Velosiped yoluna girən maşınların sürücüləri 100 manat cərimələnəcək
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək. Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Məcəlləyə əlavə edilən maddəyə əsasən, velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə 100 manat məbləğində cərimə ediləcək.