Seçkilərlə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlandı
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün ümumilikdə indiyədək 2794 nəfər akkreditasiyadan keçib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iyulun 27-də keçirilən iclasında söyləyib.
O bildirib ki, müşahidəçilərdən 2562 nəfəri Mərkəzi Seçki Komissiyasında qeydiyyat keçiblər. Onların 126-sı Yeni Azərbaycan Partiyasının, 569-u QHT-lərin xətti, 1867 nəfəri isə öz təşəbbüsü ilə müraciət edib.
ZÜMRÜD