Ermənipərəst senator istefa verəcək - gələn ay ərizə yazacaq...
Amerikalı ermənipərəst senator Bob Menendez istefa verəcək. “Associated Press”in məlumatında deyilir ki, onun avqustun 20-si istefa ərizəsi yazacağı gözlənilir. İstefadan sonra Nyu-Cerci qubernatoru Menendezin yerinə geridə qalan müddətdə əvəzləyici təyin etməlidir. Onun vəzifə müddəti isə yanvarın 3-ü bitir. ABŞ Senatının İntizam Komitəsi də Menendezin Senatdan uzaqlaşdırılması ilə bağlı proses başladıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Bob Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Bob Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur.
Mətləb Salahov