Cümə günü, 4 iyul 2025
     

Məktəblərdəki "ÇP"lər tibbi xidmətin eyiblərini açıb tökür...

Image

Zaman-zaman məktəblərdə şagirdlərin halının pisləşməsi xəbərini alırıq. Son günlərin gündəmdən düşməyən mövzularından biri paytaxtın Sabunçu rayonunda yerləşən 90 nömrəli tam orta məktəbdə 2-ci sinif şagirdinin xəsarət alması ilə bağlı informasiyalardır. 

Məktəbli qızın üz nahiyəsindən güclü zərbə almasına baxmayaraq, ona ilkin tibbi yardım göstərilmədiyi qeyd edilir. Məktəbdə hansısa şagirdin halı pişləşirsə onlara ilkin yardım göstərilməsi məqsədilə tibbi xidmət təşkil olunmalıdır. Ancaq əksər məktəblərdə tibb məntəqəsinin adı olub, işçilərinin olmaması bu sahədə problemlərin olmasını üzə çıxartdı.

Adil Qeybulla: "Orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir"

Tibb üzrə ekspert Adil Qeybulla "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, həmin tibb məntəqələri uşaq yıxıldıqda və ya kəskin bir travma aldıqda ilkin yardım göstərmək üçün məsuliyyət daşıyır: "Bütün uşaqların tibbi vərəqəsi məktəbdə olur. Uşağın peyvənd olunması və ya hər hansısa tibbi müayinənin nəticələri hamısı həmin vərəqdə qeyd edilir. Özəl məktəblərdə bu qaydaların əksəriyyətinə riayət olunur. Amma dövlət məktəblərindəki vəziyyətlə bağlı bir şey demək çətindir. Sovet vaxtı məktəblərdəki tibb məntəqələrinə nəzarət olduqca güclü idi. Uşaq yıxıldıqda və ya kəskin travma aldıqda ilkin yardımı göstərmək üçün həmin tibb məntəqələri məsuliyyət daşıyır. Təcili tibbi yardım maşını gələnə qədər oradakı tibb bacısı ilkin tibbi yardımı göstərməlidir. Bəzən həkiməqədərki yardım, hətta həkim yardımını belə əvəz edir. Yəni uşağın həyatı göstərilən ilkin tibbi yardımdan asılı olur. Bu baxımdan, orta məktəblərdə tibb məntəqələrinin olmağı olduqca zəruridir".

Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, tibb bacıları dərs bitənə qədər məktəbdə olmalıdırlar: "Bəzi məktəblər bir, bəziləri isə ikinövbəlidir. İşlədiyi məktəbin dərs saatından asılı olaraq, tibb bacısı bütün günü məktəbdə olmalıdır. Bunu da qeyd edim ki, əgər uşağın temperaturu qalxarsa və ya hər hansısa bir hadisə baş verərsə, tibb bacısının iynə vurmaq səlahiyyəti yoxdur. Amma yüngül dərmanlardan verə bilər. Dünyanın bir sıra ölkələrində olan məktəblərdə vəziyyət bir az fərqlidir. Belə ki, onların istifadə etdiyi alətlər daha çoxdur. Süni nəfəs vermək üçün aparat, xəstənin boğulma halları olduqda boğaza salmaq üçün xüsusi formalardan istifadə edilir. Həm də həmin məktəblərdə işləyən tibb bacıları xüsusi təlimlərdən keçirlər. Biz də çalışmalıyıq ki, belə şərait yaradaq".

Kamran Əsədov: "Məktəbdə şagirdlərə ilkin tibbi yardım göstərilməsi xidmətində və məsuliyyətli davranış qaydalarına əməl olunmasında qüsurlar var"

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün məktəblərdəki tibb otaqları tam qənaətbəxş vəziyyətdə deyil: "Məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı haqqında diaqnozu məhz həmin məntəqədə çalışan tibb bacıları qoyur. Ona görə, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Orta məktəblərdə tibb xidmətinin göstərilməsi qaydalarında qeyd olunur ki, şagirdlər ayda bir dəfə müayinə edilməlidirlər. 6 aydan bir isə müxtəlif sahələrin, yəni psixoloq, nevroloq, uroloq, kardioloq və s. həkimlərin iştirakı ilə yaradılmış tibbi komissiyanın yoxlanışından keçməlidirlər. Amma təəssüflər olsun ki, sadaladığım bu qaydalara bir sıra orta məktəblərdə əməl edilmir.

90 saylı orta məktəbdə baş verən hadisə onu göstərir ki, məktəbdə yaxşı tibbi xidmət yoxdur. Məktəbdə şagirdlərə ilkin tibbi yardım göstərilməsi xidmətində və məsuliyyətli davranış qaydalarına əməl olunmasında qüsur var. Əlbəttə ki, şagirdlər qaçır, ani əl-qol hərəkəti edir və bu zaman arzuolunmaz xəsarətlər ola bilər. Təhsil bizim hamımızın işidir, hamımızın həyat və fəaliyyətinə bilavasitə bağlı olan, təsir göstərən sahədir. Əl-ələ verib daha yaxşısını təşkil etməkdə maraqlı olmalıyıq".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

04.07.2025 / 18:19
Putin Trampı şoka salıb - “müharibə o vaxta qədər davam edəcək ki...”

04.07.2025 / 18:06
Türkiyəli partiya sədri Ermənistanı qarışdırdı – terrorçuya heykəl qoymaq olar, qəhrəmana yox?

04.07.2025 / 17:52
Azərbaycan-Rusiya münasibətlərini kim pozur? - Cinayət, ardınca qeyri-səmimiyyət...

04.07.2025 / 17:39
Alen Simonyan katolikosun taleyini “müəyyən etdi”

04.07.2025 / 17:22
Alen Simonyan: “Levon Köçəryan siyasətdən uzaq, qeyri ciddi insandır”

04.07.2025 / 17:21
İran prezidenti Qarabağa səfəri öncəsi bəyanatla çıxış edib

04.07.2025 / 17:19
İmamoğlunun diplom iddianaməsi tamamlandı

04.07.2025 / 16:55
Birinci Qarabağ müharibəsində itkin düşən üç şəhid Kəlbəcərdə dəfn edildi

04.07.2025 / 16:43
Xankəndidə Prezident İlham Əliyevlə Pezeşkianın görüşü olub - FOTO

04.07.2025 / 16:22
"ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var" - Prezident İlham Əliyev

04.07.2025 / 16:14
İƏT Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev və tədbirdə iştirak edən ölkələrin liderləri çay süfrəsinə toplaşıblar - FOTO/VİDEO

04.07.2025 / 16:06
Ərdoğan Şuşanın ECO-nun turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik etdi

04.07.2025 / 15:47
"İşğal dövründə Ermənistan 67 məsciddən 65-ni yerlə-yeksan edib" - Prezident

04.07.2025 / 15:42
"Xankəndi Qafqazın yeni inkişaf mərkəzinə çevriləcək" - Ərdoğan

04.07.2025 / 15:36
“Yeni nəslin kreativ baxışları” layihəsi: “Qayğı və Himayə” Xeyriyyə Fondu uğurla reallaşdırır

04.07.2025 / 15:34
“Gözəgörünməz düşmən ilə mübarizəmiz hələ də davam edir”- BAMF rəsmisi

04.07.2025 / 15:16
Pezeşkian Azərbaycana təşəkkür etdi

04.07.2025 / 15:02
Ermənilərin Kəlbəcərin işğalı zamanı mülki əhalini, uşaqları atəşə tutması ilə bağlı ifadələr dinlənilib – MƏHKƏMƏ

04.07.2025 / 14:48
Nərimanovda oğurluq edən şəxslər saxlandı

04.07.2025 / 14:35
Qırğızıstandan təklif - dənizə çıxışı olmayan İƏT ölkələr üçün limanlarda güzəştli rüsumlar tətbiq edilsin...

04.07.2025 / 14:28
"...şəhid anaları bizim üçün təkcə ağsaçlı qadınlar deyil, həm də Vətən üçün müqəddəs dəyər daşıyan zirvələrdir" - Ceyhun Məmmədov

04.07.2025 / 14:15
Şavkat Mirziyoyev İƏT ticarət nazirlərinin toplantısının Daşkənddə keçirilməsini təklif etdi

04.07.2025 / 14:11
Pezeşkian İƏT-in növbəti Sammitinin İranda keçirilməsini təklif etdi

04.07.2025 / 13:56
Vəkillər Kollegiyası Yekaterinburqda baş vermiş hadisələrlə bağlı beynəlxalq təşkilatlara müraciət etdi

04.07.2025 / 13:53
Media subyektləri bu hallarda Media Reyestrindən çıxarılacaq

04.07.2025 / 13:45
Media Reyestrində olmayan çap mediası subyektləri 5 min manatadək cərimələnəcək

04.07.2025 / 13:44
Prezident İlham Əliyev: "Ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur"

04.07.2025 / 13:40
"Azərbaycan ECO-nun işində həmişə fəal iştirak edib" - Prezident

04.07.2025 / 13:37
Prezident İlham Əliyev: "Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır"

04.07.2025 / 13:36
"Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir" - Prezident

04.07.2025 / 13:33
Prezident: "Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır"

04.07.2025 / 13:32
"ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var" - Prezident İlham Əliyev

04.07.2025 / 13:18
Polislərin maaşının artırılması təklif edilir

04.07.2025 / 13:10
Россия должна уйти с Южного Кавказа, иначе мира не будет - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

04.07.2025 / 12:59
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 70-dən çox məzunu dünyanın nüfuzlu universitetlərinə qəbul olub

04.07.2025 / 12:53
Prezident İlham Əliyev Xankəndidə Şahbaz Şəriflə görüşdü - FOTO

04.07.2025 / 12:37
Prezident İlham Əliyev Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

04.07.2025 / 12:35
Avropa Parlamentində korrupsiya qalmaqalı böyüyür

04.07.2025 / 12:18
Prezident İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib - FOTO

04.07.2025 / 12:11
Ərdoğan Azərbaycana gəldi

04.07.2025 / 12:02
17 kiloqram marixuana ilə yaxalandı, həbs olundu

04.07.2025 / 11:42
Paşinyan Trampa məktub göndərdi, Cənubi Qafqazda sülh üçün dəstək istədi

04.07.2025 / 11:20
Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

04.07.2025 / 11:14
TƏBİB Azərbaycanda ilk dəfə laboratoriya nümunələrinin daşınması üçün “ağıllı daşıma sistemi” tətbiq etdi

04.07.2025 / 11:10
"Azərbaycan diasporlarının fəaliyyəti yoxlanılsın" - Sergey Mironovdan Rusiya baş prokuroruna müraciət

04.07.2025 / 11:07
Milli Məclis iclas keçirir - 22 məsələ müzakirə olunur

04.07.2025 / 11:04
Hülya Avşar "pul qazanmayan kişilərə hörmət etmirəm" dedi, sosial media çalxalandı...

04.07.2025 / 11:00
Pakistan ordusu Əfqanıstandan gələn 30 terrorçunu məhv edib

04.07.2025 / 10:26
"Bu qərar bütün Avropaya və NATO-ya ciddi zərbə olacaq" - Baş nazir Trampı "topa tutdu"

04.07.2025 / 10:25
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edilib - VİDEO

04.07.2025 / 10:22
Muzey Mərkəzində “Sənin adın nədir?” adlı ilk tanıtım sərgisi açılıb

04.07.2025 / 10:15
Məsud Pezeşkian da Füzuliyə gəldi

04.07.2025 / 10:13
Tramp bunu da etdi - Ağ Evdə UFC döyüşü keçiriləcək... ...

04.07.2025 / 10:10
43 azərbaycanlı tələbə Çində təhsil alacaq

04.07.2025 / 10:05
Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

04.07.2025 / 10:03
HƏMAS-dan İsrailə "hə" cavabı...

04.07.2025 / 09:45
Qazaxıstanın Baş naziri Füzuliyə gəlib

04.07.2025 / 09:37
Putinlə Trampın telefon söhbəti barədə məlumatda tarix aşkarca təhrif edildi...

04.07.2025 / 09:20
Fatih Terim qovuldu, yerinə ispaniyalı məşqçi gəldi

04.07.2025 / 09:13
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edildi - TƏCİLİ

04.07.2025 / 09:07
Ukrayna ABŞ şirkəti ilə birgə dronlar istehsal edəcək

04.07.2025 / 09:02
Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

04.07.2025 / 08:40
Rusiyanın imtina etdiyi aqrar məhsullarımızın yeni bazarı...

04.07.2025 / 00:53
Moskvada iki azərbaycanlı kriminal avtoritet saxlandı...

03.07.2025 / 22:32
Ermənilərin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi - FOTO

03.07.2025 / 22:15
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Ağdamda Şahbulaq qalasında olublar - FOTO

03.07.2025 / 22:10
Su Təchizatı Xidmətinin nümayəndələri ilə “Jurnalistlər binası”nın sakinlərinin görüşü keçirildi

03.07.2025 / 21:35
Trampın növbəti təşəbbüsü Qəzzada iflas ərəfəsindədir...

03.07.2025 / 21:21
Bakı-İrəvan sülhünə görə Nobel mükafatı olacaq...

03.07.2025 / 21:10
Verdiyi qərarlardan geri çəkilməyi sevməyən insan...

03.07.2025 / 21:08
Rusiya Azərbaycanla bütün körpüləri yandıraraq ən çirkin yola əl atdı

03.07.2025 / 21:06
Araz Ağalarova və “LUKoyl”a qarşılıq Azərbaycan bunları edə bilər...

03.07.2025 / 20:52
Rusiyada azərbaycanlı iş adamı oğurlandı - Rus qazının İrana nəql layihəsi baş tutmur...

03.07.2025 / 20:37
Özbəkistanda Azərbaycan sərmayələri niyə prioritet sayılır?..

03.07.2025 / 20:23
Azərbaycan yeni məkanda lokomotivə çevrilir - 500 milyon insan, 76 milyard dollar ÜDM...

03.07.2025 / 20:09
Rusiya XİN Bakı-İrəvan sülhünü "kal saziş" adlandırdı...

03.07.2025 / 19:55
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verildi

03.07.2025 / 19:48
Ermənistan hakimiyyəti Rusiyanın bütün adamlarını bir-bir “dənləyir”

03.07.2025 / 19:35
Özbəkistanın ixrac potensialı, Azərbaycanın strateji körpü rolu böyüyür...

03.07.2025 / 19:30
“Böyük Qayıdış” Proqramını həyata keçirdiyimiz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir" - Prezident İlham Əliyev

03.07.2025 / 19:21
Xətai Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib - FOTO

Rusiya tolerantlıq məsələsində Azərbaycandan nümunə götürə bilər

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910