Zaxarovadan Ermənistana mesaj - Kənardan heç kim ora firavanlıq gətirməyəcək...
Rusiya bundan sonra da Azərbaycan və Ermənistan arasında ikitərəfli formatda danışıqlar üçün öz platformasını təqdim etməyə hazırdır.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O qeyd edib ki, Moskva Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına hər cür köməklik göstərməyə söz verib və əlavə edib ki, bu yardımın həcmi və formaları bütün tərəflər üçün məqbul olmalıdır.
"Rusiya bundan sonra da tərəflər arasında ikitərəfli formatda danışıqlar üçün öz platformasını təqdim etməyə davam etməyə hazırdır. İki müttəfiqimiz arasında balanslaşdırılmış sazişin bağlanmasını sülh arxitekturasının əsası hesab edirik", - deyə Zaxarova bildirib.
Bundan başqa, o bildirib ki, Cənubi Qafqazın taleyi və gələcəyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaşlar müəyyən etməlidir.
"Kənardan heç kim ora firavanlıq gətirməyəcək, bu, artıq əsrlərdir sübut olunub", - deyə o əlavə edib.