Şimali Koreyadan göndərilən zibil dolu şar Cənubi Koreya prezidentinin ofisinə düşüb
Şimali Koreyadan göndərilən tullantı dolu şarlardan biri Seulda prezident administrasiyasının yerləşdiyi kompleksin ərazisinə düşüb. Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb .
“Silahlı Qüvvələrin Baş Qərargah Rəisləri Komitəsi ilə birgə Şimali Koreyadan atılan tullantı yüklü şarlarla bağlı vəziyyətin monitorinqi zamanı Yonqsan bölgəsindəki hökumət kompleksinin ərazisində qalıqlar aşkar edilib”, - bu barədə Cənubi Koreya prezidentin müdafiə xidməti bildirib.
Mətləb Salahov