İbrahim Tatlısəs 15 il küsülü olduğu bu məşhurla barışdı
Türkiyə şou-biznesində daha bir küsülülüyə son qoyulub. Belə ki, uzun illərdir ki, küsülü olan İbrahim Tatlısəslə Yıldız Tilbe barışıblar. Türkiyə mediasının yazdığına görə ifaçılar Bodrumda görüşüblər. Y. Tilbe həmin lentə alınan həmin anın görüntüsünü sosial media hesabında paylaşıb.
Qeyd edək ki, ikili arasında gərginlik 2009-cu ildə "İbo Show"da yaranıb. Tilbe oxuyarkən Tatlısəs tez-tez mahnını yarıda kəsib. O, son olaraq "Kandıramazsın beni" mahnısını ifa edərkən Tatlısəs "1, 2, 3, 4 tamam", bununla 4 qadın bəsdir, daha istəmirəm demək istəyirsən?" deyə, sual edib. Tilbə buna əsəbiləşərək "Sənin hərəmin var, sən daha yaxşı bilərsən" deyə, həmkarına qarşılıq verib. Daha sonra tərəflər verilişdə söz davasına çıxıb.
Mətləb