Bir gündə 15 tüfəng təhvil götürülüb - DİN açıqladı
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 23-də polis əməkdaşları paytaxt və respublikanın rayonlarında 8 tüfəng təhvil götürüblər.
Həmin gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 7 tüfəng aşkarlanaraq götürülüb. Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir.
Mətləb Salahov