Türkiyə vətəndaşı olmaq istəyirsən? - MİT və İnterpoldan rəy alınacaq...
Türkiyə vətəndaşlığı almaq artıq getdikcə çətinləşir. yeni qəbul olunan qərar isə bu prosesi daha da çətinləşdirib. Yeni qaydalar barədə Əhali və Vətəndaşlıq İşləri üzrə məsul şəxs İbrahim Taşyapan məlumat verib. Bildirilib ki, bunun üçün mənzil almaq və ailə həyatı qurmaq kifayət deyil. Bundan sonra həm də Türkiyə polisinin, Milli Kəşfiyyat İdarəsinin (MİT) və İnterpolun rəyinə ehtiyac olacaq.
Məlumata görə, buna səbəb bəzi beynəlxalq mütəşəkkil cinayətkar dəstə üzvlərinin Türkiyə vətəndaşlığı almasına dair iddialardır.
Mətləb Salahov