"Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilib" - Abbas Abbasov
Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs edilmişdir. Onlarla terrorçu kimi davranılmış və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalmışlar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var.
Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir.
Bugünkü tədbirdə həmin siyasi məhbusların bəzilərinin ailə üzvlərinin iştirak etdiklərini diqqətə çatdıran A.Abbasov vurğulayıb: “Bakı Təşəbbüs Qrupu Fransa koloniyalarında yaşayan gənclərə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almaq imkanı verən tələbə-təhsil təqaüdü elan edib. Artıq bu ildən başlayaraq həmin ərazilərdən olan gənclər bu təqaüddən yararlana bilərlər”.
ZÜMRÜD