Bayden prezidentlik yarışından rəsmən çəkildi - Demokratların yeni namizədini də elan etdi...
İyunun 27-də əsas rəqibi Donald Trampla debatda uğursuz çıxışından sonra sərt tənqidlərlə üzləşən ABŞ Prezidenti Bayden prezident seçkilərində iştirakdan imtina edib. Bayden bu barədə sosial media hesabında açıqlama yayıb.
“Yenidən seçilmək istəsəm də, geri çəkilməyimin və səlahiyyət müddətimin qalan hissəsini yalnız prezident kimi vəzifələrimin icrasına yönəltməyimin partiyam və ölkəmin maraqları naminə ən doğrusu olduğuna inanıram”,- deyən Bayden prezidentlik yarışından çəkildiyini bəyan edib.
Bayden seçki yarışından geri çəkildikdən sonra vitse-prezident Kamala Harrisin namizəd kimi təsdiqləndiyini və özünün də onu dəstəklədiyini açıqlayıb.
2020-ci il seçkilərində Kamala Harrisin vitse-prezidentliyə namizəd kimi seçilməsinin verdiyi ən yaxşı qərar olduğunu qeyd edən Bayden, partiyanın namizədi olmaq üçün Kamala dəstəklədiyini deyib. Bayden sonda "Demokratlar, indi birləşməyin və (Respublikaçı namizəd Donald) Trampı məğlub etməyin zamanıdır" mesajını verib.
Xatırladaq ki, Bayden bu addımı Demokratlar Partiyasından gələn təzyiqlər nəticəsində atıb.
TAHİR