

10.05.2026 / 12:56
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı oldu - FOTO

10.05.2026 / 12:33
Ceyhun Bayramov: "Delimitasiya və demarkasiya prosesi ilə bağlı işlər davam edir"

10.05.2026 / 12:08
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2026 / 11:58
Qeyri-adi yetənəyi ilə məşhurlar siyahısına düşən soydaşımız - Günay Həsənova

10.05.2026 / 11:50
"Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var" - Ceyhun Bayramov

10.05.2026 / 11:36
Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub - FOTO

10.05.2026 / 11:14
Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

10.05.2026 / 11:10
Ceyhun Bayramov Naxçıvana dron hücumundan danışdı

10.05.2026 / 09:53
İraqda səhranın ortasında İsrailin İrana qarşı qurduğu gizli baza aşkarlandı - əraziyə yaxınlaşan İraq ordusuna atəş açıldı...

10.05.2026 / 09:10
ABŞ UNO-larla bağlı ŞOK GÖRÜNTÜLƏR yaydı...

10.05.2026 / 08:56
Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

10.05.2026 / 08:34
Dörd illik qanlı müharibənin sonu göründü - Putindən Zelenskiyə sülh mesajı...

10.05.2026 / 00:28
Ermənilər işğal dönəmində Qarabağda törətdiyi cinayətləri elə özləri ifşa edir - VİDEO

10.05.2026 / 00:14
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı paylaşım edib

10.05.2026 / 00:10
Prezident Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib

10.05.2026 / 00:03
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

09.05.2026 / 23:10
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Şükürbəyli sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO

09.05.2026 / 22:53
Trampdan Roma ilə gərginliyi artıracaq açıqlama - ABŞ qoşunları İtaliyadan çıxarılır...

09.05.2026 / 22:17
Fars körfəzini fəlakətə sürükləyəcək iddia... ABŞ-ın vurduğu Xark adasında neft sızması aşkarlandı - sürətlə yayılır...

09.05.2026 / 19:35
Sabah Azərbaycandan Ermənistana 16 vaqon dizel göndəriləcək

09.05.2026 / 19:11
İran körfəz ölkələrini Hörmüzlə təhdid etdi - bu riskə getməyin...

09.05.2026 / 18:50
Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşıb - FOTO

09.05.2026 / 18:22
Prezident: "Yaşayışla, təhsillə bağlı məsələlər həll olunduqca, məşğulluq məsələləri də həll edilir"

09.05.2026 / 18:16
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir" - Prezident

09.05.2026 / 17:45
Cəbrayılın Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı oldu - FOTO

09.05.2026 / 17:43
Prezident və Birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO

09.05.2026 / 17:40
ABŞ və İran gələn həftə İslamabadda görüşə bilər...

09.05.2026 / 17:38
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

09.05.2026 / 17:28
Zaqatalada silahlı insident - restorandan çıxarkən qapıda güllələndi...

09.05.2026 / 17:20
Prezident və Birinci xanım Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO

09.05.2026 / 17:11
Cəbrayılın Şükürbəyli kəndinin açılışı oldu - FOTO

09.05.2026 / 17:07
Putin qələbə paradında NATO-nu hədəf aldı, Kimdən də dəstək gəldi...

09.05.2026 / 16:13
BTQ Fransadan BMT-nin çağırışlarına dərhal əməl etməyi tələb etdi...

09.05.2026 / 15:40
“Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu açıqlandı - 50 min avrodan çox...

09.05.2026 / 15:12
"Müharibə qabaqdadır" - Ohanyan yenə sarsaqladı...

09.05.2026 / 14:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıla səfər ediblər

09.05.2026 / 13:55
Suraxanıda 12 kiloqram narkotik aşkarlanıb - VİDEO

09.05.2026 / 13:11
DİN-in şəxsi heyəti Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO/VİDEO

09.05.2026 / 12:28
Qobustanda elektrik stansiyası ərazisində güclü yanğın olub

09.05.2026 / 12:02
Tərtərdə gənc oğlan asma bronxid xəstəliyindən ölüb

09.05.2026 / 11:55
Prezident Birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2026 / 11:52
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2026 / 11:25
Azərbaycan Tibb Universiteti Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır

09.05.2026 / 11:16
2 cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

09.05.2026 / 11:03
Azərbaycandan Ermənistana 8 vaqon dizel göndərildi

09.05.2026 / 10:59
Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlandı

09.05.2026 / 10:11
Yol Polisi qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi

09.05.2026 / 06:39
Bu gün QƏLƏBƏ günüdür

09.05.2026 / 06:28
Paşinyan Ermənistanın Qarabağ iddiasını ölümcül səhv adlandırdı

09.05.2026 / 06:14
İran BMT-yə çağırış etdi - “ABŞ-ı qınayın”…

09.05.2026 / 06:04
Trampı tabutda təsvir etdi, altına “kaş ki…” yazdı - Ağ Ev şokda…

08.05.2026 / 23:06
ABŞ UFO-larla bağlı arxivləri açdı – ŞOK GÖRÜNTÜLƏR...

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ