Türkiyədə 89 qeyri-qanuni immiqrant yaxalanıb
İzmirin Urla və Karaburun rayonları sahillərində 89 qeyri-qanuni immiqrant yaxalanıb, 43 qeyri-qanuni mühacir isə xilas edilib. Türkiyə Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Urla və Karaburun rayonlarının sahillərində iki rezin qayıqda qeyri-qanuni mühacirlərin olması xəbər aldıqdan sonra bölgəyə qrup göndərilib.
Urla sahillərində Sahil Mühafizəsinin gəmi və qayığı tərəfindən dayandırılan iki rezin qayıqda 46-sı uşaq olmaqla 89 qeyri-qanuni immiqrant saxlanılıb. Karaburun sahillərində isə yunanlar tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan rezin qayıqdan 3-ü uşaq olmaqla 43 qeyri-qanuni immiqrant xilas edilib.
Mətləb