Rusiyadan Qərbə nüvə başlıqlı “Yars” raketi ilə gözdağı - raketlərdən atəş açıldı...
Qərblə gərginliyin artdığı və III Dünya Müharibəsi təhlükəsinin yarandığı bir vaxt Rusiya daha bir diqqətçəkən addım atıb. Qərbi qorxudan Rusiya nüvə silahı ilə təlimlərə başlayıb.
Rusiya Müdafiə Nazirliyi nüvə hücumu qabiliyyətinə malik qitələrarası ballistik “Yars” raket komplekslərilə təlim keçirdiyini açıqlayıb.
Təlim çərçivəsində sözügedən raket komplekslərinin 100 kilometr məsafəyə daşınması, onların kamuflyajı və yerləşdirilməsi üzrə tapşırıqlar işlənib hazırlanır.
İyulda Rusiyanın iki regionunda oxşar təlimlər keçirilib.
Qeyd edək ki, nüvə hücumu da həyata keçirə bilən və təxminən 12 min kilometr mənzilə sahib olan “Yars” raketinin müdafiə sistemləri tərəfindən aşkarlanmadığı və eyni anda 3 ilə 6 arasında hədəfi vura bildiyi bildirilir.
TAHİR