Çərşənbə günü, 23 iyul 2025
     

Azərbaycan bu göstərici ilə Avrasiyanın əsas ölkəsinə çevrilir

Image

2021-ci illə müqayisədə 2022-ci ildə Azərbaycan ərazisindən dəmir yolu, dəniz və avtomobillə keçən tranzit yükdaşımaların ümumi həcmi 75 faiz artaraq 10.7 milyon tona çatıb.

Bu barədə məlumat "Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün fəaliyyət lanı"nda yer alıb.

Fəaliyyət planına görə, Azərbaycanda nəqliyyat infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması və tranzit potensialının daha da gücləndirilməsi məqsədilə iri infrastruktur layihələri reallaşdırılıb, Azərbaycanın regionun nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülüb: "Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində vacib infrastruktur obyektləri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı−Tiflis−Qars dəmir yolu xəttinin, Astara dəmir yolu terminalının, Astaraçay üzərində dəmir yolu və avtomobil yolu körpülərinin, eləcə də Rusiya ilə dövlət sərhədində Samur çayı üzərində avtomobil yolu körpüsünün və beynəlxalq əhəmiyyətli avtomobil yollarının yenidən qurulması tədbirləri həyata keçirilib". Sənəddə deyilir ki, 2022-ci ilin ikinci yarısından fəaliyyətə başlayan Əməliyyat Qərargahının gördüyü işlər sayəsində 2022-ci ilin 1-ci rübü ilə müqayisədə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qeyri-əməliyyat vaxtının 60 faiz azaldılması, bərələrin orta körpü və emalı vaxtının 50 faiz azaldılması, Ələt və Poti limanları arasında vaqonların geridönüş vaxtının 50 faiz azaldılması, Xəzər dənizinin Azərbaycana, Qazaxıstana və Türkmənistana məxsus limanlarında konteyner sıxlığının aradan qaldırılması, yük axınlarının intensivliyi və hərəkət vektorunun öncədən müəyyən edilməsi təmin olunub. O da vurğulanır ki, Azərbaycanın hədəfi mövcud infrastrukturun təkmilləşdirilməsi, tranzit daşımalar zamanı sərhədkeçmə müddətinin minimuma endirilməsi yolu ilə Azərbaycan ərazisindən daşınan tranzit yükdaşımalarının həcminin 2024−2026-cı illər ərzində 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 10.7 milyon tondan 13.6 milyon tona çatdırılmasıdır. Burada qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başalayandan sonra Azərbaycandan keçən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə maraq artıb. Azərbaycan həmçinin maraqları bir araya gətirmək, qarşılıqlı və faydalı əməkdaşlığın qurulmasının optimal yollarını tapmaq, o cümlədən Avropa, Qara dəniz, Qafqaz, Xəzər dənizi və Asiya regionlarında iqtisadi əlaqələri, ticarət və nəqliyyat kommunikasiyalarını inkişaf etdirmək üçün sabit məkandır. Hesab olunur ki, atılan addımlar Azərbaycanın Avrasiyada tranzit əhəmiyyətini daha da artıracaq. Hazıda hökumətin dəö diqqət mərkəzində olan başlıca məsələlərdən biri də Azərbaycanda nəqliyyat infrastrukturunun modernləşdirilməsi iıə yükdaşımaların təhlükəsizliyini və sürətini artırmağa nail olmaqdır. Ekspertlərə görə, Azərbaycanın geostrateji yerləşmə mövqeyi Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə dəmir yolu infrastrukturunun modernləşdirilməsi işinin davamlılığını tələb edir. Bu mənada Ələt-Osmanlı-Astara dəmir yolu magistralının modernləşdirilməsi, bəzi sahələrdə isə dəniz sahili boyunca mövcud dəmir yolunun köçürülməsi artan yük tələbini qarşılayacaq. Həmin marşrut üzrə həm yükdaşımanın sürətini, həm də yük axınını artıracaq. Bu, Azərbaycan üzərindən keçən dəhlizlərlə ölkəmizin manevr imkanlarını yüksəldəcək və Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində artan yük tələbinə uyğun şaxələnmiş nəqliyyat infrastrukturunun təklif olunmasına gətirib çıxaracaq. Bütövlükdə dəmir və avtomobil yolu şəbəkəsinin dövrün tələblərinə uyğun şəkildə təşkil olunması Azərbaycan ərazisindən yüklərin daha sürətli, təhlükəsiz çatdırılmasına və ölkəmizin üzərindən keçən marşrutların daha cəlbedici olması ilə nəticələnəcək.

Ekspertlər vurğulayır ki, dünyada cərəyan edən son geosiyasi gərginliyin nəticəsi olaraq ənənəvi yolların bağlanması alternativ dəhlizləri gündəmə gətirməklə, onların əhəmiyyətini müstəsna şəkildə artırmış oldu. Belə olan təqdirdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və ya Orta Dəhlizin artan yük tələbi bəzi infrastruktur yeniliklərini də nəzərdə tutur. Orta Dəhliz Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının çatırılmasına xidmət edir. Bu dəhlizlə hərəkət edən qatar yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır. Orta Dəhliz vasitəsilə daşınmalar ənənəvi yola müqayisədə 3 həftə tez çatdırılır. Ənənəvi yolla Çindən Avropaya daşınmalar dəniz nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bu, daha çox vaxt itkisinə səbəb olurdu. Orta Dəhliz isə vaxta qənaət etməyə və daşımaların daha qısa müddətə çatdırılmasına imkan verir. Qısa müddətə olması isə təbii ki, xərcləri də aşağı salır. Orta Dəhliz vasitəsilə həm vaxta, həm də xərclərə qənaət edilmiş olur. Böyük investisiyalar qoyulmasına baxmayaraq, Orta Dəhlizdə yükdaşıma çoxaldıqca Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının həcminin genişləndirilməsinə də ehtiyac yaranır. Hazırda limanın yükaşırma qabiliyyəti 15 milyon tondur, 25 milyon tona qədər artırılması gözlənilir. Orta Dəhlizin digər bir elementi isə Zəngəzur dəhlizidir. Bu dəhlizin işə salınması bir neçə ildir ləngiyir. Hələlik Bakı-Tiflis-Qars dəmir yolundan istifadə olunur. Bu yolun yükgötürmə qabiliyyətinin artırılması üçün cari ildə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Azərbaycanın da Orta Dəhlizin effektiv işləməsi istiqamətində həyata keçirməli olduğu işlər var. Hazırda bu işlərlə intensiv məşğul olunur və vəsaitlər ayrılır. Bunlardan Ələt qəsəbəsindəki Bakı limanın ikinci fazası çərçivəsində tikintisidir. Qarşıdakı iki ildə əlavə dəmir yolu xətləri çəkiləcək, konteynerləşmiş yüklərin artmasını nəzərə alaraq bugünkü 100 min TEU-dan 500 min TEU-ya qədər konteynerin qəbulu üçün şəraitin yaradılması, həmçinin təkərli texnikanın artma dinamikasına uyğun olaraq bu növ nəqliyyatın saxlanma yerlərinin inşası nəzərdə tutulur. Bunlar Azərbaycanın indiyə qədər gördüyü işlərlə yanaşı gələcəkdə artan yük tələbini qarşılamağa imkan verəcək. Ekspertlər hesab edir ki, Mərkəzi Asiya ölkələrindən yüklərin dəniz vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və oradan Avropaya və Körfəz ölkələrinə daşınması da Azərbaycan dəmir yolu ilə daşınmaların potensialının müəyyənləşdirilməsində həlledici rola malikdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Azad Ticarət Zonasının yaradılması, logistika mərkəzinin formalaşdırılması, yüklərin su nəqliyyat vasitələrindən boşaldılaraq dəmir yolu nəqliyyatına yüklənməsi zamanı isə əlavə dəyər yaradılacaq. Bu da ölkəmizi gəlir mənbələrindən birinə çevirəcək, iqtisadiyyatın şaxələndirilməsi daha da dərinləşəcək, dəmir yolunun nəqliyyat sektorunda xüsusi çəkisi və bütövlükdə nəqliyyat sektorunda məhsul və xidmətlərin payı ümumi daxili məhsulda artacaq. Nəqliyyat sektoruna qoyulan investisiya multiplikativ effekt yaratmaqla xidmət etdiyi sahələrin inkişafını stimullaşdıracaq.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

22.07.2025 / 16:27
BDU-nun müəllimi Qismət Yunusoğlu “Bakı-Xəbər”i təbrik etdi

22.07.2025 / 16:20
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırıldı - SƏRƏNCAM

22.07.2025 / 16:18
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb...

22.07.2025 / 16:15
Azərbaycanda qablaşdırılan dərmanlar 5 il yerli mal hesab olunacaq

22.07.2025 / 16:10
Azərbaycanda əmlakın qeydiyyatına dair yeni prosedur müəyyənləşdi

22.07.2025 / 16:07
Çoxşaxəli istedad sahibi, dərin intellektual... Aydın Mirzəzadədən Yunus Oğuza yubiley təbriki...

22.07.2025 / 16:01
Millət vəkili jurnalistləri təbrik etdi

22.07.2025 / 15:50
Millət vəkili Cavanşir Feyziyev jurnalistləri təbrik edib

22.07.2025 / 15:48
Millət vəkili Vüqar İskəndərov Yunus Oğuzu 65 yaş münasibətilə təbrik etdi

22.07.2025 / 15:28
Ərdoğan Avropa İttifaqına çağırış etdi - Türkiyəyə ehtiyacınız var…

22.07.2025 / 15:12
Ceyhun Bayramovun Gürcüstanın XİN başçısı ilə müzakirə etdiyi məsələlər açıqlandı...

22.07.2025 / 14:53
Azərbaycanın dövlət borcu açıqlandı

22.07.2025 / 14:36
İranın Rusiyadakı keçmiş səfiri - "Kreml seçim qarşısında qalsa, İsraili seçəcək"

22.07.2025 / 14:20
İran uranın zənginləşdirilməsinin müvəqqəti dayandırıldığını açıqladı...

22.07.2025 / 13:29
"Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalı, Minsk Qrupu ləğv edilməlidir" - Nazir

22.07.2025 / 13:18
Prezident İlham Əliyev onun çıxışını paylaşdığına görə Trampa təşəkkür etdi

22.07.2025 / 13:10
Москва придумала новых врагов - казахов и президента Токаева - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.07.2025 / 13:08
Sabirabadda avtomobil yolunun əsaslı təmirinə 2,1 milyon manat vəsait ayrıldı - SƏRƏNCAM

22.07.2025 / 12:22
Maqnit qasırğası barədə əhaliyə XƏBƏRDARLIQ

22.07.2025 / 12:12
Hacıqabulda taxıl daşıyan TIR aşıb

22.07.2025 / 12:03
Türkiyə bu dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

22.07.2025 / 11:43
BMT-dən həyəcan təbili: Quraqlıqlar qlobal fəlakətə çevrilir!

22.07.2025 / 11:38
Zəngəzur dəhlizi açıldıqdan sonra bu şirkətlərin xərcləri azalacaq

22.07.2025 / 11:22
Ceyhun Bayramovla Maka Boçorişvili arasında təkbətək görüş keçirilir

22.07.2025 / 11:12
Xırdalanda faciə - fəhlə üçüncü mərtəbədən yıxılıb öldü

22.07.2025 / 11:04
Azərbaycanlı hakim UEFA-dan təyinat alıb

22.07.2025 / 11:03
Rusiya Qafqazdan sökülməyə başladı - CANLI

22.07.2025 / 11:00
Baqrat Qalstanyan Paşinyanın nazirlərindən kompensasiya tələb edir

22.07.2025 / 10:41
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlayıb

22.07.2025 / 10:25
Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir - Hikmət Hacıyevdən PAYLAŞIM

22.07.2025 / 10:14
Uranın zənginləşdirilməsi proqramından imtina etməyəcək - Əraqçi ABŞ-a meydan oxudu

22.07.2025 / 10:10
Ceyhun Bayramov Gürcüstana səfərə gedib

22.07.2025 / 10:06
Daha 53 ailə Cəbrayıla köçürüldü

22.07.2025 / 10:04
Media nümayəndələrinin iştirakı ilə "Mədəniyyətimiz, mətbuatımız: 150 il birlikdə" adlı tədbir keçirilib

22.07.2025 / 10:03
Prezident İlham Əliyevdən Milli Mətbuat Günü münasibətilə paylaşım

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910