Bazar ertəsi günü, 14 iyul 2025
     

Sabiq polis rəisi adam oğurluğunda şantaj edildi...

Image

Şəmsəddin Əliyev: "Bunlar şəxsimə və ictimai fəaliyyətimə yönəlik ziddiyyətli, yalan dolu, absurd  ittihamlardır"

"Tik-Tok" sosial şəbəkəsi üzərindən "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev "adam oğurluğu" adı ilə şantaj olunur. 

"Tik-Tok"da Sevinc Hüseynova və Həci020 adı ilə qeydiyyatdan keçən şəxslər onu Hüseynov Anar Əvəz oğlunu "girov götürməkdə" ittiham edir. 

"Mən müraciət etdiyim dövlət orqanlarına inanıram" 

Şəmsəddin Əliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, təxminən on gündür tanımadığı, yaxından-uzaqdan əlaqələsi olmayan şəxslər tərəfindən əsassız şəkildə ittiham olunur. "Təxminən on gündür ki, mənə qarşı tanımadığım şəxslər tərəfindən qaralama kampaniyası aparılır.

Bir məsələni də deyim ki, keçən ilin sonu bu ilin əvvəllərində sosial şəbəkələrdə "Müftəxor QHT-lər" sırasında "Polisə Dəstək" İctimai Birliyinin də adı çəkilmişdi. Amma mən ona əhəmiyyət vermədim. Bu barədə sadəcə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə məlumat verdim ki, bunu araşdırın, görün nə məsələdir. 

Amma son on gündə "Tik-Tok"da barəmdə bu cür əsassız məlumat yayılır. Mənim özümün "Tik-Tok"um yoxdur, başqa bir adam dedi ki, sənin barəndə "Tik-Tok"da belə bir məlumat yayılıb. Bu platformada tanımadığım, özü də Bakıda yox, Gəncədə yaşayan bir xanımın mənim haqqımda bu şəkildə həqiqətə uyğun olmayan, böhtan xarakterli, həyatım üçün təhdid istiqamətində cığır açan məlumat yayması doğrudan da məndə hiddət doğurdu. Mənim ictimai nüfuzumla, şəxsiyyətimlə bağlı əsassız məlumatın yayılmasını çox narahatlıqla qarşıladım. Mən o qadını tanımıram. Bu əsası olmayan uydurma məlumat hardan qaynaqlanır? Niyə mənimlə belə davranır? Bu adam məni xüsusilə ağır cinayətdə ittiham edir. Qeyd edir ki, guya bunun həyat yoldaşı oğurlanıb, onun qətlə yetirilməsi ilə bağlı Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsində proses davam edir. Əgər doğrudan da burda mənim günahım, iştirakım varsa nə üçün məhkəmə məni şahid qismində dəvət etməyib, ifadəm alınmayıb? Mən ifadə verməmişəm. Bu qadında bu məlumat hardandır? Kifayət qədər suallar var. Bu, ərinin tabutunu da göstərir, sonra da deyir ki, əri dirilib. Guya mən onun oğurlanmasını, qətlə yetirilməsini təşkil etmişəm. Bu tamamilə bir-biri ilə ziddiyyət təşkil edən məlumatlardır ki, "Tik-Tok" platformasında yer alıb. Bütün yayılan dezinformasiyaları təhlil edib belə qənaətə gəldim ki, bu qadın hüquqşünas deyil. Bəzən elə ifadələr işlədir ki, görünür onun "müəllimi" var. Ona yol göstərən, cığır açan kimsə var, ama o adam kimdir, bilmirəm".

Məruz qaldığı ağır ittihamlarla bağlı əlaqədar qurumlara müraciət edib-etmədiyinə gəlincə, Ş.Əliyev qeyd etdi ki, məsələnin araşdırılması üçün artıq Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə müraciət edib: "Bəli, bununla bağlı əlaqədar qurumlara müraciət etmişəm. Artıq Baş Prokurorluqdan Bakı Şəhər Prokurorluğuna bununla bağlı tapşırıqlar verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aldığım məlumata görə, orada da artıq araşdırmalara başlanılıb. Ümid edirəm ki, əlaqədar qurumlar bunu araşdırıb həqiqəti üzə çıxaracaqlar". 

Bu insanları tanımadığını deyən Ş.Əliyev bildirdi ki, QHT kimi cinayətkarlığı doğuran müxtəlif səbəblərin və şəraitin aradan qaldırılması istiqamətində layihə ilə bağlı təxminən 6 il əvvəl Gəncədə olub. Bu tədbirin Aqrar Universitetdə tələbələrin və pedaqoji heyətin iştirakı ilə keçirildiyini deyən Ş.Əliyev bildirdi ki, orada o adda şəxslə qarşılaşmayıb. "Gəncə ilə bağlı mənim əlaqələrim, təmaslarım demək olar ki, yoxdur. Bu məni "Polisə Dəstək" İctimai Birliyinin sədri kimi ittiham edir. Guya mən bu təşkilatın rəhbəri kimi, müəyyən qurumların "dəstəyindən bəhrələnib, sui-istifadə edib, cəzasızlıq mühitindən yararlanmışam", onun həyat yoldaşını "oğurlamaqda" mənə dəstək olanlar olub, guya onu qətlə yetirtmişəm. Burada da mənim "iştirakımı" qeyd edir. Tamamilə yalan bir məsələdir. Bunlar şəxsimə və ictimai fəaliyyətimə yönəlik ziddiyyətli, yalan dolu, absurd  ittihamlardır. Ehtimal edirəm ki, o qadın bunu təkbaşına etmir, pərdə arxasından kimsə onu öyrədib ortaya atıb. Mənim təşkilatım qeyri-hökumət təşkilatıdır, heç bir dövlət qurumundan asılı deyiləm. O qadın bununla bağlı müəyyən ziddiyyətli iddia irəli sürür ki, guya mənim tabe olduğum quruma da şikayət etmək istəmir, yalnız ölkə Prezidentinə inanır, digər qurumlara inanmır. Mən müstəqil bir QHT-nin rəhbəriyəm, öz fəaliyyətimi Ədliyyə Nazirliyində təsdiqlənmiş nizamnamə əsasında həyata keçirirəm. Nizamnamə üzrə fəaliyyətim cinayətkarlıqla mübarizədə ictimaiyyətin dəstəyini müvafiq orqanlara təmin etməkdən ibarətdir. Mən burada da sərbəstəm, müstəqiləm, kiminsə diqtəsi ilə hərəkət etmirəm. Mənim cinayətkarlıqla mübarizədə kifayət qədər həm təcrübəm, həm də nəzəri biliyim var. Ona görə də qadının bu şəkildə rəhbərlik etdiyim QHT ilə bağlı yanaşması kifayət qədər haqlı suallar yaradır"-deyə Ş.Əliyev bildirdi.

Ş.Əliyev bildirdi ki, onu ittiham edənlərin yazdıqlarına istifadəçilər özləri cavab verir, o cavab verənlərin isə heç birini tanımır. "Biri yazır ki, ay xanım, sizin danışdığınız tamamilə nağıldır. Başqası deyir ki, bir dəfə belə deyirsiz, o biri dəfə tamam fərqli şeylər söyləyirsiz. Diqqət edin, görün orada nə qədər bu məsələyə aydınlıq gətirən cavablar var. Kifayət qədərdir. Bu adamın mənə qarşı bu şəkildə meydan oxumasını əhəmiyyətsiz saysam da, amma burada narahatedici məqamlar da var. Belə bir xanım tanımıram, onun mənə qarşı bu iddiasını da, qəzəbini da anlaya bilmirəm. Bu nədən doğur? Çox güman ki, kimsə bunu öyrədir. Hesab edirəm ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları dərindən araşdırılacaq. 

Rəhbərlik etdiyim "Polisə Dəstək" İctimai Birliyinə qısqanclıqla yanaşanlar var. "Polisə Dəstək" İctimai Birliyi respublikada 4 mindən artıq olan QHT-lər arasında yeganə təşkilatdır ki, "Polisə Dəstək" İctimai Birliyi kimi ifadə olunub. Heç kimdən, heç nədən çəkinmədən bu təşkilatı yaratmışam. Hələ 2005-ci ildə bunu öz həyat kredom kimi qəbul etmişəm. Çünki mənim cinayətkarlıqla mübarizədə kifayət qədər təcrübəm var. Mən mədəniyyət, yaxud başqa sahələr üzrə QHT yaratmadım. Bu mənim keçmiş fəaliyyətimlə bağlı olan QHT-dir və hətta 2005-ci ildə də mənə irad tuturdular ki, polisə nə dəstək lazımdır. Zaman artıq bu fikirləri şapalaqlayıb kənara qoyub, cinayətkarlıqla mübarizədə təxminən 36-37 min rəsmi qeydiyyata alınan cinayətlərin 90 fazinin açılmasında hardasa bu təşkilatın da maarifləndirmə baxımından müəyyən qədər rolu var. Buna görə bəziləri buna qısqanclıqla yanaşır. Deyim ki, ötən il mənim bir layihəm vardı, amma ona maliyyə ayrılmadı, layihəm maliyyələşmədən kənarda qaldı. Buna heç toxunmadım, çünki bu da qısqanclıqdan yaranırdı. QHT sektorunda mənim özümün kifayət qədər imkanım çatır ki, bu sahədə profilaktik xarakterli tədbirləri həyata keçirim, vətəndaşlarla, yeniyetmələrlə və digərləri ilə maarifləndirmə işi aparım. Bir də müəyyən mənada zamanında, Cəbhənin (Xalq Cəbhəsi-red.) vaxtında mən kifayət sayda insanla üzbəsurət qalmışam. Polisə daş atan, polisə butulka atan həmin insanların əksəriyyəti QHT sektorundadır". 

Ş.Əliyev qeyd etdi ki, onun müstəqil davranışını, fəaliyyətini bu gün həzm edə bilməyənlər var və barəsində aparılan qara piar kampaniyasında onların da rolunun olduğu gözləniləndir. "Ehtimal edirəm ki, burada onların da rolu ola bilər. O xanıma kifayət qədər "ağılı tapşırıqlar" verilib ki, belə de, belə yaz. Bu da məni təəssüfləndirir. Heç kəsin adını çəkmək istəmirəm. Əgər belə QHT-lər varsa, həqiqətən də özlərini cəsarətli sayırlarsa, kişidirlərsə, kişilikləri çatırsa rəsmi şəkildə desinlər, onlarla debata çıxım. Əgər belə birisi xanımdırsa, öz iffətinə, özünün ağayana davranışına, öz əfəndiliyinə tapınsın. Mən burada bəzi məqamlar görürəm, amma açmıram. Onsuz da açılacaq. Sona qədər gedəcəm. Mən bu işi xüsusi ittiham qaydasında Gəncə Şəhər Məhkəməsinə də verə bilərəm, o xanım orda yaşayır. Amma hələ ona baş qoşmuram. Mən müraciət etdiyim dövlət orqanlarına inanıram. Orada məndən də peşəkar insanlar var. Hesab edirəm ki, bu qurumların ədalətli araşdırması olacaq" - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA





DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

14.07.2025 / 13:33
Ali məktəblər subbakalavrların qəbulundan imtina edir - səbəbini Məleykə Abbaszadə açıqladı

14.07.2025 / 13:19
"Ali təhsil müəssisələri attestatla qəbul imkanına etiraz ediblər" - DİM rəhbəri

14.07.2025 / 13:16
Putinin Ermənistan planı - Paşinyanın qarşısına Karapetyanı çıxarır

14.07.2025 / 13:07
Кто победит в этой схватке - Азербайджан или Россия? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.07.2025 / 12:57
"Proseslərə özümün belə müdaxilə etməyim qeyri-mümkündür" - Məleykə Abbaszadə

14.07.2025 / 12:46
“Media haqqında” Qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

14.07.2025 / 12:37
Şəxsiyyət vəsiqələrində dəyişiklik - yaşayış yeri və vətəndaşlıq məlumatları olacaq...

14.07.2025 / 12:22
“Xüsusi icra məmurları haqqında” yeni qanun qüvvəyə mindi

14.07.2025 / 12:17
Azərbaycanın daha bir uğuru: Nizami Tibb Mərkəzi də HIMSS beynəlxalq akkreditasiya sertifikatı əldə etdi

14.07.2025 / 12:08
Gəncədə keçirilən art-terapiya kursu uşaqların sosial inkişafına dəstək olur

14.07.2025 / 12:02
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

14.07.2025 / 11:50
Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

14.07.2025 / 11:46
Rusiyadan miqrantlara "sürpriz" - rüsumlar artırılır...

14.07.2025 / 11:12
Milli Məclis iclas keçirir - mühüm məsələlər müzakirəyə çıxarılıb

14.07.2025 / 11:05
Yoahim Löv Özbəkistan yolçusudur...

14.07.2025 / 11:03
Azərbaycan düşmənləri mat vəziyyətinə saldı! - FOTO

14.07.2025 / 11:00
Bu iki rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ

14.07.2025 / 10:35
Tramp xüsusi elçisini Ukraynaya yollayıb

14.07.2025 / 10:29
Bu il 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14.07.2025 / 10:21
Suriyada yerli tayfalar bir-birini qırırlar - 37 nəfər ölüb...

14.07.2025 / 10:18
"Çelsi" bu çempionluqdan 114 milyon avro qazandı

14.07.2025 / 10:12
"Benfika" ukraynalı qapıçını satışa çıxardı

14.07.2025 / 10:06
Tramp Ukraynaya silah göndərir - amma pulunu Avropa ödəyəcək...

14.07.2025 / 10:00
Paşinyan Brüsselə yollanıb

14.07.2025 / 09:30
Sabunçuda ölümlə nəticələnən yol qəzası olub

14.07.2025 / 09:21
Azərbaycanda kibercinayətkar həbs edilib - DTX-dan mühüm əməliyyat

14.07.2025 / 09:18
Türkiyənin bu məşhur serialı məhkəməlik oldu

14.07.2025 / 09:12
"Çelsi"dən PSJ-yə futbol dərsi!

14.07.2025 / 09:06
Tramp Böyük Britaniyaya dövlət səfərinə gedəcək - hazırlıq gedir

14.07.2025 / 09:00
Xocalının bu kəndlərinə ilk köç karvanı yola salınıb

14.07.2025 / 08:53
Kaledoniyanın paytaxtında "Azərbaycan abidəsi"...Necədir?

14.07.2025 / 08:51
Fransızlar ŞOKDA- həbsxanadan çantada gizlənib qaçdı...

14.07.2025 / 08:21
“Taxta bazarın”da yanğın olub

13.07.2025 / 20:53
Deputat Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət etdi

13.07.2025 / 19:01
Ukrayna kəşfiyyat polkovnikinə sui-qəsdin qisasını aldı – Kiyevdə azı iki FSB agenti öldürüldü…

13.07.2025 / 18:16
Makron Fransanı çökdürdü, ölkə borc içində batır - pensiya və bütün yardımlar dondurulur…

13.07.2025 / 17:10
Tramp Kiyevə silah göndərmək üçün Rusiyanın ABŞ-dakı 5 milyardını müsadirə edə bilər…

13.07.2025 / 17:07
Tanınmış aktrisa Rəsmiyyə Nurməmmədovanın 60 illiyi səhnədə qeyd olunub

13.07.2025 / 16:50
"Azərbaycanla Ermənistan arasında keçirilən sülh danışıqlarını diqqətlə izləyirik" - Ərdoğan

13.07.2025 / 16:43
"Azərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir" - Vüqar Rəhimzadə

13.07.2025 / 15:54
İran prezidentinin İsrailin 16 iyun hücumunda yaralandığı ortaya çıxdı…

13.07.2025 / 15:19
Yeni Kaledoniyada müstəqillik tərəfdarları və əleyhdarları arasında tarixi razılaşma əldə olundu

13.07.2025 / 14:56
Sinir ağrıları və efir enerjisi ilə müalicə

13.07.2025 / 14:37
"Azərbaycan Avrasiya üçün strateji əlaqələndirici rola malikdir" - Elnur Məmmədov

13.07.2025 / 13:50
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirildi - FOTO/VİDEO

13.07.2025 / 13:22
İstirahət zonalarında polisin fasiləsiz xidməti davam etdirilir

13.07.2025 / 11:37
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

13.07.2025 / 10:52
Polis Beyləqanda əməliyyat keçirdi - 9 nəfər saxlandı

12.07.2025 / 21:17
Vüqar Rəhimzadə: “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Azərbaycanın bəşəriyyətə bəxş etdiyi irs nümunəsidir

12.07.2025 / 21:09
Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub...

12.07.2025 / 21:03
Azərbaycanın iki naziri adından saxta xəbər yayıldı - MEDİA Agentliyi xəbərdarlıq etdi...

12.07.2025 / 20:28
Putini Ukraynada dayandıra bilməyən Tramp hərəkətə keçdi – öncə silah yardımı, ardınca... "yaxında nəsə baş verəcək”...

12.07.2025 / 20:03
Rusiyanın yeganə təyyarədaşıyan gəmisini doğrayıb "metallom" edəcəklər

12.07.2025 / 19:20
Ailə sədaqətini və qonşuluq münasibətlərini insan canavardan öyrənməlidir

12.07.2025 / 17:10
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracına başlanacaq...

12.07.2025 / 16:21
"Suriya Azərbaycanla bir sıra sahələrdə əməkdaşlıqda maraqlıdır" - Əhməd Əl Şaraa

12.07.2025 / 16:18
Əhməd Əl Şaraa Prezident İlham Əliyevə təşəkkür etdi

12.07.2025 / 16:15
"Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb" - Prezident İlham Əliyev

12.07.2025 / 16:11
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB

12.07.2025 / 15:34
UNESCO ermənilərin saxta “Urartu tarixini” rəsmiləşdirdi... Tarixə həqarət...

12.07.2025 / 15:21
Azərbaycanla gərgin günlərdə rus icması Rusiyanı müdafiə etməli idi? - Primakov "duzsuz" danışdı...

12.07.2025 / 14:30
SOCAR-la Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalandı - FOTO

12.07.2025 / 13:48
Erməni işgəncəsi qurbanlarının məhkəmə ifadələri əsasında kino çəkiləcək(?)..

12.07.2025 / 13:38
Sonsuzluğa "çarə tapan" dələduzlar peyda olub...

12.07.2025 / 13:31
Rusiya xarici siyasi təsir aləti kimi mediadan fəal istifadə edir - Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət etdi

12.07.2025 / 13:28
Əhməd əl-Şaraa Azərbaycana gəldi – Suriya ilə münasibətlərdə yeni dövr başlayır

12.07.2025 / 12:07
DÇ-2030-un finalı bu stadionda keçiriləcək - AÇIQLANDI

12.07.2025 / 11:10
Ərdoğandan qərar - bu xanımı vəzifəyə təyin etdi

12.07.2025 / 11:02
Tramp ŞOKDA - ABŞ məhkəməsi Prezidentin fərmanını blokladı!

12.07.2025 / 10:54
Narkotik vasitələr becərən Qəbələ sakini yaxalanıb

12.07.2025 / 10:00
Mingəçevirin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

12.07.2025 / 09:12
"Feyk xəbər" yayanları ciddi cəza gözləyir

12.07.2025 / 09:03
Ölkəmizə "cəhənnəm istilər" gəlir...

12.07.2025 / 08:44
Sertifikasiyadan sonra indi də müəllimlərin dərs yükü problemə çevrilib...

12.07.2025 / 01:05
Azərbaycandan tarixi uğur - 40 gündə 6 seçkidə qalib gəldik...

11.07.2025 / 21:43
Erməni işğalı zamanı əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdi – MƏHKƏMƏ+ FOTO

11.07.2025 / 21:30
Rusiya XİN Azərbaycanda rus dilinin vəziyyətini(?) araşdırır...

11.07.2025 / 21:15
Antiterrordan Əbu-Dabiyədək - Əliyevin təşəbbüsləri aparıcıdır...

11.07.2025 / 21:01
Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..

11.07.2025 / 20:46
Bakı-İrəvan sazişi bu ilin sonunda imzalana bilər...

11.07.2025 / 20:31
Zəngəzur dəhlizi açılır - Əbu-Dabi çox şeyi dəyişdi...

Qərbi Azərbaycan məsələsi beynəlxalq sənədlərdə insan haqları kimi qəbul olundu...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910