KÖHNƏ VERSİYA            

ZAMAN və ƏRAF - Sadıq Qarayev yazır...

Image

(Bakı, Şuşa, Xankəndi, Ağdam, Bərdə yollarında)

Əraf (Cənnətlə cəhənnəm arasındakı səddin yüksəklikləri) əhli üzlərindən tanıdıqları adamlara müraciət edib: “Sizə nə yığdığınız mal-dövlət, nə də təkəbbürünüz fayda verdi” - deyəcək. (Əraf.48.)

Bəzən meşələr seyrəlmədən, tədricən deyil, birbaşa çəmənlik əraziyə keçir. Elə bil xətkeş qoyub, meşənin bir hissəsini kəsib götürmüsən. Sanki gözə görünməz sədd, sərhəd var.

Sərhəd varsa təbii ki, onu  qoruyan da var.

Mən bu barədə bioloq həmkarlarla çox söhbət etmişəm, amma ağlıma batan izah eşitməmişəm.

Məsələ burasındadır ki, bunun elmi izahı olmalıdır. Axı bu xətti, sərhəddi, səddi hansı amillər yaradır? Mahiyyəti nədir?

- Minin avtobuslara, yola düşürük. - avtobus sürücüsü bir- biri ilə söhbət edən, siqaret çəkən sərnişinlərə müraciət edir.

Avtobuslar karvan kimi düzülüb Bakıdan Şuşaya doğru hərəkətə başlayır.

Yanımda Əhməd Qəşəmoğlu əyləşib. Onu əvvəldən də qiyabi tanıyırdım. İndi danışdıqca aydınlaşır, daha çox tanımağa başlayıram. "Ahəng qanunu" nəzəriyyəsindən, həyat yolundan danışır. Diqqətlə qulaq asıram, suallar verirəm. Məəttəl qalıram, bu müdrik adam necə olub ki, üç quruluşda -- sovetlər, keçid dövrü və indiki zamanda yaşayıb, yaşayır, amma rüşvətin, haramın xəttini, sərhəddini keçməyib? Dürüst, işıqlı qala bilib, qaranlıqlaşmayıb.

- Bir dəfə tanıdığım,  ehtiyacı olan tanışımı işə düzəltdim. 500 m pul şirinlik kimi vermək istədi, nə qədər elədi, götürmədim. 

- Niyə götürmədiz?

- Axı mən indiyə kimi belə iş görməmişdim. Sonuna qulaq as, gəldim evə, yoldaşım başladı ki, evdə heç nə yoxdur, niyə bazarlıq etməmisən? Dinmədim. O yenə deyindi:

- Gəl soyuducuya bax, nə edim mən, heç nə yoxdur. 

Gəlib baxdım, soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı xətt, sərhəd, fərq adamın vicdanını sərinlədib, üşüdürdü, sonra dondururdu. Gəldim ev telefonuna tərəf, xeyli tərəddüddən sonra dəstəyi qaldırıb, mənə şirinlik vermək istəyən tanışımı yığımağa başladım.

Soyuducunun boşluğu və uşaqların yemək istəyi arasındakı sərhəd,  xətt...

Bu, pulsuzluqdan yaranmşdı. Bəs meşələr və çəmənlik arasındakı o xətt, sərhəd nədən yaranmışdı?

Axı, o səddin beş- on metr sağında ağaclıq, solunda açıq sahə, çəmənlik vardı. Ağaclar niyə bu tərəfə keçə bilməmişdi?

Ekoloji amillər bu səddi yaradıb? Beş- on metrlik məsafədə torpaq, nəmlik, külək, istilik və s. Amillər necə kəskin fərqlidir ki, belə sərhəd yaranıb? Yox burada ekoloji amillər rol oynamır, amma həm də oynamalıdır, başqa necə ola bilər ki? Bu sərhəd nədən ibarətdir?

- Qulaq asırsan?

- Bəli, zəng edib pulu necə istəyə bildiniz?

- Telefonun sonuncu rəqəmlərini yığa bilmədim. Gəlib oturdum düşünməyə başladım. Qapının zəngi çalındı, açdım, deputatımız idi, çox sevindim. Yəqin qonorar gətirmişdi. Ancaq tez də qanım qaraldı, o hərdən 8 - 10 manat qonorar gətirirdi. Bununla  kasıbın gözündə əjdaha, varlının önündə siçovul mədəsinə bənzəyən bu soyuducu dolmazdı, yoldaşımdan və uşaqların ac qarnının səs-küyündən canım qurtarmazdı.

- Deputat? O niyə qonorar gətirirdi ki?

- O, həm də bizim poçtalyon idi. Qabaqlar belə şeylər olurdu.

- Deputat poçtalyon, maraqlıdır, amma indiki bəzi deputatlara baxanda faydalı iş görürmüşlər,- deyib, güldüm. Sonra soruşdum:

- Nə qədər pul gətirmişdi?

- Poemam çıxmışdı, 876 manat pul verdi, sağollaşıb getdi. Və beləliklə mən rüşvət, şirinlik almaq yoluna düşmədim,  əzabdan canım qurtardı, elə bil ALLAH saxladı bu işdən məni.

- Əlbəttə, ALLAH istədiyini əyri yoldan saxlayar, onun böyüklüyünə sonsuz şükürlər olsun, - dedim.

Pəncərədən baxıram, ətraf avtobusun sürətindən asılı olaraq dəyişir. Sürət və zaman hər şeyi dəyişdirir. Yaxşı bəs Quranda "Əraf" surəsində Əraf-  cənnətlə cəhənnəm arasındakı səddən söhbət açılır. Bəs sədd nə vaxta qədər qalacaq? Zaman onu dəyişməyəcək, aradan götürməyəcək? Orada zaman necədir?

Avtobusdakı yoldaşlar qələm dostları, alimlər, ziyalı insanlardır. Hərdən şeir deyirlər, öz şerlərinə yazılan mahnıları telefondan qoşub, səsləndirirlər.

Amma nədənsə mənə elə gəlir ki, burada da insanlar arasında bir sədd, sərhəd var . Hamı eyni ola bilməz axı. Eyni olsa belə, onlara eyni cür baxış olmaycaq. Əgər şeytan olmasaydı, insanlar mələkləri fərqləndirib, "şeytan" yaradacaqdılar. İnsan beyni belədir, xətt, sərhəd çəkməyə, fərqləndirməyə meyillidir. Yaxşı bu insanları nədə fərqləndiriblər?  Bilikləri, yaradıcılıqları, istedadları - hər şey eyni olsa belə, mütləq bir şey tapıb, fərq yaratmalı, sərhəd çəkməlidirlər. Yəni meşədən çəmənliyə keçən həmən xətt, sədd burada da olmalıdır. Mümkünsüzdü, olmasın. Elə bu yoldaşları da digər qələmdaşlardan fərqləndirib, "sədd çəkib" Şuşaya aparmırdılar? Hər dəfə də bu fərqləndirməyə, səddə etirazlar olur. Səddin mahiyyətini soruşurlar. Hacı Loğman Qorqud da məndən küsür, ərk eləyir, ya məndən fağırını tapmır, ya da elə düşünür ki, mən sədd çəkənəm, adam seçib aparanam... Loğman filosof şairdir, ona yaxşı ad da qoymuşam -- Göyçəli Loğman...

Elə burada, avtobusda  da həmən sədd, sərhəd var idi.

Sərhədlər, sədlər sonsuzdur. Bu dünyadan başlayıb o dünyaya keçir. Bəlkə də fırlanıb bir də bu dünyaya qayıdır. Hər şeyi bölür. Adamın üz- gözünü də qulaq, burun və s.- ə bölür. Sonra onları da toxumalara, hüceyrələrə və atomlara qədər bölüb gedir. Atomu da bölüb, qayıdır böyük dünyaya...

Burada elə avtobuslara minəndə bu sədlər görsənmişdi:  --"Qarabağ" otelinə gedənlər bu avtobusa gəlsinlər, "Xarı bülbül"ə  gedənlər o biri avtobuslara, - demişdilər. 

Əslində həmən o səddi,  sərhədi göstərmişdilər.

Füzuli şəhərinin yanından keçirik. Gözəl bir şəhər salınıb çox qısa bir vaxtda. Hamı buna sevinir, dövlətimizlə fəxr edir, şəhidlərimizə rəhmət deyir.

- Bir dənə də maraqlı əhvalat danışım.- Əhməd müəllim deyir.

- Danışın.

- Ən yaxın qohumun oğluna elçi getmək üçün xahiş etdilər. Getdik, baxdım qızın atası mənim dostlarımdan biri imiş. Qız da ağıllı mələk kimi bir insan. Artıq hər şey həll olunurdu, qalırdı dostumun son qərarı. Çıxdıq eyvana. Dostuma dedim ki, qızı vermə. Çox məəttəl qaldı. Amma mənə inanırdı, sonralar həmişə təşəkkür edirdi.

- Niyə qoymadınız?

- Oğlan ən yaxınım olsa belə, uyğun bilmədim. Mən ziyalıyam , düz bildiyimi deməliyəm.

Bax Əhməd müəllim də hansısa ailə qurulmasına mane olub, sədd çəkib. O səddin də mahiyyəti varmış. İşıqlığın içində də fərqli sahələr, aralaranda səddlər var. Elə ağ işığın içində qırmızdan bənövşəyiyə doğru rənglər arasında səddlər, sərhədlər var.

Bir azdan Əhməd müəllimlə mənim də yoldaşlığımıza son qoyacaq sədd yarandı. Ona zəng gəldi ki, "Qarabağ" otelində düşərsiz. Biz isə " Xarı bülbülə" getdik. Beləliklə Bakıdan başlayan bütövlük Şuşada meşə və çəmənlik kimi "xətkeş"lə ayrıldı, həmən o sədd, sərhəd çəkildi.

"Qarabağ" otelinin qarşısında çoxu düşdü, ya azı düşdü bilmədim ki. Amma  bölündüyümüz dəqiq idi, avtobusdan görürdüm, xətt çəkilirdi...

Rəşad Məcidi də gördüm, otelin önündə var-gəl edirdi. Bəlkə xətt, sədd çəkənlərin biri də bu idi? Bilmədim, amma qayğılı və yorğun idi deyəsən... Bir neçə gün əvvəl də Şuşada idi, indi də buradadır, bir gün sonra -- mən bu yazını yazanda  da gələcəkdi. 

- Reshad Mecid müəllim, Siz köçün Şuşaya, onsuz da çox tez-tez burada olursuz tədbirlərlə əlaqədar. Həm də Mətbuat Şurasını, AYB- ni köçürün. Qoy Sizə baxıb, Bakıda rahatlıqla işləyən qurumların də bəziləri köçsün Şuşaya, Ağdama, işğaldan azad olunmuş şəhərlərə. Həm Bakı seyrələr, həm də oralarda həyat canlanar. Sizə bu çətin və faydalı işlərinizdə sağlamlıq, yorulmazlıq və usanmazlıq arzu edirəm, - dedim ona. 

Onunla zamanın müxtəlif vaxtlarında dostlaşırıq, gah da arada sədlər yaranır. Bu sədd haradan peyda olur bilmirəm, amma mənim yazılarımla onun "525- ci qəzeti" arasında çəkilir...

"Xarı Bülbül" otelinə gəldik, ayaqqabının içinə tüpürüb tərsinə yerə  qoyanda durna qatarı qarışan kimi, burada yerləşənə qədər biz də qarışdıq bir-birimizə. Etibar Muradxanlı ilə otaq yoldaşı olduq. Ona zəng gəldi ki, bir qrup adamla Xankəndində otelə gedə bilər. Tərəddüddə qaldı. Xankəndini də görmək istəyirdi. O özü qazi, oğlu qazi, qardaşı oğlu Əlqismət isə Şuşa uğurunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızdan idi.

İndi də otaq yoldaşımla, yazıçı dostumla aramızda sədd çəkiləcəkdi, o çıxıb gedəcəkdi.

Bir hərbi paltarll şəxs girdi otağa, məlum oldu ki, Yetim Qacar təxəllüslü yazar yoldaşımızdır. Onu qiyabi tanısam da, burada yaxından tanıdım.  Qürurlu, imanlı, sadə və çox vətənpərvər şəxs idi.

Birinci Qarabağ müharibəsində də iştirak etmişdir. Amma onunla digər qələm dostları arasındakı fərq, sədd onun Bakıdan hərbi formalı paltarla gəlməsi idi. Axıra qədər də çıxarmadı. Yetim bəlkə də 30 il ərzində hərbiçi kimi qalib əsgər kimi Şuşaya gəlmək istəmişdi. Ona görə hərbi paltarda "Vaqif poeziya günləri" tədbirinə gəlmişdi.

Yetimlə Etibar namaz qıldılar.  Etibar çox düşünəndən sonra Xankəndinə getmədi. Yoldaşlıq arasında sədd çəkmədi, məni tək qoymadı. Etibarlı Etibar, imanlı bəndə, zəfərləri romanlarına köçürən yazıçı.

Tədbir qəşəng təşkil edilmişdi. Görülən iş varsa ideal olmaz, qüsurlar, xətlər, sədlər də olar. Amma ümumi işin miqyası ilə müqayisədə bu xətalar nəzərə alınmaya bilər. Və bunlar zaman baxımından unudulan, tez yox olan sədlərdir.

Tədbir vaxtı da qəribə sədlər, xətlər vardı. Xüsusilə şəkil çəkdirmək- dünyanın müasir bəlası olan mərasimlər zamanı bu xətlər aydın görsənirdi. İştirakçıları şəkil çəkdirməyə meyl edənlər, ortalıqda gəzənlər və özləri ilə şəkil çəkdirməyə yanaşanları gözləyən silklərə bölürdü bu xətlər.

Ortada gəzənləri  tanıyırdım, onları çox yerdə, zamanda görmüşdüm, qədimdən gəlib, bu gündən keçib, gələcəyə gedən, öz yolu olan adamlardı. Şəkil çəkdirmək istəyənlər insan, dostsevər adamlardı. Şəkil çəkdirmək üçün onlara yaxınlaşanları gözləyənlər isə təkəbbür kölgəsi özündən uzağa düşənlər idi. Bəlkə özlərini itirmişlər, şəkillərdə tapacaqdılar...

Akademik İsa Həbibbəyli çıxışında Vaqifin yaradıcılığını qısa, lokanik, elmi əsaslarla təhlil etdi. Bu onun işidir, məşğul olduğu elm sahəsidir, sözüm yox. Amma məni  həmişə maraqlandıran İsa müəllimin sürətlə düşünmək, ümumiləşdirə və dərhal da mühakimə yürüdə bilmək bacarığıdır. Bu təkcə humanitar elmlərə mümkün deyildi. Riyazi təfəkkür mütləq lazım idi. Sonralar öyrənmişdim ki, riyaziyyatı əla oxuyurmuş, hətta onun ədəbiyyat fakültəsinə daxil olduğunu bilən riyaziyyat müəllimi çox əsəbiləşmiş, qarşısındakı pivə doli 3 litrlik şüşə balonu yerə vurub, sındırmışdı. Bəlkə də bu şüşə qırıntıları İsa müəllimin riyazi təfəkkürü ilə ədəbi təxəyyülü arasında sədd yaranmağa mane olmuş, xətləri kəsmişdi. Yekunda İsa müəllim həmən riyaziyyat müəlliminə borclu qalmışdı. 

İndi də onun çıxışındakı riyazi təfəkkürün məntiqi xətləri görünürdü.

Biz Bakıya qayıdanda yenə birləşdik, bütövləşdik, sədlər yox oldu. Müxtəlif rənglər necə ki, birləşib, ağ işığı əmələ gətirir.

Bakıya qayıdanda Xankəndindən keçdik. Bəlkə də heç keçmədik, bu yuxu ilə gerçəklik arasında səddin üstündə gəzinti idi. 

Xocalı, Ağdam yolu ilə gedirik. İlahi, bu yol qısa deyil axı, qışda, qarın içində ayaqyalın, qucağında, ya kürəyinə şəllədiyi uşaqla insanlar bu boyda yolu, meşəni, necə keçib gediblər? İti dişli çaqqallar da ətraflarında, arxalarınca düşmüş vəziyyətdə..

Ağdamda yol çəkilir. Qəsəbələr salınır. Ağdam özü uzaqdan görünür, avtobusun pəncərəsindən baxıram. Baxdıqca, gəlib Quzanlıya, işğal dövrü bizdə olan kəndlərə çatanda əsl Əraf səddini görürəm.

İraq bizim üzümüzdən, torpağımızdan, vətənimizdən, bu quleybanılar, şeytanlar sanki işğal altında olan ərazilərimizi cəhənnəmə çevriblər. Onları heç cür bağışlamaq, əl çəkmək olmaz. Füzuli rayonunun  Alxanlı kəndini keçəndə fikir verin, Ağdamın Quzanlısına çatanda baxın. Elə bil Əraf səddini keçirsən, hər yeri cəhənnəmə çevriblər.  O boyda Ağdamda bir ev, ev nədi evin nişanəsi qalmayıb. Bir ağac, bir kol yoxdur. Səhradır, cəhənnəmdir elə bil. Əkin sahəsi, yaşıllıq heç nə yoxdur, sadəcə yovşanlı , tikanlı susuz çöllər. 

Xocalı camaatı o gecə qətlə yetiriləndə, bir hissəsi qaçıb canını qurtaranda bəlkə ağaclar, kollar da qaçdı biz tərəfə? Sonra geri qayıtmadılar ki, onları güllələyərlər. Axı onlardan hər şey çıxardı, heykəli, ağacı da güllələyərlər.

Bərdəyə çatanda şəhəri insanları, binaları, yolları ağacları, kolları ilə birlikdə hazırkı Ağdamla müqayisə edirəm. Ağdam elə bil yoxa çıxıb... Füzuli, Kəlbəcər və digər rayonlarımız yoxa çıxıb. Dağıdılmayıb, əriməyib, tikələnməyib e, sadəcə yoxa çıxıb. Bir şəhər göz önünə gətirin, sonra da onun ani yox olduğunu, yerində səhra qaldığını təsəvvür edin. Şəhərlərimiz, kəndlərimiz sublimasiya edib - yod kimi ərimədən, buxarlanıb, yox olub. indi Görün 30 ildə necə dəhşətli zərbə, ziyan vurublar bizə? Ermənizm bəşəri bəladır. Təkcə biz azərbaycanlılara qarşı yox, dünya insanlığına, floraya, faunaya, çaylara, bulaqlara, göyərçin yuvasına, əsən küləyə, selə, qar naxışlarına -- ümumən, mövcudluğa qarşı bir xəstəlik, bir bəladır. 

Ona faşizm demək doğru deyil, ermənizm insanlıqla şeytanlıq arasında səddin, xəttin, sərhədin o tayındadır. Bütün var olanlara qarşı yönəlmişdir. 

Azərbaycan dövləti, qəhrəman şəhidlərimiz, ordumuz, xalqımız işğal xətlərini, sərhədlərini, sədlərini keçdi, dağıtdı. 30 ildə mövcud olmuş bu sədlər bizim şəhər və kəndlərimizi yox etmişdir.

Doğrudur sürətli, geniş miqyaslı tikinti, quruculuq işləri gedir. Bu müharibəni udmaq bir qəhrəmanlıq idi, səhranı, cəhənnəmi cənnətə çevirmək isə daha çox zəhmət, qəhrəmanlıq tələb edir. 

ALLAH Prezident İlham Əliyevə daha da sürətlə düşünmək, yorulmazlıq, daha gərgin işləyə bilmək nəsib etsin.  Dövlətimizə, xalqımıza kömək olsun. Biz səhraya çevrilmiş ərazilərimizi də abad edək. Səddi, fərqi aradan götürək.

İnanıram ki, bu olacaq. İnanıram ki, daha uzun müddətli, zamanın geniş parçasını əhatə edəcək həqiqi Əraf xətti, səddi şeytanlarla, tarixin quleybani məxluqlarl ilə aramızda çəkiləcək dövlət sərhədindən sonra gerçək olacaq. 

Onlar əbədiyyətə qədər öz cəhənnəm dünyalarında qalacaqlar.

Bizim səhralaşmış ərazilərdə sular axacaq, ağaclar, kollar, güllər çiçəklər böyüyəcək. Yoncalıqların biçilmiş yerində inəklər otlaycaq, şəhərlərimizdə yol polisi içkili sürücünü saxlayacaq, məktəblilər dərsə qaçacaq, dərsdən qaçacaq. Daha gözəl şəhər və kəndlərimiz olacaq, damlarda göyərçinlər yuva quracaq,  həyat gerçəkdə olduğu kimi mövcud olacaq. Yoxluqla varlıq arasındakı sədd götürləcək..

Ancaq, zamanın xətkeş kimi kəsib götürdüy, sədd çəkdiyi, meşə ilə çəmənliyin qarışmadığı aləmlərə bənzər bir fərq əbədi qalacaqdır.

Bu da əvvələr var olub, sonra yoxa çıxmış kənd və şəhərlərimizlə, indi qurub, var edəcəklərimiz arasındakı görünməyən sədlərdir. Nə həmən tut ağacı, nə də sevdiyin qızın məhəlləsinə aparan doğma əyri- üyrü yollar olmayacaqdı... Əslində həmənki sən də yoxsan, səddin o tayında qalmısan...

Bakıya çatmışdıq. Yeni sədlər çəkilirdi-sərnişinlərin sayı qədər. yoldaşlar bir- bir düşüb gedirdilər, bütövlük pozulurdu.

Dünya özü zərrələrdən, onları bütövləşdirən, ayıran xəttlərdən ibarətdir. 

Ümumilikdə isə Şuşa səfərinin sonuna xətt çəkilirdi, hər şey qalırdı səddin, zamanın, ömrün o tayında.

Sadıq Qarayev







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031