Bu gün Bakının 4 rayonunda qaz təchizatında fasilə yaranacaq
Bu gün Bakının Sabunçu, Xəzər, Yasamal və Binəqədi rayonlarının təbii qazla təchzatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus "Zabrat-Buzovna-Türkan" yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq. Bu səbəbdən “Albalı”, “Maştağa QPS kollektor”, “Maştağa-2”, “Neft Terminalı”, “Albalı YDM”, “Agroland” və “Azpetrol LTD” MMC ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Buzovna qəsəbələrinin Albalılıq yaşayış massivinin, Xəzər rayonunun Binə qəsəbəsinin Atçılıq yaşayış massivinin qaz təchizatı dayandırılacaq.
Həmçinin paytaxtın Yasamal rayonunun Dadaş Bünyadzadə, Əsəd Əhmədov, Xıdır Mustafayev, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Vasif Əliyev, Zaur Kərimov, Məhəmməd Xiyabani küçələrinin bir hissəsində və Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Mətləb