Cümə axşamı günü, 17 iyul 2025
     

COP29 proseslərində diasporumuzun rolu...

Image

Bu  ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a  (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) ev sahibliyi edəcək. Ölkəmizdə belə nüfuzlu və mötəbər tədbirin keçirilməsini mühüm hadisədir.

Dünyanın bütün nüfuzlu dövlətləri və təşkilatları Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə yaxından dəstək verir. 

COP29 qabağı aparılan təbliğat prosesində xaricdəki Azərbaycan diasporunun üzərinə ayrıca vəzifə düşdüyü danılmazdır. Bu mənadakı bəzi hallarda xaricdəki müəyyən qüvvələr, təşkilatlar, Fransanın timsalında antiazərbaycan dövlətlər qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinə Azərbaycanın verəcəyi töhfələrə qara yaxmağa çalışırlar. Bütövlükdə, Azərbaycanın məqsəd və məramlarının, COP29 öncəsi gördüyü işlərin, göstərdiyi fəaliyyətlərin dünyaya çatdırılması işində diasporumuz aktivlik göstərməlidir. Gürücstanda və müəyyən dövlətlərdə artıq azərbaycanlı fəallar, diaspor təmsilçiləri bu istiqamətdə təbliğat aparmaqdadırlar. Eləcə də bəzi xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr bu məsələdə aktivlik göstərirlər. 

Nəzərə alsaq ki, bu tədbirə dünya ölkələrinin rəhbərləri, siyasətçilər, ictimai xadimlər, elm adamları, mütəxəssslər qatılacaqlar, onların orada ideya və təklifləri, fikirləri səsləndiriləcək, bu baxımdan diaspor alimlərimizin də bu prosesdə yaxından iştirak etməsi vacibdir. COP29 qabağı dünyada təbliğatın gücləndirilməsində diaspor təşkilatları, diaspor alimləri mühüm rol oynamalıdır. 

"Bu tədbirlə bağlı dünyanın fərqli ölkələrində yaşayan..."

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, COP29 prosesinin təbliğində, təşviqində Azərbaycan diasporu xüsusi rol oynamalıdır. Bunun onların üzərinə düşən missiya olduğunu deyən İ.Orucov qeyd edir ki, bu həm də bir milli həmrəylik göstəricisi olardı. "COP29 qlobal iqlim dəyişikləri ilə bağlı dünyada həm əhatə dairəsinə, həm iştirakçı sayına görə böyük miqyaslı tədbirdir. Eyni zamanda bu iqlim dəyişikliyinə qarşı mübarizə aparan bütün maraqlı tərəflərin, siyasi xadimlərin, dövlət başçılarının, alimlərin, vətəndaş cəmiyyəti institutlarının, jurnalistlərin, ekologiya üzrə olan mütəxəssislərin, bütövlükdə bu prosesə daxil olan şəxslərin iştirak edəcəyi və iqlim dəyişikliyinə qarşı mübarizəyə, ekologiyanın qorunmasına töhfə verəcəyi qlobal bir tədbirdir. Bu tədbirin əhatə dairəsi ilə bərabər həm də o tədbirin əhatə etdiyi insan resursları kifayət qədər genişdir və çox vektorludur. Mən çox vektorlu sözünü təsadüfən işlətmədim. Çünki bu tədbir fərqli sahələrdən olan və eyni zamanda iqlim dəyişikliklərinə müsbət mənada təsir göstərə bilən, töhfə verəcək maraqlı tərəfləri birləşdirir. Nəzərə alsaq ki, ekologiyanın, biomüxtəlifliyin qorunması, iqlim dəyişiklikəri mübarizə birbaşa həm də elmi yanaşma və elmi düşüncə tələb edir. Bu həm də birbaşa tədiqiqatçıların fəaliyyət sahəsinə daxildir. Bu baxımdan, əlbəttə, bu mötəbər tədbirdə elm adamlarının, alimlərin, tədqiqatçıların iştirakı bir mənalı olaraq təmin edilməlidir. Digər tərəfdən bu tədbirlə bağlı dünyanın fərqli ölkələrində yaşayan azərbaycanlı alim və tədqiqatçıların da fəaliyyətinə yer verilməli və onların da burada yer alması çox vacibdir.

Biz uzun illərdir ki, rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti diaspor alimlərinin təşkilatlanması və fərqli qlobal həllər naminə səfər edilməsi təşəbbüsünü irəli sürüb. Təbii ki, bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ortadadır. Komitə dünyanın fərqli ölkələrində yaşayan alimləri həm milli, həm də qlobal mövzularda səfərbər edir, onları birləşdirir, bunlar müsbət hallardır"-deyə İ.Orucov qeyd etdi.

"Bildiyim qədər, bununla əlaqədar Dövlət Komitəsinin tədbirlər planı var" 

Cəmiyyət sədirinin sözlərinə görə, bütövlükdə diaspor alimlərinin eyni zamanda COP29-a müsbət töhfələri ola bilər. Ona görə də COP29 proseslərinə, keçiriləcək tədbirlərə dəstək vermələri baxımından  diaspor alimlərinin bu işə  cəlb edilməsi vacibdir. "Bildiyim qədər bununla əlaqədar Dövlət Komitəsinin tədbirlər planı var, onların reallaşdıracağı tədbirlər var. 

Çox istərdim ki, diaspor alimlərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürən təşkilat olan bu sırada bizim təşkilatımız da yer alsın. Nəzərə alsaq ki, dünya alimlərinin ən böyük tədbirlərinin təşkilatçılığını məhz bizim təşkilat edib. Hesab edirəm ki, bu işlərə də töhfə verə biləcəyik.

Xaricdə yaşayan, fəaliyyət göstərən çox nüfuzlu azərbaycanlı alimlər var.  Onlar beynəlxalq səviyyədə tanınırlar, böyük nüfuza malikdirlər. Ekologiya, ətraf mühitin qorunması, müdafiəsi təbii ki, qlobal mövzudur. Amma Azərbaycanın ev sahibliyi edəcəyi bu tədbirdə təbii ki, elm adamları, tədqiqaçılar yer almalıdır. Diaspor alimlərin bu prosesdə iştirakı vacibdir". 

İ.Orucov hesab edir ki, xaricdə yaşayan alimlərimiz, ekoloqlar, bioloqlar, riyaziyyatla, biomüxtəlifliklə, təbiət elmləri və fundamnetal elmlərlə məşğul olan alimlər mütləq şəkildə bu prosesdə, bu tədbirdə yer almalıdırlar. İ.Orucov hesab edir ki, onlar həm ölkəmiz, həm də bütün bəşəriyyət üçün çox böyük aktuallıq kəsb edən, çox vacib olan bu məsələrlərin, insan yaşayışının, insan sağlamlığının, kainatın gələcək taleyinin müzakirə olunacağı bu platformada öz fikir və ideyaları ilə böyük töhfələr verə bilərlər.

İ.Orucovun fikrincə, bu prosesdə diasporun, diaspor alimlərinin iştirakı, təmsilçiliyi bütün mənalarda müsbət nəticələr verə bilər...

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

18.07.2025 / 01:26
Azərbaycanlı döyüşçü Cavid Rzayev Rusiya vətəndaşlığından çıxarıldı...

18.07.2025 / 01:08
Avtomobilinə su qatılmış benzin tökülən İran prezidenti yolda qaldı - Pezeşkian Təbrizə taksi ilə getdi...

18.07.2025 / 00:34
Azərbaycanlı diaspor rəhbəri Rusiyada axtarışa verildi

17.07.2025 / 22:53
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurbanqulu Berdiməhəmmədovla görüşündən görüntülər paylaşılıb - VİDEO

17.07.2025 / 22:15
“...65 ilə 650 ilin mirasını sığdırdı...” - Yunus Oğuzdan Aydın Quliyevə yubiley təbriki...

17.07.2025 / 22:06
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada birgə nahar ediblər - FOTO

17.07.2025 / 21:50
Ermənilər tərəfindən əsir və girov götürülmüş, xəsarətlər almış zərərçəkmişlər məhkəmədə ifadə verdi - FOTO

17.07.2025 / 21:39
Zəngəzur dəhlizi ABŞ-a, Ermənistan dəmiryolu Rusiyaya - Paşinyanın niyyəti...

17.07.2025 / 21:25
20 dövlət “anti-İsrail” sammitinə yığışır - Çin, Qətər, İspaniya...

17.07.2025 / 21:12
Azərbaycan-Türkmənistan əlaqələrində yeni mühüm enerji səhifəsi açılır

17.07.2025 / 20:58
Zəngəzur dəhlizi nəzərdə tutulduğundan da böyük olacaq - inanılmaz...

17.07.2025 / 20:46
Paşinyan Rusiyanın əsas fiquru ilə bağlı bütün planları açdı...

17.07.2025 / 20:33
Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli işçi qrup ləğv edilə bilər...

17.07.2025 / 20:20
Rusiyadan Ermənistana istehza və hədə - münasibətlər daha da gərginləşir

17.07.2025 / 20:07
Uzun durğunluqdan sonra Bakı-Aşqabad münasibətləri yeni mərhələyə çıxdı...

17.07.2025 / 19:53
Rusiyanın Ermənistanda hakimiyyətə əsas namizədi məhv edilir...

17.07.2025 / 19:40
Qarabağ Dirçəliş Fondunun 2024-cü il üzrə maliyyə hesabatları PwC-nin auditindən uğurla keçdi

17.07.2025 / 19:38
Paşinyan Zəngəzur dəhlizi barədə ABŞ-ın son planını dəstəklədi...

17.07.2025 / 19:25
Rusiya Azərbaycan diasporunda daha bir həbs...

17.07.2025 / 19:15
Akif Nağı Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 19:11
DİM-də "imtahan islahatları" bitmir - indi də "esse islahatları" gəlir...

17.07.2025 / 18:57
Çin də Zəngəzur dəhlizinə müştəri çıxdı...

17.07.2025 / 18:44
Paşinyan ABŞ-dan strateji müttəfiqliklə bağlı yeni mesajlar alıb...

17.07.2025 / 18:36
lk dəfə ingilis dilinə tərcümə olunan "Oftalmologiyanın aktual problemləri” kitabı göz xəstəliklərinə dair fundamental əsərdir

17.07.2025 / 18:31
AB-nin 3 ölkəsi Rusiyanın "tərəfinə keçdi"...

17.07.2025 / 18:24
"ADA Universitetində təhsil alan tələbələrin 30 faizi ödənişsiz oxuyur" - Hafiz Paşayev

17.07.2025 / 18:17
İsveçrə deputatı İlham Əliyevə şər atdı - sülhə mane olan kimdir?

17.07.2025 / 18:04
İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

17.07.2025 / 17:55
Azərbaycan mətbuatı 150 illik yol qət edərək tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının müjdəçisi olmağından qürur duyur

17.07.2025 / 17:46
Çin Azərbaycanla əlaqələrdə Rusiyanı üstələməyə başladı...

17.07.2025 / 17:33
Milli Məclisin Komitə sədri Aydın Quliyevi təbrik etdi

17.07.2025 / 17:21
Dövlət əleyhinə açıq çağırışlara görə DTX-nın saxladığı Mirədalət Talışxanov məhkəmə qarşısında...

17.07.2025 / 17:08
Samir Nuriyevin BƏƏ-nin Hesablama Qurumunun nümayəndə heyəti ilə görüşü olub - FOTO

17.07.2025 / 16:53
NATO Ukraynaya “Patriot” sistemləri göndərməyə başladı...

17.07.2025 / 16:37
Bakıda marketlərə qənim kəsilən iki nəfər yaxalandı

17.07.2025 / 16:34
BMU-İNHA ikili diplom proqramının II məzun buraxılışı keçirilib

17.07.2025 / 16:11
Cəlilabadın qəhrəman şəhidi - Əli Rüstəmov...

17.07.2025 / 16:01
BDU-da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib

17.07.2025 / 15:54
Suraxanıda 2 nəfər saxlandı, 4 kq-a yaxın narkotik ələ keçirildi

17.07.2025 / 15:26
Prezident İlham Əliyev Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə etdi - FOTO

17.07.2025 / 15:05
Nəsimidə silsilə oğurluqlar edən şəxs saxlandı

17.07.2025 / 14:43
Sviridenko Ukraynanın baş naziri təyin edildi

17.07.2025 / 14:42
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Mehmandarovların malikanə kompleksində olublar - FOTO

17.07.2025 / 14:30
Ağcabədidə çətənə bitkilərinin kultivasiyasını təşkil edən şəxslər saxlandı

17.07.2025 / 14:19
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO

17.07.2025 / 14:17
"İşgəncələrə məruz qalırdım, döyülürdüm" - Erməni əsirliyində olmuş azərbaycanlı

17.07.2025 / 13:58
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada Bülbülün ev-muzeyində olublar - FOTO

17.07.2025 / 13:45
İsti hava bu avtomobillərdə yanğın ehtimalını dəfələrlə artırır - BDYPİ-dən xəbərdarlıq

17.07.2025 / 13:33
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin gülləbaran edilmiş heykəllərinə baxıblar - FOTO

17.07.2025 / 13:24
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşadakı Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar - FOTO

17.07.2025 / 13:17
Laçında baş vermiş meşə yanğınına görə 3 nəfər məsuliyyətə cəlb edildi

17.07.2025 / 13:11
Azərbaycan XİN-dən İraqa başsağlığı mesajı...

17.07.2025 / 13:08
Пашинян дал Кремлю очередную пощёчину - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.07.2025 / 12:53
Prezident Əliyev və Berdiməhəmmədov Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO

17.07.2025 / 12:34
“Suriya tortu” bölüşülmür...

17.07.2025 / 12:26
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar - FOTO

17.07.2025 / 12:15
Azərbaycanla Vyetnam arasında mühüm razılaşma

17.07.2025 / 12:07
Prezident İlham Əliyev və Berdiməhəmmədov Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTO

17.07.2025 / 11:35
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar

17.07.2025 / 11:30
Bu da oldu - Tramp istədi, "Coca-Cola" tərkibini dəyişdi..

17.07.2025 / 11:29
Qurbanqulu Berdiməhəmmədov Füzuli rayonuna gəlib

17.07.2025 / 11:10
Azərbaycan və Qazaxıstanın XTQ mənsubları arasında görüş olub

17.07.2025 / 11:07
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qızıl və gümüş nişana layiq görülüb

17.07.2025 / 11:03
Trampdan Rusiyaya sərt cavab, müharibə qızışır - CANLI

17.07.2025 / 10:43
Bağdadda matəm elan edilib - yanğında ölən 50 nəfərə görə...

17.07.2025 / 10:30
"İsrail müharibəyə başlaya bilər, lakin onu bitirmək gücündə deyil" - Əhməd əş-Şaraa

17.07.2025 / 10:22
Şamaxıda keçirilən konfrans yekunlaşıb

17.07.2025 / 10:16
"İsrail Suriyanın ərazi bütövlüyünə təcavüz edir" - Türkiyə parlamenti

17.07.2025 / 10:10
Bu ərəb ölkəsi ABŞ iqtisadiyyatına 17 milyard dollar sərmayə qoyacaq

17.07.2025 / 10:04
Sabunçunun bu ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ

17.07.2025 / 10:00
"Sabah" bu gün Avroliqada cavab matçına çıxacaq

17.07.2025 / 09:54
Dolların məzənnəsi dəyişmədi, avro bahalaşdı - Mərkəzi Bankdan AÇIQLAMA

17.07.2025 / 09:28
"Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili” adlı ictimai müzakirə keçirilib

17.07.2025 / 09:27
Ağıllı kəndlərlə bərabər sağlam şəhərlər də yaratmalıyıq - ÜST-dən Bakıya mesaj...

17.07.2025 / 09:26
Bakıda “Mercedes” yolu keçən qadını vurub öldürdü

17.07.2025 / 09:18
"Mən bunu edəcəm” - Makronun qorxulu rəqibi seçkilərə qatılacaq

17.07.2025 / 09:14
Tənha yaşayan almanların sayı 17 milyona çatıb...

17.07.2025 / 09:10
“Qarabağ” Çempionlar Liqasında bu rəqiblə qarşılaşacaq

17.07.2025 / 09:04
Daha 43 ailə Kəngərliyə köçürüldü

17.07.2025 / 08:34
Məleykə Abbaszadə qızlara nə demək istədi - hər gün sağılmaq nədir?

17.07.2025 / 08:22
Bakının bu yollarında güclü tıxac var

İşğaldan azad rayonlarımızda yaşayanların sayı 50 minə çatdı...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910