"Mən seçimimi etdim, öz fikirlərimi bildirdim" - Co Bayden xalqa müraciət edib
ABŞ Prezidenti Co Bayden seçki yarışından çəkilməsindən sonra xalqa ilk müraciətini edib. O çıxışında Prezident kimi Amerika xalqına xidmət etməkdən şərəf duyduğunu bildirib.
“Bir neçə aydan sonra Amerika xalqı Amerikanın gələcək kursunu müəyyən edəcək. İrəli getməyin ən yaxşı yolu məşəli yeni nəslə ötürməkdir. Mən seçimimi etdim, öz fikirlərimi bildirdim. Vitse-prezident Kamala Harris təcrübəlidir. O, mənim üçün inanılmaz tərəfdaş və ölkəmiz üçün çox yaxşı liderdir. İndi seçim sizdən, Amerika xalqından asılıdır”, - deyə Bayden bildirib.
Mətləb Salahov