Qubadlıda silah-sursat tapılıb
![Image](/uploads/posts/2023-11/970abe0e-a68c-33c9-b012-6b48866d61f6_850.webp)
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan mətbuata açıqlanan məlumata görə, keçirilən növbəti tədbir zamanı rayonun Aşağı Xocamusaqlı kəndi ərazisində 2 qumbaraatan, 1 pulemyot və xeyli sayda müxtəlif çaplı patronlar aşkar olunaraq müvafiq qaydada götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mətləb